ABDULLAH İBN RƏVAHA (8/629-cü
ildə öldürülmüşdür) – Məhəmməd peyğəm-
bərin səhabələrindən biri olmuşdur. O,
Xəzrəc qəbiləsindən bir ailədə doğulmuşdur.
Müsəlman olduqdan sonra Əqəbə beyətində
(sadiqlik andı) mədinəlilərin sıralarında yer
almışdır. Məhəmməd peyğəmbərin yaxın
səhabəsi, eləcə də katibi olmuşdur. Bədr,
Uhud, Xəndək, Xeybər döyüşlərində müsəl-
manların sıralarında vuruşmuşdur. Muta
döyüşündə qəhrəmancasına vuruşaraq şəhid
olan Abdullah ibn Rəvahanın gözəl şeir yaz-
maq bacarığının olduğu da qeyd edilir. O,
bəzi bütpərəst şairlərin Məhəmməd peyğəm-
bərə qarşı yazdıqları alçaldıcı seirlərinə qarşı
cavablar yazdığı bilinir. Bu isə Quranda (26:
224-227) qeyd edilmişdir.
ABDULLAH İBN SALAM (22/643-cü
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin səhabələrindən biri olmuşdur. O,
Mədinədə doğulmuşdur. İslamı qəbul et-
məzdən əvvəl o, Yəhudi kahini olmuşdur. O
dövrdə onun adı Hüseyn ibn Salam olmuş-
dur. O, sonuncu peyğəmbərin gələcəyinə
inanmışdır. Məhəmməd peyğəmbər haqqında
insanlardan eşitsə də, onunla tanış ol-
mamışdır. Peyğəmbər Mədinəyə hicrət et-
dikdən sonra, Hüseyn onun yanına gəlmiş və
onun simasında əski yəhudi mənbələrində
gəlişi gözlənilən sonuncu Tanrı elçisini
tanımışdır. Bundan sonra o, İslamı qəbul
etmiş və Məhəmməd peyğəmbər də onu Ab-
dullah ibn Salam adlandırmışdır.
Abdullah ibn Salam yazıb-oxumağı
bacarmış, həyatı boyu dini elmlərlə məşğul
olmuşdur. Ondan bir neçə hədis də rəvayət
edilmişdir. Xəlifə Əbu Bəkrin xəlifəliyi
dövründə, İslamdan çıxan ərəb qəbilələrinə
qarşı aparılan savaşlarda (riddət II) iştirak et-
mişdir.
ABDULLAH İBN SƏBA
– bax:
SƏBAİLƏR.
ABDULLAH İBN ÜBEY (9/630-cu ildə
vəfat etmişdir) – Mədinədə Xəzrəc qə-
biləsinin hörmətli insanlarından biri, son-
ralar isə münafiqlər qruplaşmasının başçısı
olmuşdur. Abdullah ibn Übey Mədinənin
başçısı olmaq istəmiş, ancaq şəhərdə İslamın
yayılması, eləcə də Məhəmməd peyğəmbərin
Mədinəyə hicrət etməsi, onun istəklərinin re-
allaşmasının qarşısını almışdır.
Mədinə İslamın dayağına çevrildikdən
sonra, Abdullah ibn Übey müsəlman kimi
görünsə də gizli İslam düşməni olmuşdur.
Onun törətdikləri əməllər Məhəmməd
peyğəmbərə
və müsəlmanlara qarşı
yönəlmişdir.
Abdullah ibn Übey Uhud döyüşündə sayı
300-ə yaxın dəstəsini geriyə çəkməklə,
müsəlman qoşununu gücdən salmışdır. Bun-
dan sonra o, zaman-zaman müsəlmanların
düşmənləri ilə gizli danışıqlar aparmışdır.
Onun məqsədi Mədinədə gücünü artırmaq və
9
ABDULLAH İBN ÜBEY
Məhəmməd peyğəmbəri şəhərdən qovmaq
idi.
Abdullah ibn Übey peyğəmbər və müsəl-
manlar haqqında yalanlar danışaraq, onları
pisləmişdir. Ancaq, etdikləri bu pis əməllərə
baxmayaraq, heç bir nəticə əldə edə
bilməmişdir. Çünki, onun və dəstəsinin
müsəlmanlarla mübarizə aparmaq gücləri ol-
mamışdır. Onların Mədinə yaxınlığındakı
Quba adlanan yerdə tikdikləri “Dirar” məs-
cidini öz siyasi mərkəzlərinə çevirmək istək-
ləri də uğursuzluqla nəticələnmişdir. Sonra
isə bu məscidi müsəlmanlar dağıtmışlar.
Abdullah ibn Übey müsəlmanların Təbuk
yürüşündən sonra ölmüşdür. Müsəlmanlara
qarşı düşməncəsinə davranmasına baxma-
yaraq, Məhəmməd peyğəmbər onun cənazəsi
üzərində cənazə namazını qıldırmışdır.
Ancaq, bundan sonra ölən münafiqlər (I)
üçün bu namazın qılınmasını qadağan et-
mişdir ( Quran, 9:84).
ABDULLAH İBN ÜMM MƏQTUM
(14/635-ci ildə şəhid olmuşdur) – Məhəm-
məd peyğəmbərin səhabələrindən olan Ab-
dullah ibn Ümm Məqtum, Məhəmməd
peyğəmbərin həyat yoldaşı Xədicənin xalası
oğlu idi. Bilal Həbəşi ilə birlikdə, İslamın ilk
müəzzinlərindən olmuş və bu səbəbdən də o,
Quranda ( surə 80) ayələrində anılmışdır.
Qureyş qəbiləsindən olan Abdullah ibn Ümm
Məqtum anadangəlmə kor olmuşdur. O,
Məkkədə doğulmuşdur. İslamı ilk qəbul
edənlərdən biridir. Müsəlman olduğuna görə
təqiblərlə üzləşmiş, bu səbəbdən də Məd-
inəyə hicrət etməyə məcbur qalmışdır.
Müsab ibn Ümeyrlə birlikdə mədinəlilərin
arasında İslamı yaymışdır. Abdullah ibn
Ümm Məqtum Quranın yaxşı bilicisi hesab
edilirdi. Kor olmasına baxmayaraq o,
döyüşlərə qatılmış, döyüşçülərə yardım etmiş
və döyüşlərdə bayraqdar kimi vəzifə
almışdır. Xəlifə Ömərin
hakimiyyəti
dövründə İslam ordusu iranlıları Qadisiyyə
döyüşündə məğlub etmişdir. Bu döyüşdə
İslam ordusunun bayraqdarı olan Abdullah
şəhid olmuşdur.
ABDULLAH İBN ZEYD (22/644-cü
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin tanınmış səhabələrindən biri olmuş-
dur. Rəvayətlərə görə, namaza azanın necə
səslənməsi barədə yuxusunu Məhəmməd
peyğəmbərə söyləmiş, o da bunu bəyən-
mişdir. Abdullah ibn Zeyd Mədinənin Xəzrəc
qəbiləsindən idi. O, Əqəbədə peyğəmbərə
beyət edən ilk müsəlmanlardan biri olmuş-
dur. Məhəmməd peyğəmbər Mədinəyə hicrət
etdikdən sonra, Bədr və digər döyüşlərdə işti-
rak etmişdir. Məkkənin fəthində xəzrəclilərin
bayraqdarı olmuşdur. Abdullah ibn Zeyd 64
yaşında xəlifə Osmanın
hakimiyyəti
dövründə vəfat etmişdir.
ABDULLAH İBN ZÜBEYR (1/622 –
73/692) – Məhəmməd peyğəmbərin tanın-
mış səhabələrindən biri olmuşdur. O,
Zübeyr ibn Əvvamın oğludur. O, həm də
dövrünün siyasi xadimi olmuşdur. Quran təf-
sirinin, fiqh elminin və hədislərin bili-
cilərindən hesab edilir. Onun nəql etdiyi
30-dan artıq hədis müxtəlif kitablarda yer
almışdır.
Abdullah ibn Zübeyr hicrətin birinci
ilində Mədinədə, mühacirlər arasında doğul-
muşdur. Məhəmməd
peyğəmbər onun
dünyaya gəlməsinə sevinmiş, körpəni Abdul-
lah adlandırmışdır. O, peyğəmbərin yanında
böyüyərək, ondan dərin elm öyrənmişdir. Hic
rətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ
12 yaşında olarkən Yərmuk döyüşünü
izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə,
daha sonra Şimali Afrikada bərbərlərə qarşı
yürüşlərdə iştirak etmişdir.
Abdullah ibn Zübeyr igidliyi, əqidəsi,
ədaləti, yüksək əxlaqı, dərin düşüncəsi və
digər müsbət xüsusiyyətləri ilə başqalarından
seçilmişdir. O, təzyiqə, zülmə və ədalətsi-
zliyə qarşı mübarizə aparan şəxs kimi tanın-
mışdır. Hüseyn ibn Əli ilə birlikdə xəlifə
10
ABDULLAH İBN ÜMM MƏQTUM
Müaviyənin oğlu Yəzidin hakimiyyətini tanı-
mamışdır. O, Yəzidin ilk xəlifələrin tərtib et-
diyi idarə etmə üsulundan yayınmasına və
Əməvilərin hakimiyyətdə möhkəmlənməsinə
qarşı çıxmışdır.
Abdullah ibn Zübeyrə Hüseyn ibn Əlinin
faciəli ölüm xəbəri çatanda, o xəlifə Yəzidə
qarşı çıxmış, Məhəmməd peyğəmbərin
nəvəsinin ölümündə günahkar olan sülaləyə
tabe olmaq istəməmişdir. O, Əməvilərə qarşı
olan üsyançılara başçılıq etmişdir. Məkkə və
Mədinə rəhbərləri, daha sonra isə bütün hi-
cazlılar ona dəstək olmuş, onu xəlifə kimi
tanımışdırlar. Əməvi xəlifəsi Yəzid, onun
üzərinə ordu göndərməsinə baxmayaraq,
onun müqavimətini qıra bilməmişdir.
Tərəflər arasında gedən döyüşlər zamanı,
xəlifə Yəzidin ölüm xəbəri gəlmiş, bundan
sonra Əməvi ordusu Hicazdan Suriyaya çək-
ilmiş, bu bölgədə hakimiyyət Abdullah ibn
Zübeyrə keçmişdir. Onun xəlifəliyini Yəmən,
Bəsrə, Kufə, Xorasan, eləcə də bir sıra başqa
şəhərlər və bölgələr tanımışlar. Əməvilər isə
yalnız Suriya və Misirin ayrı-ayrı bölgələrini
öz əllərində saxlaya bilmişlər. Beləliklə,
İslam alimlərinin çoxu Abdullah ibn Zübeyri
xəlifə kimi tanımışlar. Onun hakimiyyəti hic-
rətin 64-cü ilindən 73-cü ilə qədər davam et-
mişdir. Ancaq, Əbdül-Məlik ibn Mərvan
dövründə güclənən Əməvilər, Abdullah ibn
Zübeyrin hakimiyyətinə son qoya bilmişlər.
Əməvi ordusunun baş komandanı Həccac,
Məkkəni ələ keçirmiş və döyüşlərdə şəhər
böyük dağıntılara məruz qalmışdır. Abdullah
ibn Zübeyr şəhərə girən Əməvi qoşunu ilə
sona qədər vuruşaraq, 73 yaşında Məkkə
məscidində həlak olmuşdur.
ABİD – Allaha bütün qəlbi ilə inanaraq
bütün varlığı ilə Ona qulluq etməyə çalışan,
Allahdan qorxan, bütün dini ayinləri yerinə
yetirən və yaşadan, günlərini ibadətlərdə
keçirən, yüksək əxlaqi xüsusiyyətləri ilə
seçilən müsəlmandır. Abid insanlar İslamın
ilk dövrlərindən günümüzə qədər hər dövrdə
mövcuddurlar. Sufi ənənəsinə görə, abidlər
Məhəmməd peyğəmbərin və onun ardıcıl-
larının yolu ilə getmiş, öz həyatlarını
bütövlüklə Allaha həsr etmiş və dünyanın al-
dadıcı gözəlliklərinə aldanmamış insanlardır.
AD – Yəmənin mağaralı dağlarında
yaşamış, Quranda (51: 41-42) adı anılan
qədim bütpərəst bir qövm olmuşdur. Onlara
göndərilmiş Hud peyğəmbər, onları Allaha
inanmağa və günahlardan çəkinməyə dəvət
etmişdir. Buna baxmayaraq, bu qövm büt-
pərəstlikdən və çirkin əməllərindən əl çək-
məyəcəklərini təkid etdikdə, rəvayətlərə görə
Allah onları yeddi gecə, səkkiz gün dayan-
madan əsmiş qasırğa ilə məhv etmişdir.
ADƏM – İlk insan və bəşəriyyətin atası
hesab edilir. Quran ayələrinə görə Allah
Adəmi su ilə qarışdırılmış gildən yaratmış,
sonra ona ruh vermiş və bütün mələklərə in-
sana səcdə etməyi buyurmuşdur. Bu da in-
sanın üstün bir varlıq olmasının əsas
göstəricisi idi. Ancaq, öz təbiəti və yaradılışı
ilə mələklərdən fərqlənən İblis adında bir cin,
insana səcdə etməyib, özünün daha üstün
olduğunu bildirərək insanı tanımamışdır.
Bununla da İblis, Allahın əmrini yerinə ye-
tirməmiş, Ona qarşı çıxmış və yolunu
azmışdır.
Sonra, Allah Adəmi gözəl bir bağda (cən-
nətdə) məskunlaşdırmış, orada onun tən-
halığını aradan qaldırmaq üçün onun sol
qabırğasından Həvvanı yaratmışdır. Allah on-
lara cənnətdəki bütün nemətlərdən istifadə
etməyi icazə vermiş, təkcə bir ağaca yaxın-
laşmamağı əmr etmişdir (Quran, 2: 35).
Ancaq İblis, Adəm və Həvvanı yoldan çıxar-
mış, onlar da İblisin fitnəsinə uyaraq qadağan
olunmuş ağacın meyvələrini yemişdirlər
(Quran, 7: 20-22). Bu günahı etdikdən sonra
Allah onlara qəzəblənərək onları cənnətdən
yer üzünə qovmuşdur (Quran, 7: 24). Sonra
etdiklərindən peşman olan ilk insanlar tövbə
etmişdirlər (Quran, 7: 22-23).
11
ADƏM
Bəzi rəvayətlərə görə Adəm Seylon
adasına, Həvva isə Ciddəyə (Ərəbistana)
endirilmişdir. Onlar 200 il boyu sıxıntılar
çəkmiş, Allahın onları bağışlaması üçün
çoxlu dualar etmişlər. Nəhayət, Allah onların
dualarını qəbul edib, törətdikləri günahları
bağışlamışdır (Quran, 20: 122). Bəzi rə-
vayətlərə görə, günahlarının kəffarəsi olaraq
onlara həcci vacib qılmışdır.
Rəvayətlərdə, Allahın bu buyruğunu yer-
inə yetirən Adəm və Həvva uzun sürən
ayrılıqdan sonra Ərəfat
vadisində
görüşmüşlər. İndiki Məkkə torpaqlarına gələn
Adəm, Kəbəni inşa etmiş, sonra isə davamlı
olaraq həcc ibadətini yerinə yetirmişdir.
Daha sonralar isə Adəm və Həvva indiki
Suriyaya doğru istiqamət almış, orada on-
ların Şit, Habil və Qabil adlı uşaqları
dünyaya gəlmişdir. Bu uşaqlardan isə fərqli
dillərdə danışan insan qəbilələri yaranmışdır.
Uşaqları, nəvə və nəticələri dünyaya
gələndən sonra Adəmə peyğəmbərlik ver-
ilmiş və Cəbrayıl vasitəsi ilə vəhylər almışdır
(Onlara “səhifələr” deyilir). Bununla da, o
öz övladlarına dinin əsaslarını öyrətməkdən
məsul tutulmuşdur. Bəzi rəvayətlərə görə
Adəm 2000 il yaşamış, Həvva isə onun və-
fatından 40 il sonra dünyasını dəyişmişdir.
Adəmi
İslam
ənənəsində həmçinin
“Bəşəriyyətin atası” da adlandırırlar.
ADƏT – Xalqların məişətlərində tarix
boyu formalaşaraq kök salmış ənənələrdir.
Adətlərin yaranması cəmiyyətin idarə olun-
ması və nizamlanması ehtiyacından irəli
gəlir. İslam hüquqçuları cəmiyyətdə münasi-
bətlərin qurulması və tənzimlənməsində
şəriətə
qarşı olmayan adətlərə böyük
əhəmiyyət vermişdirlər (Quran, 7: 28).
Ayrıca, İslam ənənəsində adət və örflər
dəlil kimi də istifadə olunmaqdadır. İslam
hüquqçuları Quran və ya hədislərdə həlli
yolu tapılmayan problemin ortadan qaldırıl-
masında bu vasitədən istifadə etmişlər. Adət
doğru və yanlış ola bilər, doğru adət şəriətə
uyğundur, buna görə də tətbiq edilə bilər;
yanlış adət isə, şəriətə zidd olduğuna görə,
tətbiq edilə bilməz.
АDÜL-İRƏM
– çoxsütunlu İrəm
deməkdir (Quran, 89: 7-8). Bu memarlıq
abidəsini Ad qövmü (cənubi Ərəbistanda)
ucaltmışdır. Rəvayətlərə görə bu əzəmətli
abidə mənbələrdə həkk olunmuşdur. Bu
möhtəşəm abidəni ucaldan adlılar çox təkəb-
bürlü olduqlarından Allaha tabe olmamışlar.
Buna görə də, Allah onları doğru yola yönəlt-
mək üçün Hud peyğəmbəri göndərmişdir.
Ancaq, buna baxmayaraq Ad qövmü onu
qəbul etməmiş və yenə də, öz pis əməllərinə
davam etmişlər. Bu səbəbdən də, Allah onları
cəzalandıraraq yer üzündən silmişdir.
AXİRƏT – “son” mənasını ifadə edən
ərəb dilindəki axır sözünün müənnəs for-
masıdır. Quranın 26 yerində “son gün”, 9
yerdə “son qərar tutulan yer”, bir yerdə “son
yaradılış”, 50 yerdə isə dünya ilə eyni mə-
nada istifadə edilir.
Axirət dünya həyatından sonra başlayıb
əbədiyyətə qədər davam edəcək ikinci həy-
atdır. Dünya həyatını izləyən ona oxşar,
ancaq fərqli və ən önəmlisi isə ölümsüz bir
həyatı, əbədiyyəti əhatə edir. İnsanın ölümü
ilə bədəndən ayrılan ruh axirət aləminin
başlanğıcı olan qəbir həyatını yaşayar.
Bu fikir digər səmavi dinlərdə (yəhudilik
və xristianlıq) və İslamda daha dərin şəkil
almışdır. Tövratda dünya həyatından sonra
ruhun ölməzliyi və insanların imtahana çək-
iləcəkləri, işlədikləri əməlin əvəzini ala-
caqları, ölümdən sonra Tanrının görüləcəyi
də ifadə edilir. Bununla bərabər Matta İn-
cilində (22/23-30), Sadduki məzhəbinə bağlı
yəhudilərin Musa peyğəmbərin nəql etdiyi
axirət ilə əlaqəli məsələni inkar etdikləri
bildirilir.
İncildə istər axirət, istərsə möcüzə inancı
12
ADƏT
açıq bir şəkildə mövcuddur. Quranda isə
Nuh, İbrahim, Yusif, Musa və İsa kimi
peyğəmbərlərin öz ümmətlərinə
axirət
əqidəsini təlqin etdikləri bildirilir. Ayrıca Al-
laha və axirət gününə iman gətirən Yəhudi,
Nəsrani və Sabiilərin qurtuluşa nail ola-
caqları da Quranda qeyd edilir. Bununla
bərabər axirətə inananların “özündən əvvəlki
ilahi kitabları təsdiqləyən” Quranı qəbul
edəcəkləri xəbəri də verilir. Qurandan
əvvəlki müqəddəs kitabların həm kanonik
(kilsə tərəfindən tanınan), həm də apokrif
(kilsə tərəfindən tanınmayan) qəbul edilən
nüsxələrində axirət inancına yer verilmişdir.
Tədqiqatçıların bir çoxu hesab edir ki,
İslam axirət inancına aid düşüncələri Yəhudi-
lik və Xristianlıqdan almış olması ehtimalı
yoxdur. Səmavi dinlərin təməl əsaslarından
birini təşkil edən axirət inancı arasında oxşar-
lığın olması o qədər də təəccüblü deyildir.
Çünki, bu dinlər ilahi mənşəli dinlər
olduğundan bənzərliyin olması da normaldır.
Çünki bu dinlərin qaynağı vəhydir.
Fəxrəddin ər-Raziyə görə axirət
mövzusunun əqli və nəqli olmaq üzrə iki
yönü vardır. Bədənin və bizi əhatə edən
kainatın fani olduğunu, öldükdən sonra
təkrar dirilməyin də imkan daxilində
olduğunu qəbul etmək mövzunun əqli
yönünü təşkil edir. Qiyamətin necə qopacağı
və axirət həyatının necə başlayacağı məsələsi
isə mövzunun nəqli tərəfini bildirir.
İlk dövrlərdən başlayaraq filosoflar da es-
xatologiya ilə məşğul olmuşlar. Onların bu
mövzu ilə məşğul olmaları dini inanclarından
deyil, yaradılış fəlsəfəsi, əxlaq anlayışı və
ruhun ölməzliyi problemindən irəli gəlir.
Axirət və digər metafizik problemlər beş
duyğu orqanı və pozitiv elmlərlə dərk
edilməz. Ona görə də pozitiv elm adına dəqiq
bir şey söyləmək absurd olardı. Axirət inanc
məsələsi olduğu üçün ancaq ona inanmağı
tələb edir.
Quran digər müqəddəs kitablarla müqay-
isədə axirət əqidəsini olduqca çox təlqin et-
məkdədir. Bununla birlikdə İslamiyyət dünya
həyatından da əl çəkməyi tövsiyə et-
məmişdir. Dünya başlanğıc, axirət son
olduğuna görə ikisi arasında tarazlıq qurmaq
İslamda xoş qarşılanır. İnsan axirətə hazırla-
narkən dünya nemətlərindən də faydalan-
mağı unutmamalıdır. Önəmli olan dünya
həyatının cazibəsindən ayrıla bilib, axirət
səadətini əldən verməməkdir. Çünki “Dünya
həyatı axirətə nisbətən keçici və az fay-
dalanılan yerdir”. Axirət həyatına gəlincə isə
əsl həyat, səadət və rahatlıq oradadır.
Rəvayətlərə görə qiyamət Allahın dörd
böyük mələklərindən biri İsrafil iki dəfə
“suru” üflədikdən sonra başlayacaqdır
(Quran, 39: 68). Birinci dəfə üfürdükdən
sonra bütün kainatdakı varlıqlar məhv ola-
caqdır. Allah göyü (Quran, 21: 104), ulduz-
ları (Quran, 77: 8), dənizləri (Quran, 82: 3)
də məhv edəcəkdir Bundan sonra dünya
yenidən yaradılacaq (Quran, 18: 47; 14: 48)
və yer üzü yenidən ovuc içi kimi hər yer
görüləcək qədər düz olacaqdır. İsrafil ikinci
dəfə suru üflədikdə isə bütün insanlar dirilib
(Quran, 36: 51-52), bir yerə toplanacaqlar.
Buna isə dini ədəbiyyatda “həşr” (toplantı
yeri) deyilir. Bundan sonra Allahın ədalət
məhkəməsı başlayacaq, (Quran, 36: 53, 54)
orada hakim Allah olacaqdır (Quran, 1: 4).
Məhəmməd peyğəmbər bütün müsəlmanlar
üçün Allahdan şəfaət diləyəcək, sonda
müsəlmanlar cənnətə, kafirlər isə cəhənnəmə
girəcəklər.
İlahiyyatçılara görə, Allahdan başqa heç
kim Qiyamət gününün nə zaman qopacağını
bilmir. Ancaq, rəvayətlərdə qiyamətin yaxın-
laşmasının əlamətləri haqqında məlumat
vardır. Bunlardan bəziləri Yəcuc və Məcucun
hücumu; İsa və Mehdinin zühuru; Dəccalın
peyda olmasıdır.
Axirət hər bir insan üçün ölümdən sonra
başlayır. Rəvayətlərə görə dünyasını dəyişən
hər bir insan üçün öncə qəbir əzabı vardır.
13
AXİRƏT
Daha sonra insanın ruhu “bərzəx” adlanan
bir yerdə qiyaməti gözləyəcəkdir. İnsan bu-
rada dünya həyatında etdikləri yaxşı və ya
pis əməllərə görə cavab verəcəkdir.
Axirət Quran və hədislərdə geniş işıq-
landırılmışdır. İslam mənbələrində bu
məqamlar haqqında çoxlu əsərlər
yazılmışdır. Ancaq buna baxmayaraq, axirət
ilə əlaqədar hadisələri insan düşüncəsi ilə
dərk etmək olduqca çətindir.
AİŞƏ BİNT ƏBU BƏKR (56/676-cı
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin həyat yoldaşlarından biri, Əbu Bəkr
Siddiqin qızıdır. Təxminən miladi 612-ci ildə
Məkkədə doğulmuş, kiçik yaşlarından müsəl-
man olmuşdur. Rəvayətlərə görə, Məhəm-
məd peyğəmbərlə 620-ci ildə Məkkədə
evlənmiş, ər evinə isə iki ildən sonra
köçmüşdür. O zaman onun 9 və ya 10 yaşı
olmuşdur. Ancaq, bu hadisə barəsində başqa
rəvayətlər də mövcuddur. İbn Hişamın eləcə
də, digər tarixçilərin yazdıqlarına görə, Aişə
ilk İslamı qəbul edənlərdən biridir. Buna görə
də, onların izdivacı reallaşanda onun 15
yaşının olduğu qeyd edilir. Bununla belə,
müxtəlif tarixçi və tədqiqatçılara görə,
peyğəmbərdən əvvəl Cubeyr ibn Mutim
Aişəyə elçi göndərmişdir. Buna görə də, tar-
ixi hadisələrdən hərəkətlə deyə bilərik ki,
peyğəmbərlə evləndiyi vaxt onun 17 yaşının
olması ehtimal da vardır. Ayrıca, yaşının
daha çox olduğu haqqında da ehtimallar
güman edilir. Bu evlilik, erkən müsəlman
cəmiyyətində hörmət sahibi olan Əbu Bəkr
Siddiqlə Məhəmməd peyğəmbərin dostluq
bağlarını daha da gücləndirmişdir. Rə-
vayətlərə görə, peyğəmbər Aişəni çox
sevmişdir. Hicrətdən sonrakı dövrlərdə, Aişə
müxtəlif döyüşlərdə iştirak edərək yaralı
müsəlman döyüşçülərə tibbi yardım göstər-
mişdir. Rəvayətlərdə onun həyatında
xoşagəlməyən bir hadisənin baş verdiyi
haqqında məlumat verilir. Bəni Müstəliq qə-
biləsinə qarşı yürüş zamanı o, müəyyən
səbəblərdən karvandan uzaq düşmüş, Səfvan
adlı bir müsəlman isə onu Məhəmməd
peyğəmbərin yanına gətirmişdir. Müsəlman-
ların arasında olan münafiqlər (I) Aişə
haqqında yalan və böhtanlar yaymağa
başlamışdırlar. Onlar müsəlmanlar arasında
onun namusunun kirləndiyi haqqında şay-
iələr yayaraq, orada müsəlmanlar arasında
nifaq salmağa çalışmışdırlar. Buna görə o,
çox üzülmüş, Mədinəyə qayıdandan sonra
xəstələnmişdir. Hətta, bir ay atasının evində
qalmışdır. Nəhayət, Məhəmməd peyğəmbərə
Allahdan Aişənin günahsız olduğunu sübut
edən ayə ( Quran, 24: 1-10) nazil olmuş,
bununla da problem ortadan qalxmışdır.
Məhəmməd peyğəmbər həyatının son
günlərini Aişənin evində keçirmiş və onun
yanında dünyasını dəyişmişdir. Onun və-
fatından bir qədər sonra, Aişənin həyatında
daha bir önəmli hadisə baş vermişdir. Xi-
lafətdə daxili çəkişmələr gedən zaman o,
Cəməl döyüşündə xəlifə Əlinin qoşununa
qarşı vuruşanların sırasında yer almışdır.
Ancaq, bu döyüşü qazanan xəlifə Əli ona
böyük hörmət və izzət bəsləyərək Mədinəyə
yola salmışdır.
Aişə bacarıqlı və bilikli qadın olmuşdur.
Onun yaxşı yaddaşı olduğundan, çoxlu
hədislər rəvayət etmişdir. O, müsəlman
hüquq elminin yaradıcılarından biri hesab
edilir. Ayrıca, Aişə tibb və ədəbiyyat
sahəsində də bacarığa sahib olmuşdur. Aişə,
Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti
dövründə Mədinədə dünyasını dəyişmişdir.
Dostları ilə paylaş: |