ƏBU ÜBEYDƏ (18/639 ildə vəfat et-
mişdir) – İslam ordusunun görkəmli
sərkərdəsi və siyasət adamı, Məhəmməd
peyğəmbərin ən yaxın səhabələrindən biri
olmuşdur. Əsl adı Əmir ibn Abdullah ibn
Cərrah olmuşdur. O, İslamı hələ Məkkədə
olarkən qəbul etmişdir. Müsəlmanlar təqib
olunan zamanlar o, digər müsəlmanlarla bir-
likdə Həbəşistana hicrət etmişdir. Sonra Əbu
Übeydə digər müsəlmanlarla birlikdə
Həbəşistandan Mədinəyə köçmüşdür. O, İs-
lamın güclənməsi və inkişafı üçün əlindən
gələni əsirgəməmişdir. İslam uğrunda gedən
bütün müharibələrdə iştirak etmişdir.
Əbu Übeydə o qədər möhkəm inanca
sahib olmuşdur ki, Bədr döyüşündə büt-
pərəstlərin qoşununda müsəlmanlara qarşı
döyüşən atası Abdullah ilə qarşılaşmış və
onu öldürmüşdür. İslamın ilk dövrlərində bu
qəbildən olan davranışı Məhəmməd peyğəm-
bərin bir çox səhabələri də etmişdirlər.
Məsələn, Əbu Bəkr oğlu ilə, Müsab ibn
Ümeyr qardaşı ilə, Ömər ibn Xəttab əmisi ilə
döyüşmüşdür. Rəvayətlərə görə, Allah
Məhəmməd peyğəmbərə bunu təqdir edən
Quran (58: 22) ayəsini nazil etmişdir.
Məhəmməd peyğəmbərin həyatının Mə-
dinə dövründə Əbu Übeydə onunla birlikdə
olmuşdur. Peyğəmbərin vəfatından sonra o,
Səid oğullarının yığıncaq yerlərinə getmiş,
orada Süffədə keçirilən yığıncaqda mühacir-
lərin təmsilçisi kimi iştirak etmiş, Əbu
Bəkrin birinci Raşidi xəlifə seçilməsi üçün
səy göstərmişdir. Əbu Übeydənin ordunu
idarə etmə bacarığı yüksək olmuşdur. Xilafət
İran və Bizans imperiyaları ilə müharibəyə
başladığı andan o döyüşlərə qatılaraq igid-
cəsinə vuruşmuşdur. Hicrətin 13-cü ilində
baş vermiş Yərmuk döyüşündə xəlifə Ömər
onu ordu sərkərdəsi təyin etmişdir. Onun
bacarıqlı sərkərdəliyi altında müsəlman
döyüşçülər Bizans ordusunu darmadağın et-
mişdirlər. Bu zəfərdən sonra Əbu Übeydə
əldə etdiyi uğurları davam etdirmiş, Fəhl və
Bəsəni ələ keçirmişdir. Sonra, hicrətin 14-cü
ilində Dəməşqi ala bilmişdir. Daha sonra
onun rəhbərliyi altında Xoms, Yerusəlim və
başqa Suriya şəhərləri fəth edilmişdir. Bu
qələbənin sonunda Bizans Suriya üzərindəki
hakimiyyətini itirmişdir. Hicrətin 18-ci ilində
62
ƏBU ÜBEYDƏ
Suriyada vəba xəstəliyi yayıldığına görə Əbu
Übeydə də bu xəstəlikdən vəfat etmişdir.
ƏBU YUSİF (113/731 – 183/798) –
hənəfi məzhəbinin ardıcıllarından biri, Əbu
Hənifənin tələbəsi, görkəmli İslam
hüquqçusu olmuşdur. Əsl adı Yaqub ibn
İbrahim Ənsaridir. Kufədə yoxsul bir ailədə
doğulmuşdur. Əbu Hənifənin yardımı ilə ox-
umuşdur. Əbu Yusif öncə Məhəmməd
peyğəmbərin hədislərini və fiqhi müxtəlif
müəllimlərindən öyrənmiş, sonra 16 il
Kufədə Əbu Hənifənin tələbəsi olmuşdur.
150/767-ci ildə müəllimi vəfat etdikdən
sonra Bağdada getmişdir. Orada Abbasi
xəlifəsi Mehdi onu qazi (II) vəzifəsinə təyin
etmişdir. Sonrakı xəlifələr Hadi və Harun ər-
Rəşidin xəlifəliyi dövründə bu vəzifəsini icra
etməyə davam etmişdir. Onu “qazilər qazisi”
adlandırmışdırlar. 183/798-ci ildə Əbu Yu-
sifin vəfatından sonra, bu vəzifəyə onun oğlu
Yusif təyin edilmişdir.
Əbu Yusif, öz iti məntiqi ilə digərlərindən
seçilib hüquqi problemləri bacarıqla çözə
bilmişdir. O, hüquqi problemlərin çözül-
məsində daha çox öz rəyinə üstünlük verirdi.
O, xəlifələrə yaxın olduğuna görə bəzən tən-
qid də edilmişdir.
Əbu Yusif öz hüquqi metodunda ilk
olaraq, Quran və hədislərə istinad etmişdir.
Bunu edərkən o, müəllimi Əbu Hənifənin
qiyas metodundan da faydalanmışdır. Eyni
zamanda o, hər hansı bir ictimai xarakter
daşıyan problemi həll etmək istəyəndə,
əvvəlcə İslamın ilk qaynaqlarına və müəlli-
minin hökmlərinə istinad edirdi. Əgər bun-
larla problemləri həll etmək mümkün
deyildirsə o, onları qiyas, istihsan və rəy
metodları ilə həll etməyə çalışırdı. Bundan
başqa Əbu Yusif İslam hüququ üzrə Hənəfi
məzhəbinin əsas qaynaqlarından hesab edilən
bir-çox əsərlərin müəllifidir. Onun
yaradıcılığının nəticəsində Hənəfi məzhəbi
müsəlman dünyasında ən tanınmış və geniş
yayılmış etiqadi məzhəbə çevrilmişdir.
ƏBU ZƏR ĞƏFFARİ (31/651 ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin ən
tanınmış səhabələrindən biri olmuşdur. Əsl
adı Cundub ibn Cənəd olmuşdur. O, Məkkə
yaxınlığındakı Vəddan bölgəsində yaşamış
Ğəffar qəbiləsinə məxsus idi. Bu qəbilənin
insanları yollarda soyğunçuluq edirdilər. Bu
yollardan keçən qüreyşlilərin karavanları on-
lara vergi vermək məcburiyyətində qalırdılar.
Hələ İslamı qəbul etməzdən əvvəl Əbu Zər
Ğəffari ata-babalarının dinindən imtina
etmiş, monoteist İbrahimi hənif dininə üstün-
lük vermişdir. Məkkədə Məhəmməd
peyğəmbərin fəaliyyəti haqqında eşidən Əbu
Zər birbaşa oraya yollanmış, Əli ibn Əbu Tal-
ibin vasitəsi ilə Məhəmməd peyğəmbərlə
görüşmüş və İslamı qəbul etmişdir. Bundan
sonra qəbiləsinə qayıdan Əbu Zər qəbiləsini
də İslamı qəbul etməyə dəvət etmişdir. Sonda
onlardan bir-çoxları İslamı qəbul edib müsəl-
man olmuşdurlar. Qalanlar isə hicrətdən
sonra İslamı qəbul etmişdirlər.
Mədinədə Əbu Zər Bədr, Uhud, Xəndək
və başqa döyüşlərdə iştirak etmişdir. Müsəl-
manlar Məkkəni fəth edəndə o, öz qə-
biləsinin bayraqdarı olmuşdur. Məhəmməd
peyğəmbərin vəfatından sonra Mədinədən
Suriyaya köçüb Əbu Bəkr və Ömərin
xəlifəliyi dövrlərində orada yaşamışdır.
Əbu Zər mənəviyyata üstünlük vermiş,
tərki-dünya həyatı sürmüşdür. Xəlifə Os-
manın dövründə Əbu Zər Rəbəzə kəndində
yaşamışdır. O, həm də bir çox hədislərin ra-
visi hesab olunmaqdadır.
ƏCƏL – dünya həyatının bitməsi,
qarşısıalınmaz ölüm anının gəlməsidir. İs-
lama görə Allah tərəfindən yaradılmış hər bir
şey sonludur. Hər bir canlı varlığın həyatı Al-
lahdan asılı olduğu kimi, ölümü də yalnız
Onun izni ilə baş verir ( Quran, 3: 145). Əcəl
anlayışı qəza və qədər problemi ilə birbaşa
əlaqəlidir. Buna görə də bu barədə müxtəlif
İslam məzhəblərinin fərqli baxışları mövcud-
63
ƏCƏL
dur. Mütəzililər bilərəkdən qətl edilmiş in-
sanın öz əcəli ilə ölməməsi fikrində idilər.
Onlara görə insan öldürülməsə də öz əcəli ilə
ölsəydi, yenə də bu qədər yaşayardı. Çünki,
bu onun təqdiri idi. Belə yanaşmaya qarşı
müsəlman çoxluğunu təmsil edən alimlər
çıxış edirdilər. Onlara görə insanın qətlə ye-
tirilməsi də, Allahın müəyyən etdiyi əcəl
kimi dəyərləndirilməlidir. Ancaq buna bax-
mayaraq belə olan təqdirdə qatil tutulub
cəzalandırılmalıdır.
ƏCR – Allahın görülmüş hər hansı bir
yaxşı və xeyirli işə görə verdiyi qarşılıqdır.
İslam görə əcr təkcə maddi deyil, həm də
mənəvi xarakter daşıyır. Onu Allah bu
dünyada və ölümdən sonrakı həyatda
( axirətdə) yalnız imanlı qullarına təqdir
edəcəkdir. Belə ki, bu insanlar əcrə du-
alarının, yerinə yetirdikləri ibadətlərinin,
xeyir əməllərinin və başqa bu kimi işlərin
qarşılığında sahib olacaqlar. Əcr haqqında
Quranın bir-neçə yerində məlumat ver-
ilmişdir (26: 179-180, 95: 6, 12:57).
ƏCRƏDİLƏR – nəcdilərdən ayrılmış
xaricilərin bir qoludur. Bu məzhəbin yara-
dıcısı Əbdül-Kərim ibn Əcrəd olmuşdur. O,
nəcdilərə qarşı çıxmış və onların düşüncələrini
tənqid etmişdir. Əcrədilərə görə onlar müha-
ribələrdə iştirak etməsələr də, inanclı müsəl-
manlar ola bilərlər. Bununla da onlar
əzraqilərdən fərqlənirdilər. Əcrədilər öz inanc-
larını qəbul etməyənlərin yaşadıqları yerlərdən
köçmələrini vacib hesab etməyib bunu məs-
ləhət görülən bir addım kimi dəyərləndir-
mişdirlər. Onlar dinc əhalinin öldürülməsini və
onların mülkiyyətlərinin alınmasını qadağan
etmiş və yalnız onlarla döyüşən insanların
öldürülməsini doğru hesab etmişdirlər.
ƏDL – Allahın ədaləti deməkdir. Bu
prinsip mütəzili kəlamı (I) və şiə inancının
əsas təməllərindən biridir. Əl-Ədl adı həm də
Allahın ən gözəl adlarında biridir. İslam
hüququnda “adil” doğru və ədalətli insanlar
üçün də istifadə edilir.
ƏDN – c ənnətin ən gözəl bağlarından
birinin adıdır.
Burada peyğəmbərlər,
şəhidlər və digər mömin insanlar sonsuz
nemət və zövq içində olacaqlar. Ədn cənnəti
haqqında Quranın müxtəlif ayələrində (9:
72, 98: 7-8) məlumat verilir. Hədislərdə
möminlərin Ədn cənnətində Allahı görəcək-
lərini bildirən rəvayətlər də vardır. Bəzi
Quran təfsirçiləri (Zəməxşəri, Beydavi) Ədn
cənnətini müəyyən bir yerin adı kimi təfsir
etmişdirlər. Onların fikrincə bura bir şəhər,
saray və ya hər hansı bir yer də ola bilər.
Digər təfsirçilərə görə isə Ədn cənnətin bir
hissəsidir. Hətta, bu adla bütün cənnəti ad-
landıranlar da vardır.
ƏFQANİ CƏMALƏDDİN (1255/1839
– 1324/1907) – XIX əsrdə yaşamış böyük
din islahatçısı və siyasətçisi olmuşdur. O,
İslam dünyasında tanınmış və şöhrət qazan-
mışdır. Cəmaləddin Kunarda (Şərqi Əfqanı-
standa) seyid ailəsində doğulmuşdur. Kabil
və Hindistanda təhsil alan Əfqani Əfqanıs-
tanda hakimiyyət daxili qarşıdurmalarda işti-
rak etdiyinə görə 1286/1869-cu ildə ölkədən
köçməyə məcbur qalmışdır. O, öncə Hindis-
tana, oradan isə Türkiyəyə köçmüşdür.
1288/1871-ci ildən isə Misirdə yaşamağa
başlamışdır. Burada o, maarifçiliklə məşğul
olmuş və tez bir zamanda Misir gəncləri
arasında tanınmışdır. O, Misirin dövrü mət-
buatının yaradıcılarından biri olmuş, tez-tez
qəzetlərdə yazıları dərc olunmuşdur. Əsər-
lərində o, Qərb ölkələrinin İslam ölkələrinə
qarşı apardıqları siyasəti tənqid etmişdir. O,
İslam ölkələrində mütləq monarxiyalarının
ləğv olunması, konstitusiyalı quruluşun qu-
rulması ideyaları ilə çıxış etmişdir. İs-
gəndəriyyədə “Gənc misirlilər” cəmiyyətini
yaratmışdır. Bir qədər sonra siyasi fəaliyyət-
inə görə Misir hakimiyyəti onu ölkədən
sürgün etmişdir.
1300/1883 – 1303/1886-cı illərdə Əfqani
64
ƏCR
Parisdə Məhəmməd Əbduhla
birlikdə,
“Möhkəm əlaqələr” (Urvai-Vüsqa) adlı təşk-
ilat yaratmışdırlar. Onlar eyni zamanda eyni
adlı qəzeti də nəşr etdirmişlər. Onların
məqsədi müsəlman maarifçilərini hərəkətə
gətirmək idi. Bu qəzetdə onlar müsəlmanları
Avropa müstəmləkəçiliyinə qarşı qalxmağa
səsləmişdirlər.
1309/1892-ci ildə Osmanlı sultanı onu İs-
tanbula dəvət etmişdir. Orada vəfat edən
Əfqaninin cəsədi 1363/1944-cü ildə Əfqanıs-
tana gətirilmiş, orada təkrar torpağa
tapşırılmışdır.
Cəmallədin Əfqani müsəlman xalqlarının
müstəmləkəçiliyə qarşı ideoloji savaşlarına
aktiv qatılmışdır. O, problemlərin həlli yol-
unu İslamda axtarmışdır. Ancaq, İslam
dünyasında hökm sürən geriləmə və böhran
səbəbi ilə ideoloji rəhbər rolunu icra edə
bilmirdi. Buna görə də o, İslamı müasir
dövrlə uyğunlaşdırmaq üçün islahatların
aparılmasını vacib hesab etmişdir. Cəmaləd-
din Əfqaniyə görə ilk olaraq müsəlman
cəmiyyətlərində maarifləndirmə işləri aparıl-
malı; dini elmlərlə yanaşı, dünyəvi elmlər tə-
dris edilməli; müsəlman gəncləri müasir
elmi-texniki biliklərə yiyələnməlidirlər. O,
elmlərin öyrənilməsinin vacibliyini Qurana
istinadən sübut etməyə çalışmış və iddia et-
mişdir ki, İslam dini cəmiyyətin müasir ten-
densiyaya uyğun inkişafını dəstəkləməkdədir.
İslahatlara doğru addımlar atan Cəmallədin
Əfqani İslam dinini sonradan müxtəlif dini
təriqətlərin gətirdikləri bidətlərdən təmizlən-
məsini vacib hesab etmişdir. Bunun üçün o,
Məhəmməd peyğəmbərin
və onun ilk
səhabələrinin həyatlarını öyrənib insanları əsl
İslama qayıtmağa dəvət etmişdir.
İslamın ziddiyyətlərdən qurtulması üçün
o, müsəlmanların müxtəlif məzhəblərin və al-
imlərin hökmlərinə düşüncəsiz təqlid
edilməsinin yol verilməz olduğunu qeyd et-
mişdir. O, bu hökmlərin Quranın birbaşa
göstərişləri ilə deyil, daha çox İslam
hüquqçuların gəldikləri rəyləri ilə olduğunu
iddia etmişdir. Əfqani bir-çox ilahiyyatçıların
ictihadın qadağan edilməsi fikrinə qarşı
çıxmışdır. Ancaq, onun bu cəhdləri və fikir-
ləri müsəlmanların arasında tənqidlə
qarşılanmışdır. Müxalifləri onu dinin əsas
prinsiplərinə zidd mövqe tutuğuna və İslam
məzhəblərini nüfuzdan salmaq cəhdlərində
ittiham etmişdirlər.
Fransada müsəlman xalqlarının geridə
qalmasını İslam dini ilə əlaqələndirən Ernest
Renanla mübahisələrdə iştirak edən Əfqani,
İslam sivilizasiyasının zəifləməsinin əsas
səbəblərini müsəlmanların İslamın əsl
mahiyyətindən uzaq düşmələri və bidətlərin
dinə gətirilmələri ilə izah edirdi.
Cəmallədin Əfqani öz ideyalarının real-
laşması üçün müxtəlif İslam ölkələrinin
başçılarına müraciətlər etmişdir. O hesab
edirdi ki, müsəlmanların gələcəyi daha çox
Osmanlı imperiyasından asılı olacaqdır.
Buna görə də o, bütün müsəlmanları onun
ətrafında birləşməyə səsləyirdi. Cəmallədin
Əfqaniyə görə müsəlman millətləri qarşıya
qoyulmuş məqsədlərə həm sülh, həm də
müharibə yolları ilə çata bilərlər. O, İslama
zidd olmayan bəzi Avropa dəyərlərinin
müsəlman cəmiyyətlərində tətbiq etməsini
məqbul hesab etmişdir.
Cəmallədin Əfqaninin dünyagörüşü və
ideyaları gələcək müsəlman islahatçılığının
inkişafında böyük rol oynamışdır. Sonralar
bəzi mütəfəkkirlər onun ideyaları üzərində
işləmiş, onları praktik cəhətdən tətbiq et-
mişdirlər. Bu ideyalar dünyanın müxtəlif
ölkələrində siyasi-ictimai proseslərə böyük
təsir göstərmişdir. Cəmallədin Əfqani ərəb,
fars, fransız dillərində yazılmış bir çox kon-
septual sosial-siyasi, tarixi əsərlərin, kitab və
məqalələrin müəllifidir.
ƏFV – məhkəmədə çıxarılan qərarla
müttəhimin tam bağışlanması və ya ona
qarşı yüngül cəzanın tətbiq edilməsidir.
İslam hüququnda cinayətin qurbanı olan
insan və onun yaxınları, məhkəmə orqan-
larında ona qarşı haqsızlıq edən caninin ona
və ya yaxınlarına təzminat ödəməsi və ya
təzminatsız bağışlanması haqqında vəsatət
qaldıra bilər. Əfv ümumiyyətlə ən humanist
davranışdır. Əfv edən insan gərək ki, dərin
65
ƏFV
imana və yüksək əxlaqi keyfiyyətlərə sahib
insan olsun. Çünki, əfv edə bilmək bacarığı in-
sanın yüksək keyfiyyətlərindən xəbər verir.
Məhəmməd peyğəmbər də Məkkəni fəth etdikdə
bütün məkkəli müşrikləri əfv etmişdir. Onun bu
humanist davranışı bütün məkkəlilərin müsəl-
man olmaları ilə nəticələnmişdir.
ƏHD – insanın bir işi görəcəyini öhdəsinə
götürməsi və ya hər hansı bir işin icra
ediləcəyi haqqında verdiyi sözdür. Eyni za-
manda, bu söz Allahın insanlarla andlaşmasını
ifadə edir. Bu andlaşmaya görə insanlar yalnız
tək olan Tanrıya inanmalı, Ona ibadət etmə-
lidirlər. Allah isə bunun qarşısında onlara son-
suz həyat bəxş etmişdir. Allah əhdi həm Adəm,
Nuh, İbrahim kimi peyğəmbərlərlə, həm də İs-
rail oğulları
kimi ayrı-ayrı millətlərlə
bağlamışdır. Allahın sonuncu əhdi İslamla
nəticələnmişdir.
Ancaq insan cəmiyyətləri tarix boyu Allaha
imandan uzaqlaşaraq, verdikləri əhdi pozmuş,
müxtəlif yalançı tanrılara tapınmışlar. Belə olan
təqdirdə Allah onlara öz peyğəmbərlərini
göndərərək dinin əsaslarını xatırlatmış, əhdini
yeniləmişdir. Məsələn, yəhudilər və xristian-
ların müqəddəs kitabları Əski və Yeni əhdlər
adlanır. İslama görə isə Yeni əhd (Ədhi-Cədid)
Əski əhdin davamıdır. Məsələn, yəhudilərlə
bağlanmış əski əhd (Əhdi-Ətiq), sonradan İsa
peyğəmbərlə bağlanan yeni əhdlə (Əhdi-Cədid)
dəyişdirilmişdir. İslam dini isə ən yeni əhddir,
onun gəlişindən sonra keçmiş əhdlər öz gü-
clərini itirmişdir. İnsanın Allaha and içməsi də
bir əhddir. Verilmiş sözü yerinə yetirməmək və
ya pozmaq olmaz. Bu barədə Quranda (2: 27,
17: 34, 5: 1, 9: 4) ayələr də vardır.
ƏHƏD HƏDİSLƏR
– az sayda
səhabənin rəvayət etdiyi hədislərdir. Çünki,
bunlar mütəvatir hədislərin qarşısında qoyul-
muş şərtlərə cavab vermir. Məhəmməd
peyğəmbərin həyatı, düşüncələri və etdiyi
işlərdən xəbər verən az saylı ravilərin
söylədiyi rəvayətlərə “əhəd hədislər” adlanır.
Əhəd hədislərin üzərində İslam inancının qu-
rulması, onları inancla bağlı problemlərlə
dəlil kimi gətirilməsi məsələsində ilahiyy-
atçılar fərqli fikirdə olmuşlar. Onlardan
bəzilərinə görə əhəd hədislərin bütün raviləri
etibarlı olarsa, onların silsiləsi bilinirsə, onda
onları inancla bağlı məsələlərdə dəlil kimi is-
tifadə etmək mümkündür.
Digər ilahiyyatçılar isə bu yanaşma ilə
razılaşmayaraq hədis ravilərinin və onların
ötürülmə silsilələrinin etibarlı olmasına bax-
mayaraq o rəvayətlərdə anlaşılmazlıqları is-
tisna etmirlər. Buna görə də onlar, bu
hədislərin etibarlı olduğunu qəbul etsələr də,
ehtiyac olmadığı müddətdə ondan istifadə et-
mirlər. Çünki, mütəvatir hədis olan yerdə
əhəd hədisdən istifadə olunmur. Onların
fikrincə inanc etibarlı və mübahisə doğur-
mayan müddəaların üzərində qurulmalıdır.
Etibarlı ravidən rəvayət olunmuş hədisdə isə
az da olsa, şübhəli məqamlar vardır. Bu
fikirdə olan alimlər bəzi Quran (17: 36, 53:
28) ayələrini dəlil kimi gətirirlər.
Ancaq hüquqi problemlərin həll olun-
masında bütün müsəlman ilahiyyatçıları əhəd
hədisləri dəlil kimi gətirilməsini doğru qəbul
edirlər. Buna baxmayaraq yenə də bir sıra
tanınmış ilahiyyatçıların onlara yanaşmaları
fərqli olmuşdur. Məsələn, Maliki məzhə-
bində əhəd hədislər Mədinə şəhərinin
adətlərinə uyğun olmalı, məzmunları onlara
zidd olmamalıdır. Bu baxımdan o, məd-
inəlilərin adətini əhəd hədisdən daha etibarlı
sayırdı. Əbu Hənifə də bir çox hallarda on-
ların əsasında hüquqi hökmlər verməkdən
çəkinmişdir. Onun hüquq metoduna görə
əhəd hədisdər Quran ayələrinə və mütəvatir
hədislərə zidd olmamalıdır. O, daha çox
qiyas metoduna üstünlük vermişdir. Şiə
ənənəsində də, əhəd hədislər Quran
ayələrinə, əhli-beytdən olan imamlardan rə-
vayət olunan rəvayətlərə zidd olmamalıdır-
lar.
Əhəd hədislərlə bağlı müxtəlif baxışların
66
ƏHD
olmasına baxmayaraq onlar müsəlman
ənənəsində bütün şərtlərə uyğun gələrsə,
onda təkcə hüquqi deyil, digər məsələlərdə
də istifadə edilə bilinər. Məsələn əhəd hədis-
lər Quran ayələri və mütəvatir hədislərin an-
laşılması və təfsir edilməsində istifadə oluna
bilərlər.
ƏHLİ-BEYT – Məhəmməd peyğəm-
bərin qızı Fatimə və Əli İbn Əbu Talibin iz-
divacından davam edən peyğəmbər ailəsinə
verilən addır. Bunların konkret olaraq kim-
lərdən ibarət olması haqqında müsəlman
ilahiyyatçıları arasında fikir ayrılığı vardır.
Onların bəzilərinə görə peyğəmbərin əhli-
beyti dedikdə bütün ailəsi nəzərdə tutulur.
Onlar bu siyahıya peyğəmbərin əmiləri Əbu
Talib, Abbas və Həmzəni də daxil edirlər; İs-
lama gec gəldiklərinə görə peyğəmbərin
digər əmilərini onun əhli-beyti hesab et-
məmişdirlər. Bundan başqa İslam alimlərinin
çoxu Quran (33: 32, 33) ayəsinə istinad
edərək Məhəmməd peyğəmbərin əhli-beytinə
onun həyat yoldaşlarını da daxil etmişdirlər.
Müsəlmanların çoxu Məhəmməd
peyğəmbərin qızı Fatimənin Əli ibn Əbu Ta-
liblə evliliyindən doğulmuş oğullarını və on-
ların bütün sonrakı nəsillərini də əhli-beyt
hesab etmişdirlər. Əlinin peyğəmbərin əmisi
oğlu olduğu kimi, İslama erkən yaşlarından
gəlməsi, daha sonra müsəlman cəmiyyətinin
inkişaf etməsində böyük rol oynaması bilin-
məkdədir. Bəzi rəvayətlərdə Məhəmməd
peyğəmbər öz qızı Fatiməni, onun həyat
yoldaşı Əlini, eləcə də onların övladları olan
Həsən və Hüseyni öz əhli-beyti adlandır-
mışdır. Buna görə şiələr, Əlinin soyundan
olanlardan bəzi şəxsləri xəlifə və imam kimi
qəbul edirlər. Onlar Quranın müxtəlif ayələri
və hədisləri buna dəlil gətirmişlər. Onlar ən
başlıca dəlil kimi hədislərin birində Məhəm-
məd peyğəmbərin Qədir-Xum adlanan yerdə
“Mən hər kimin mövlasıyamsa, Əli də onun
mövlasıdır” sözlərini göstərirlər.
Ancaq, İslam alimlərinin əksəriyyətinə
görə bu hədisdə Əlinin imamlığı birbaşa
vurğulanmamışdır. Onlar qeyd edirlər ki, bu-
rada deyilən “mövla” sözünün bir çox mə-
naları vardır. Bu söz ərəb dilində cənab,
köməkçi, əmioğlu, sevimli, istəkli, himayəçi,
idarəçi, başçı, yardımçı, qohum, qonşu, dost
və başqa mənalarda işlənilə bilər. Bəziləri isə
bu hədisin zəif və etibarsız olduğunu iddia
etmişdirlər.
İslam alimlərinin az bir hissəsi isə Qədir-
Xum hadisəsini həqiqət hesab edərək, burada
işlənilən “mövla” sözünün yalnız “cənab”
mənasında başa düşülməsində israrlıdırlar.
Onların fikrincə bu da Əlinin imamlığına
dəlalət edir.
İslam tarixində Əməviləri devirmək yolu
ilə əhli-beyti xilafətə gətirmək məqsədini
güdmüş güclü hərəkatlar olmuşdur. Onlar
əsasən Əli ibn Əbu Talib və Abbas soyunun
tərəfdaşları olmuşdurlar. Abbasilər
bu
hərəkatlar arasında ən fəalı olmuşdur. Bu
səbəblərdən də Abbasilər xilafəti ələ keçirə
bilmişdirlər. Bu da sonralar Ələvilərlə (I) Ab-
basilərin arasındakı qarşıdurmaları daha da
alovlandırmışdır. Ələvilər Abbasiləri xilafəti
zorla ələ keçirmək, ədalətsizlik və çoxsaylı
günahlarda günahlandırmışdırlar. Abbasilər
isə onları hər zaman təqib etmişdirlər.
Bununla belə, Əlinin imamətini qəbul
edənlər onun çoxsaylı soyunun arasında kim-
lərin imam (icma öndəri) olması proble-
mində birliyə gələ bilməmişdirlər. Onların
hamısı imamın öz varisini aydın göstərişlə
təyin etməsini vacib hesab edirdilər. İmam-
ların varislərinin çoxu onların oğulları
olurdu, ancaq liderlik qardaşdan qardaşa da
ötürülə bilərdi (Həsəndən Hüseynə keçdiyi
kimi). Bəzi imamların qardaş və oğullarının
çox olduğundan, onlardan kimin imam ol-
ması məsələsində Əli tərəfdarları arasında
şübhələr və ixtilaflar ortaya çıxırdı. Bu qarşı-
durmalar onların arasında müxtəlif
təriqətlərin yaranması ilə nəticələnmişdir.
67
Dostları ilə paylaş: |