AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq


ƏBU CƏHL (2/624-cü ildə öldürülmüşdür) – Məhəmməd peyğəmbərin



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

ƏBU CƏHL (2/624-cü ildə
öldürülmüşdür) – Məhəmməd peyğəmbərin
barışmaz düşməni olmuşdur. Qureyş qə-
biləsinin məxzumilər qoluna məxsus idi. O,
Əsl adı Əmr ibn Hişamül-Müğirə olmasına
baxmayaraq müsəlmanlar onu Əbu Cəhl
(cahillik atası) adlandırmışlar. Əbu Cəhl
Məhəmməd peyğəmbərlə eyni yaşda idilər.
O, Məhəmməd peyğəmbərə ilk günlərdən
qarşı çıxmış, Məkkənin ilk müsəlmanlarını
təqib etmişdir. O, İslam tarixində ilk
öldürülmüş müsəlman qadın olmuş Məhəm-
məd peyğəmbərin səhabəsi Əmmar ibn
Yasirin anası Sümeyyəni qətl etdirmişdir.
Əbu Cəhl Məkkədə müsəlmanların boykot
edilməsinin tərəfdarlarından və təşki-
latçılarından biri olmuşdur. O, Məhəmməd
peyğəmbərin Mədinəyə hicrətindən az əvvəl,
onun öldürülməsi üçün Məkkədən qatilin
seçilməsi təklifini də irəli sürmüşdür. Ancaq,
bu qəsd peyğəmbərin bundan az əvvəl evin-
dən çıxıb getməsinə görə nəticəsiz qalmışdır.
Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra
Əbu Cəhl onlara qarşı düşmənçiliyini davam
etdirmişdir. O, Əbu Süfyanın karvanını qoru-
56
ƏBU CƏHL 

maq üçün yola düşən Qüreyşlilərin yaraqlı
dəstəsinə başçılıq etmişdir. Müsəlmanların
onlarla ilk böyük toqquşması baş vermişdir.
O, bu karvanın sağ-salamat Məkkəyə yaxın-
laşdığı xəbərini alandan sonra belə geriyə
qayıtmamış, yürüşü davam etdirmişdir.
Qüreyş yaraqlıları müsəlmanlarla Bədr quyu-
ları yaxınlığında qarşılaşmışdırlar. Burada
ayrı-ayrı məkkəlilər savaşdan yayınıb geriyə
çəkilmək istəmişlər. Əbu Cəhl onları qorx-
aqlıqda suçlayaraq döyüşün başlanmasına
əmr vermişdir. Döyüşdə bütpərəstlərin qoşu-
nunu müsəlmanlar darmadağın etmiş, Əbu
Cəhl isə bu döyüşdə öldürülmüşdür.    
ƏBU DAVUD (212/827 – 275/889) –
görkəmli mühəddis və fəqih olmuşdur.
Onun tam adı İmam Sabit Seyidül-Hüffaz
Süleyman ibn Əşəs ibn İshaq Sicistani ol-
muşdur. Onun İmran adlı əcdadı Əli ibn Əbu
Talibin tərəfdarlarından biri kimi Süffeyn
döyüşündə iştirak etmiş və orada
öldürülmüşdür. 
Əbu Davud Bəsrədə yaşamışdır. Ancaq
İraq, Hicaz, Suriya, Misir, Xorasan və Bağ-
dadda elm öyrənmək üçün səyahət etmişdir.
O,  hədis elmini 300-ə yaxın mühəddisdən
öyrənmişdir. Müəllimləri arasında Əbu
Salam, Əhməd ibn Hənbəl və İbn Əbu Şeybə
və digərləri olmuşdur. Erkən yaşlarından
Əbu Davud hədis elminin bilicisi kimi özünü
göstərə bilmişdir. O, bu hədislərin mətnləri
ilə onların ötürülmə yolunu (isnadını) da
bilirdi. Əbu Davud İslam hüququnun müx-
təlif sahələri haqqında çoxsaylı əsərlər
yazmışdır. Onun topladığı hədislər məcmuəsi
olan “Sünən” kitabı ən məşhur hədis mən-
bələrindən biridir. “Sünən” hədis məc-
muəsində o, 500000 hədisdən 4800-ünü
seçmişdir. Əbu Davud hüquqi məsələlərdə
istənilən zəif hədisi qiyasdan daha etibarlı
hesab etmişdir. Bundan başqa o, bu hədislər
toplusunda problemlərlə bağlı səhih hədis-
lərin olmadığı təqdirdə zəif hədisləri də isti-
fadə etmişdir. O eyni zamanda bu hədislərin
zəif olması barəsində də xəbər vermişdir.
Əbu Davudun topladığı “Sünən” kitabı
Buxarinin “Cəmiüs-Səhih” hədis məcmuəs-
inə bənzəməkdədir. Onun bir necə variantı
bizim günümüzə qədər gəlib çatmışdır. Bu
nüsxələr arasında ayrı-ayrı kiçik fərqlər də
vardır. 
ƏBU DƏRDA (32/653 ildə vəfat et-
mişdir) – hədis və İslam hüququnun ən
mahir bilicilərindən biri olmuşdur. Məhəm-
məd peyğəmbərin səhabələrindən biridir.
Onun əsl adı Üveymir ibn Malik Xəzrəcidir.
Xəzrəc qəbiləsinə məxsus olan Əbu Dərda
Mədinədə doğulmuşdur. İslamı hicrətin iki-
nci ilində qəbul etmişdir. O, ticarətlə məşğul
olsa da, İslama gəldikdən dünya işlərindən
uzaqlaşaraq günlərini Allaha ibadət etməkdə
keçirmişdir. İslam naminə baş vermiş bütün
döyüşlərində (Uhud döyüşündən başlayaraq)
iştirak etmişdir. Xəlifə Ömər ona xilafətin
idarə sistemində xidmət etmək imkanı ver-
mək istəmişdir. O isə bundan çəkinmiş, in-
sanlara İslamı öyrətməyi daha üstün
bilmişdir. İllər keçdikdən sonra o, Suriyanın
qazisi olmuşdur. Xəlifə Osmanın xəlifəlik
dövründə vəfat etmişdir.
ƏBU DÜCANƏ (13/634 ildə həlak ol-
muşdur) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Mədinədə
dünyaya göz açan Əbu Dücanə İslamı hicrət-
dən əvvəl qəbul etmişdir. O, Xəzrəc qə-
biləsindən idi. Hicrətdən sonra döyüşlərdə
qəhrəmancasına vuruşmuş, Uhud döyüşündə
həyatını təhlükə altına qoyaraq Məhəmməd
peyğəmbəri qoruyarkən ağır yaralanmışdır.
Əbu Dücanə xəlifə Əbu Bəkrin xəlifəliyi
dövründə xilafətə baş qaldıran qəbilələrə
qarşı vuruşmuşdur. O, yalançı peyğəmbər
Müseylimənin və onun tərəfdarlarının dar-
madağın edilməsində böyük rol oynamışdır.
O, bu döyüşdə şəhid olmuşdur. 
57
ƏBU DÜCANƏİ 

ƏBU ƏYYUB ƏNSARİ (52/672 ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Xəzrəc qə-
biləsinə məxsus Əbu Əyyub Ənsari Mədi-
nədə doğulmuşdur. O, Əqəbədə Məhəmməd
peyğəmbərə and içənlərdən biri olmuşdur.
Ümumiyyətlə o, İslamı hicrətdən əvvəl qəbul
etmişdir. 
Məhəmməd peyğəmbər Mədinəyə hicrət
edən zaman onu bütün mədinəlilər hörmətli
bir şəxs kimi öz evlərində qonaqlamaq
istəmişdirlər. Ancaq, peyğəmbər dəvəsini bu-
raxaraq kimin evi qarşısında dayanıb yerə
yatarsa orada da qonaq kimi qalacağını
bildirmişdir. Bundan sonra o, heyvanı bu-
raxır, heyvanda Əbu Əyyub Ənsarinin evinin
önündə yatmış, beləliklə Məhəmməd
peyğəmbər onun evində 7 ay qonaq qalmalı
olmuşdur.
Əbu Əyyub Bədr, Uhud, Xəndək, eləcə də
başqa döyüşlərdə vuruşmuşdur. Məhəmməd
peyğəmbərin vəfatından sonra o, Xilafətin
güclənməsi üçün əlindən gələni etmişdir.
Xəlifə Əlinin xəlifəliyi dövründə Əbu Əyyub
onu dəstəkləyərək xaricilərə qarşı vuruşmuş-
dur.  Müaviyənin dövründə isə Misirə get-
mişdir. 
Əbu Əyyub Xilafət ordusunun tərkibində
Konstantinopolisə (İstanbula) yollanmış, bu
yürüşdə xəstələnib 80 yaşında vəfat etmiş və
orada da torpağa tapşırılmışdır.
ƏBU HƏNİFƏ (80/699 – 150/767) –
görkəmli İslam mütəfəkkiri və fəqihi olmuş-
dur.
İslamın
ən yayılmış hüquq
məzhəblərindən biri olan hənəfi məzhəbi
onun adı ilə bağlıdır. Tam adı Nüman ibn
Sabit Kufidir. Fiqh elmini inkişaf etdirərək
sistemləşdirən ilk alimlərdən biri olmuşdur.
İran əsilli olan Əbu Hənifə 80/699-cu ildə
Kufədə doğulmuşdur. Onun ailəsi ipək
ticarəti ilə məşğul olurdu. İraq
mədəniyyətlərin, dinlərin və baxışların müx-
təlif olduğu bir ölkə idi. Bu da Əbu
Hənifənin dünyagörüşünün formalaşmasında
böyük rol oynamışdır. Eyni zamanda, Kufə
o zaman Xilafətin mədəni mərkəzlərindən
biri hesab edilirdi. Buna görə o, Ənəs ibn
Malik, Abdullah ibn Əbu Afv, Səhl ibn Səid
kimi səhabələrlə görüşə bilmiş, onlardan rə-
vayət etdikləri hədisləri yaradıcılığında isti-
fadə etmişdir. Onun birbaşa müəllimi isə
tanınmış fiqh alimlərindən olmuş Həmmad
ibn Əbu Süleyman olmuşdur. O, elm əldə
etmək məqsədi ilə səfərlərə çıxmış və müx-
təlif alimlərdən elm hasil etmişdir.
Əbu Hənifə gənc yaşlarından Quran 
hədisləri öyrənməyə başlamışdır. Sonra on-
ları sistemləşdirərək elmi kateqoriyalara
salmışdır. Bundan başqa, Əbu Hənifə İslam
elmlərini  Məhəmməd peyğəmbərin  əhli-
beytindən öyrənmişdir. Onun Zeyd ibn Əli 
Məhəmməd Baqirlə yaxın dostluq əlaqələri
olmuşdur. O, Cəfər Sadiqlə də görüşmüşdür.
120-ci ildə müəllimi Həmmad vəfat et-
dikdən sonra, Əbu Hənifə onun irsini davam
edərək İslam elmləri xüsusən də, fiqh üzrə
müəllimlik fəaliyyətinə başlamışdır.
Dərslərdə tələbələrlə problemləri müzakirə
etmiş, polemikalar aparmışdır. Onlar bir fikrə
konsensus yolu ilə gəlirdilər. Məhz, müəllim-
lik fəaliyyəti zamanı o, fiqh elmini inkişaf et-
mişdir, zamana və şəraitə uyğunlaşdırmışdır.
Əbu Hənifə çox tanınmış Əbu Yusif,
Məhəmməd Şeybani, Züfər ibn Hüzeyl,
Həsən ibn Ziyad, Həmmad ibn Həsən, Ab-
dullah ibn Mübarə kimi Hənəfi məzhəbinin
alimlərinin müəllimi olmuşdur. 
Zamanımıza çatan “Fiqhül-Əkbar”
(Böyük Fiqh) kitabının müəllifi Əbu
Hənifənin olduğu güman edilir. Bu kitabda
müsəlman dünyagörüşünün əsaslarını ver-
miş, problemlər əqli dəlilləri ilə izah
edilmişdir. Bundan başqa, Əbu Hənifəni
daha bir neçə kitabın müəllifi hesab edirlər.
Əbu Hənifə Əməvilər
dövrlərində
yaşamışdır. Xəlifə Hişamın hakimiyyəti
dövründə peyğəmbərin soyundan olmuş
58
ƏBU ƏYYUB ƏNSARİ

Zeyd ibn Əli ona qarşı üsyana qalxanda Əbu
Hənifə onu dəstəkləmiş, maddi yardım
göstərmişdir. Buna görə də, Əməvilər
tərəfindən təqib olunmuşdur. 
Abbasi hakimiyyəti dövründə isə onlar
ələviləri (I) təqib etməyə başladılar.
Ələvilərdən olan Məhəmməd ibn Abdullah
və onun qardaşı İbrahim Abbasilərə qarşı
üsyana qalxmışdır. O zaman, Əbu Hənifə on-
ların tərəfini tutmuş və ona görə də Abbasilər
tərəfindən 150/767-ci ildə vəfat edənə qədər
təqiblərə məruz qalmış və tutularaq zindana
atılmışdır. Onun ölümündən sonra tələbələri
onun irsini toplamış və sistemləşdirmişlər.
Beləliklə, onlar İslamın ilk məzhəblərindən
biri olan hənəfi məzhəbinin əsasını qoymuş-
durlar.
ƏBU HÜREYRƏ (57/676 ildə vəfat et-
mişdir) – sünni məzhəblərində etibarlı hədis
ravilərindən biri kimi tanınmışdır. Əsl adı
Əbdürəhman ibn Sahrdır. İslamdan əvvəlki
dövrlərdə onu Əbdüş-Şəms (Günəşin köləsi)
adlandırmışlar. İslamı Xeybər döyüşü za-
manı qəbul etmişdir. İslamı qəbul etdikdən
sonra o da Mədinəyə hicrət etmişdir. Bundan
sonra o, Məhəmməd peyğəmbər vəfat edənə
qədər ondan ayrılmamışdır. Rəvayətlərə
görə, Əbu Hüreyrə özünü Məhəmməd
peyğəmbərin irsini öyrənməyə həsr etmiş
səhabələrdən biri olmuşdur. Onun kimi in-
sanlar Mədinə məscidinin Süffədə toplaşıb
peyğəmbərin hər bir sözünü və addımını
diqqətlə izləyərək mənəvi həyatlarında tətbiq
etmişdirlər. Ona görə də onları əshabüs-süffə
adlandırırdılar. Əbu Hüreyrə ən çox hədis rə-
vayət edən ravilərdən biri olmuşdur. Onun
rəvayət etdiyi 5000-ə yaxın hədis vardır.
Ancaq, onlara tənqidlə yanaşanlar da az dey-
ildir. O, Mədinədə 78 yaşında vəfat etmişdir.
ƏBU LƏHƏB (2/624 ildə vəfat etmişdir)
– Məhəmməd peyğəmbərin əmisi olmuşdur.
O, müsəlmanların amansız düşməni idi. O,
qüreyşlilərin ən zəngin və hörmətli nü-
mayəndələrindən biri olmuşdur. Əsl adı
Əbdül-Üzzə ibn Əbdülmüttəlib ibn Hişam
idi. Əbu Ləhəb (od atası, cəhənnəmlik) adını
ona müsəlmanlar vermişdir. Bu ad Quranda
da qeyd edilməkdədir. Əbu Ləhəb, Məhəm-
məd peyğəmbərə qarşı çoxlu ədalətsiz
hərəkətlər etmiş, onun həyat yoldaşı Ümm
Cəmil bint Hərb isə onun keçdiyi yollara
tikanlar səpmişdir. 
Məhəmməd Allahın ona verdiyi peyğəm-
bərliyi qohumlarına bildirdikdə (Quran 26:
214) Əbu Ləhəb ona qarşı çıxmışdır. Sonra
Allah peyğəmbərə İslamın
məkkəlilər
arasında açıq təbliğatına başlaması əmrini
verdikdən sonra (Quran,15: 94) Məhəmməd
Səfa təpəsinə çıxmış, ilk dəfə olaraq bir olan
Allaha ibadətin, Onun cəzasından qorxmağın
vacibliyini söyləyəndə Əbu Ləhəb yenə ona
etiraz etmişdir. Buna cavab olaraq Məhəm-
məd peyğəmbərə Quranın 111-ci ayəsi nazil
olunmuşdur. Məhəmməd peyğəmbərin büt-
pərəstlər arasında çoxlu sayda düşmənlərinin
olduğuna baxmayaraq onlardan yalnız Əbu
Ləhəbin adı Quranda çəkilmişdir. Sonrakı il-
lərdə də Əbu Ləhəb müsəlmanlara qarşı
düşmənçiliyini davam etdirmişdir. O, bacısı
Ətiqənin pis yuxu görməsi səbəbi ilə Bədr
döyüşünə vuruşmasa da, qüreyşli
döyüşçülərə maddi yardım etmişdir. Əbu
Ləhəb qüreyşlilərin məğlubiyyətlərindən
üzülərək bir-neçə gün sonra ölmüşdür. 
ƏBU MƏNSUR MATURİDİ (333/994
ildə vəfat etmişdir) – görkəmli İslam
kəlamçısı olmuşdur. Ən çox yayılmış etiqadi
məzhəblərindən biri olan maturidiliyin adı
onunla bağlıdır. Səmərqəndin yaxınlığındakı
Maturid kəndində doğulmuşdur. Doğum tar-
ixi haqqında heç bir məlumat yoxdur. Ola
bilsin ki, Məhəmməd peyğəmbərin səhabəsi
olmuş Əbu Əyyub Ənsarinin soyundandır. O,
hənəfi məzhəbinin davamçılarından biri ol-
muşdur. O, tanınmış kəlam (I) və hüquq
59
ƏBU MƏNSUR MATURİDİ  

alimi Əbu Nəsr İyyaddan elmləri öyrən-
mişdir. Əbu Mənsur Maturidi İslam dininin
müxtəlif sahələri haqqında bir çox kitablar
yazmışdır. Onun ən məşhur əsəri “Kitabüt-
Tövhid” əsəridir. Bu kitabda İslam dininin
əsaslarını təhlil etmiş, müxtəlif təriqətlərin
təlimlərini kəskin olaraq tənqid etmişdir.
Bundan başqa o, mütəzililərin və qər-
mətilərin baxışlarını tənqid edən əsər də
yazmışdır. Onun Quran təfsiri, kəlam,
hüquqa aid əsərləri də mövcuddur. 
ƏBU MUSA ƏŞƏRİ (44/666 ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin ən
tanınmış səhabələrindən biri olmuşdur.
Yəməndən olan Əbu Musa Əşərinin əsl adı
Abdullah olmuşdur. O, İslamı ailəsi ilə bir-
likdə Yəməndə, Məhəmməd peyğəmbərlə
qarşılaşmazdan əvvəl qəbul etmişdirlər. O,
hicrət edən müsəlmanlarla görüşmək üçün
Həbəşistana getmişdir. Xeybər döyüşündən
sonra  Mədinəyə köçmüşdür.  Məhəmməd
peyğəmbər onu döyüşçülərdən biri kimi
dəyərləndirmiş, qənimətdən ona da pay ayır-
mışdır. Sonra Əbu Musa Əşəri Məkkənin
alınmasında,  Hüneyn döyüşündə, Təbük
yürüşündə də iştirak etmişdir. Sonralar
Məhəmməd peyğəmbər onu Muaz ibn Cəbəl
ilə birlikdə yəmənliləri İslama dəvət etmək
üzrə oraya göndərmişdir. Yəməndən qayıt-
mış Əbu Musa peyğəmbərin vida həccində
iştirak etmişdir. 
Məhəmməd peyğəmbərin vəfatından
sonra Əbu Musa Xilafətin möhkəmlən-
məsində iştirak etmişdir. Xəlifə Ömər onu
Hədrəməutun (Cənubi Ərəbistan) valisi vəz-
ifəsinə təyin etmişdir. Ancaq sonra o, istefa
vermiş və İraq döyüşlərinə qatılmışdır. Ona
Nüseybini almaq tapşırılmışdır. Bu tapşırığı
o, uğurla yerinə yetirmişdir. Bundan sonra
xəlifə Ömər ona Bəsrənin valisi vəzifəsinə
təyin etmişdir. Bu vəzifədə olarkən Əbu
Musa idarə etmə işlərini yaxşı yerinə yetir-
miş, döyüşlərdə uğur əldə edə bilmişdir. O və
onun ordusu iranlılara qalib gələ bilmişdirlər.
Onların sərkərdəsi tutularaq Mədinəyə xəlifə
Ömərin hüzuru gətirilmişdir. Bu uğurdan
sonra müsəlmanlar Xuzistanı ala bilmişdirlər.
Daha sonra iranlılar Qadisiyyə döyüşündə bu
məğlubiyyətin əvəzini çıxmağa cəhd etsələr
də, ancaq yenə də məğlub olmuşdurlar. 
Xəlifə Ömər Kufə valisi olmuş Əmmarı
geri çağırdıqdan sonra, Əbu Musa Əşərini
onun yerinə təyin etmişdir. Ancaq, sonra
xəlifə onu yenidən Bəsrə valisi vəzifəsinə
qaytarmışdır.  Hicrətin 23-cü ilində müsəl-
man qoşunları tərəfindən İsfəhan şəhərinin
alınmasında Əbu Musanın böyük rolu ol-
muşdur. Xəlifə Ömərin vəfatından sonra Əbu
Musa 6 il Bəsrə valisi olmuşdur. 29-cu ildə
xəlifə Osman onu geri çağırmış Abdullah ibn
Əmiri onun yerinə təyin etmişdir. 
34-cü ildə Əbu Musa Əşəri yenidən Kufə
valisi olmuşdur. Xəlifə Osmanın vəfatından
sonra o, yeni xəlifə olmuş Əlinin xəlifəliyini
tanısa da, Xilafətdəki daxili savaşda aktiv
iştirak etməmişdir. Süffeyn döyüşündən
sonra qurulan məhkəmədə o, xəlifə Əlinin
təmsilçisi olmuşdur. Bu məhkəmədə Əbu
Musa hər iki tərəfin (Əli və Müaviyənin)
yanlış yolda olduğunu, onların vəsifələrindən
kənarlaşmasını, yeni xəlifənin seçilməsinin
vacibliyini dilə gətirmişdir. 
Əvvəlcədən danışıldığı kimi Müaviyənin
təmsilçisi olmuş Əmir ibn As da bunları
deməli idi. Ancaq Əbu Musadan sonra çıxış
edən Əmir, Müaviyənin yanlış yolda
olduğunu dilə gətirməkdən çəkinmişdir.
Bununla da o, öncədən verdiyi sözdən dön-
müşdür. Əmirin bu addımından sonra prob-
lemlərin sülh yolu ilə həll olunma imkanının
ortadan qalxdığı üçün daxili müharibə
yenidən başlanmışdır. Məhkəmədən sonra
Əbu Musa Əşəri tamamilə siyasətdən uza-
qlaşıb Məkkəyə getmiş, orada həyatını
davam etdirmişdir. Əbu Musa Əşəri olduqca
bilikli bir şəxs olmuşdur. Bəsrə və Kufənin
valisi vəzifələrində olarkən o, çoxlu işlər gör-
60
ƏBU MUSA ƏŞƏRİ

müşdür. Elm və təhsilin inkişafına yardımlar
etmiş, cəmiyyət üçün vacib olan müəssisələri
inşa etdirmişdir. İslam tarixində Əbu Musa
360-a qədər hədisin ravisi kimi də tanın-
mışdır. 
ƏBU SƏİD XUDRİ (74/693 ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin ən
tanınmış səhabələrindən olmuşdur.
Təxminən hicrətə 10 il qalmış Mədinədə
müsəlman ailəsində doğulmuşdur. Əsl adı
Səddir. Onun atası Malik ibn Sinan Məd-
inədə İslamı ilk qəbul edənlərdən biri olmuş-
dur. O, Xəzrəc qəbiləsinin Nəccar soyundan
idi. Əbu Səid İslam hüququnun yaxşı bilicisi
olmuş və eyni zamanda 2000-ə yaxın hədisin
ravisi də hesab edilməkdədir. O, atasının
öldürüldüyü  Uhud döyüşündə vuruşmuş,
sonralar Xeybər, Hüneyn döyüşlərində,
Təbük yürüşündə, eləcə də, Məkkənin alın-
masında da iştirak etmişdir. Məhəmməd
peyğəmbərin vəfatından sonra Ömər və Os-
manın xəlifəliyi dövrlərində fiqh üzrə
araşdırmalar aparmış, hökmlər vermişdir.
Əbu Səid Əlinin xəlifəliyi dövründə isə xari-
cilərlə döyüşlərdə iştirak etmişdir.
ƏBU SÜFYAN (32/653 ildə vəfat et-
mişdir) – qüreyş qəbiləsinin öndə gedən
başçılarından biri olmuşdur.
O,
Əməvilərdən idi. Əsl adı Saxr ibn Hərb ol-
muşdur. O, hicrətə 57 il qalmış (miladi 565-
ci ildə) Məkkədə zəngin və hörmətli bir
ailədə doğulmuşdur. O, Məkkədə oxuyub-
yazmağı bacaran az saylı insanlardan biri idi.
Əbu Süfyan uzun müddət müsəlmanların
düşməni, qüreyşlilərin rəhbəri olmuşdur. O,
mühafizəkar bir insan kimi ərəblərin ənənəvi
həyat və dünyagörüşlərinin qorunub saxlanıl-
masını müdafiə edirdi. 
Müsəlmanlar Məkkədən Mədinəyə hicrət
etdikdən sonra onlar güclü icmanın yaradıl-
ması işinə başladılar. Bu da qüreyşliləri nara-
hat edirdi. Buna görə də, bir birinə qarşı olan
iki qrup arasındakı toqquşma qaçılmaz ol-
muşdur. Hicrətin 2-ci ilində Əbu Süfyanın
başçılıq etdiyi böyük bir karvan Suriyadan
Məkkəyə qayıtdıqda müsəlmanlar Mədinə
yaxınlığında bu karvanın ələ keçirmə niyyəti
ilə yürüşə çıxmışlar. Ancaq, Əbu Süfyan
müsəlmanları qabaqlayaraq yolunu dəyişmiş,
problemsiz Məkkəyə gəlib çata bilmişdir. Bu
hadisə zamanı qüreyşlilər bütün alış-veriş
yollarının Mədinə yaxınlığından keçdiyinə
görə şəhərin rifahının təhlükə altında
olduğunu bir daha anladılar. Buna görə də,
Əbu Cəhl və digər qüreyşlilər müsəlmanlara
zərbə endirmək qərarına gəldilər. Bu
məqsədlə onlar 1000 nəfərlik qoşun yığaraq
müsəlmanlara qarşı yürüşə çıxdılar. Müsəl-
manlar onlara qarşısına təqribən 300 nəfərlik
ordu ilə çıxmışdırlar. Məhəmməd peyğəm-
bərin başçılıq etdiyi müsəlman döyüşçüləri
məkkəliləri  Bədr  quyularının yanında
qarşılayıb, onlara qalib gələ bildilər. Əbu
Cəhl və bəzi digər qüreyşlilər orada həlak ol-
muşdurlar. Bundan sonra Əbu Süfyan
Məkkənin başçısı oldu və müsəlmanlara
qarşı yeni hücum tərtib etmək üçün güclü bir
ordu yarada bilmişdir. Bu ordu hicrətin 3-cü
ilində müsəlmanlara qarşı yürüşə çıxmış
Uhud döyüşündə onları məğlub etmişdir. Bu
döyüşdə müsəlmanlar ağır itkilər vermişdilər.
Məhəmməd peyğəmbərin əmisi Həmzə, eləcə
də digər məşhur səhabələr həlak olmuşdurlar.
Bu uğurdan sonra Məkkənin müsəlmanlar
tərəfindən fəth edilməsinə qədər Əbu Süfyan
şəhərə 8 il başçılıq etmişdir. O, qüreyşlilərin
ordusuna Xəndək və başqa döyüşlərdə özü
başçılıq etmişdir. 
Ancaq, Əbu Süfyanın bütün cəhdləri
sonda uğursuzluqla nəticələnmişdir. Bunun
əsas səbəbi Ərəbistanda İslam dininin surətlə
yayılması olmuşdur. Eyni zamanda, Məhəm-
məd peyğəmbərin siyasi bacarığı Məkkənin
təcrid olunması və məğlub olmasına gətirib
çıxartmışdır. Məkkə şəhərinə on minlik
müsəlman ordusunun yürüş etməsi
qüreyşlilərin Hüdeybiyə sülh anlaşmasını
61
ƏBU SÜFYAN 

pozmasından sonra baş vermişdir. O zaman
Əbu Süfyan Mədinəyə gələrək Məhəmməd
peyğəmbərlə sülh anlaşmasını təzələmək
istəmişdir. Bununla da o, şəhərin müsəlman-
lar tərəfindən alınmasının qarşısını almaq
istəmişdir. Ancaq, heç bir uğur əldə edə
bilməmişdir. Bu uğursuzluqdan sonra o,
Məkkəyə dönməli olmuşdur. 
Müsəlmanlar Məkkəni aldıqdan az əvvəl
Əbu Süfyan müsəlmanların düşərgəsinə
gəlmiş, orada o, uşaqlıq dostu olduğu
Məhəmməd peyğəmbərin əmisi Abbasla
onun hüzuruna getmişdir. Orada Əbu Süfyan
İslamı qəbul etdiyini bəyan etmişdir.
Məhəmməd peyğəmbər müsəlman ordusuna
qarşı müqavimət göstərməyən məkkəlilərin
Kəbədə, öz evlərində və ya Əbu Süfyanın
evində olsalar onlara toxunulmazlıq vədini
vermişdir. Bundan sonra müsəlman ordusu
Məkkəyə daxil olub qan tökmədən şəhəri
fəth etmişdirlər. Kəbəyə girmiş Məhəmməd
peyğəmbər oradakı bütün bütləri dağıdıb,
sonra bütün düşmənlərini bağışladığını
bildirmişdir. Peyğəmbərin rəhmli bir insan
olduğunun şahidi olmuş məkkəlilər, onu Al-
lahın elçisi kimi tanıyıb İslamı qəbul et-
mişdirlər. İslamı qəbul etdikdən sonra Əbu
Süfyan  Hüneyn döyüşündə və Taifin alın-
masında müsəlman ordusuna qatılaraq
döyüşmüşdür. Sonra Məhəmməd peyğəmbər
onu Nəcranın valisi vəzifəsinə təyin etmişdir.
Əbu Süfyan Əbu Bəkr və Ömərin xəlifəliyi
dövrlərində də ölkədə yüksək vəzifələrdə
fəaliyyət göstərmişdir. 
Əbu Süfyan 70 yaşında ikən belə
Suriyada Bizans ordusuna qarşı döyüşlərdə
iştirak etmişdir. Oğlu Yəzidin başçılıq etdiyi
qoşunun tərkibində Yərmuk döyüşündə vu-
ruşmuşdur. Onun ikinci oğlu Müaviyə isə Xi-
lafəti 100 ilə yaxın idarə etmiş Əməvilər
xanədanının ilk xəlifəsi olmuşdur. Əbu Sü-
fyan təxminən 88 yaşında vəfat etmişdir. 
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin