AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

MƏHƏMMƏD BAQİR 

bilmişdir. Bundan sonra o, daha da çox tanın-
mışdır. Ərəbistanın başqa yerlərindən gəlmiş
davamçıları Dəriyədə onun ətrafında bir-
ləşməyə başlamışdırlar. Buradan onlar yaxın-
lıqda olan bölgələrə yürüşlər etməyə
başladılar. Beləliklə, Nəcddə Səud
sülaləsinin başçılıq etdiyi Dəriyə əmirliyi gü-
clənməyə başladı. Sonralar bu sülalə
Məhəmməd ibn Əbdülvəhhabın təliminin
davamçıları olmuşdurlar. Onun ölümündən
sonra vəhhabilik hərəkatı daha da genişlən-
mişdir. Məhəmməd ibn Əbdülvəhhabın təli-
minin ortaya çıxması və güclənməsi Osmanlı
imperiyasının zəifləməsi və dərin böhran
keçirməsi ilə bağlı idi.
MƏHƏMMƏD İBN ƏLİ (195/816 –
220/835) – şiələrin doqquzuncu imamıdır.
Onu Təqi və ya Cavad da adlandırmışdırlar.
O,  Mədinədə yaşayırdı.  Əli ibn Musanın
(Rızanın) oğlu olmuşdur. Məhəmməd ibn Əli
Quran, hədis və İslam hüququnun mahir bili-
cisi olmuşdur. Xəlifə Məmun (198/813 –
218/833) Məhəmməd ibn Əlini Bağdada
dəvət etmiş, ona böyük hörmət və izzət
göstərmiş, öz qızını ona vermişdir. Bundan
sonra Məhəmməd ibn Əli yenidən Mədinəyə
qayıtmışdır. Xəlifə Mötəsimin (218/833 –
227/842) hakimiyyəti zamanı Məhəmməd
ibn Əli yenidən Bağdada dəvət edilmişdir. O,
ömrünün sonuna qədər orada yaşamış və
orada da vəfat etmişdir. Həyat yoldaşı
tərəfindən zəhərləndiyi ehtimalı da vardır.
MƏHƏMMƏD İBN HƏSƏN (255/868-
ci ildə doğulmuşdur) – isna-əşəri şilələrinin
zühurunu gözlədikləri Mehdidir.
Rə-
vayətlərə görə hicri 260-cı ildən 329-cu ilə
qədər atasının ölümündən sonra Məhəmməd
ibn Həsən şiələrlə yalnız ona yaxın olan
adamları vasitəsi ilə əlaqə saxlamışdır. Bu
dövr imamın “kiçik qeybi” adlanır. Hicrətin
329-cu ildən sonra “böyük qeyb” dövrü
başlamışdır. Bu dövr şiə inancına görə
günümüzə qədər davam etməkdədir.  
İsna-əşəri şiələrinin inancına görə
gələcəkdə gəlişi gözlənilən Mehdi Allahın
buyuruğu ilə Məkkədə zühur edəcəkdir.
Onun gəlişinə inananlar orada toplaşacaqlar.
Bu zaman onun zühuruna inanan bütün
ölmüş insanlar diriləcəkdir. Onlar Dəccalla
vuruşacaq və yer üzündə ədalət bərpa
ediləcəkdir. 
MƏHƏMMƏD İBN SİRİN (110/729-
cu ildə vəfat etmişdir) – məşhur hədis rə-
vayətçilərindən biri olmuşdur. Xəlifə
Osmanın dövründə kölə kimi doğulmuş,
sonra isə azadlığını qazanmışdır. Zeyd ibn
Sabit, Ənəs ibn Malik, Əbu Hüreyrə, Hüzeyfə
ibn Yəmən kimi  peyğəmbərin otuza qədər
səhabələri ilə görüşmüş onlardan eşitdiyi
hədisləri rəvayət etmişdir. Onlar bir çox
tanınmış hədis məcmuələrində yer almışdır.
MƏHƏRRƏM  –  hicri-qəməri təqvi-
minin birinci ayıdır. İslamdan əvvəl Ərəbi-
standa bu aya Rəcəb, Zülqədə və  Zülhiccə
ayları kimi xüsusi ehtiram edilmişdir. Bu ay-
larda ərəb adətinə görə müharibə etmək və
qan tökmək haram idi. Ona görə də, bu aylar
“haram” aylar adlanırdı. Məhərrəm ayının
onuncu günü olan Aşurada İslam üçün
əhəmiyyət kəsb edən hadisələr baş vermişdir.
MƏHRƏM –  fiqhdə kişi üçün evlən-
məsi qadağan olunmuş qadınlardır. Müsəl-
man üçün öz anası və nənəsi, qızı və
nəvələri, bacısı və bacısı qızı, qardaşı qızı,
gəlini, xalası və bibisi, ərli və kafir qadınlarla
evlənmək haramdır.
MƏHŞƏR –  qiyamət günü insanların
dirildikdən sonra mühakimə edilmək üçün
bir yerə yığışacağı yerdir. O gün yer üzündə
yaşamış hər bir insan dirilərək Allah
qarşısında əməllərinə görə cavab verəcəkdir
(Quran, 45: 22). Hər bir kəsin etdiyi əməllər
mizanda dartılacaq (Quran, 42: 17), tərəzinin
181
MƏHŞƏR

bir gözünə yaxşı, digər gözünə isə pis əməl-
lər qoyulacaqdır. Bundan sonra möminlər
cənnətə, kafirlər isə cəhənnəmə girəcəklər.
MƏKKƏ –  Ərəbistan yarımadasının
Hicaz bölgəsində yerləşən qədim bir
şəhərdir. Burada müsəlmanların ən müqəd-
dəs məscidi olan Məscidül-Haram və Kəbə
evi yerləşir (Quran 3: 96). Rəvayətlərə görə
Məkkə şəhərinin tarixi cənnətdən yer üzünə
qovulmuş və bu yerlərdə yaşamış ilk insan
Adəmdən başlayır. O, Kəbənin yerində ev
tikmişdir. Ancaq Nuhun dövründə baş vermiş
tufan onu dağıtmışdır. 
Yenə rəvayətlərə görə bu yerlərin sonrakı
tarixi İbrahim peyğəmbərlə bağlıdır. O, həyat
yoldaşı  Həcəri və oğlu İsmaili bu yerlərə
gətirmişdir. Ana və oğul orada susuz qalmış,
sonra isə möcüzə baş vermiş, qızmar çöldə
Zəmzəm bulağı qaynamağa başlamışdır.
Zəmzəmin möcüzəvi qaynamasından sonra
bu yerlər yaşayış üçün yararlı olmuşdur. Bir
qədər sonra isə o yerlərə Yəməndən Curhum
qəbiləsi köçmüşdür. Bundan sonra müasir
Məkkənin yerləşdiyi yerlərdə həyat canlan-
mışdır. Həcərin ölümündən sonra yetkinlik
yaşına çatmış İsmail curhumlu bir qızla
evlənmişdir. Ancaq, sonra bu qadınla boşa-
naraq, Curhum qəbiləsinin başçısının qızı ilə
evlənmişdir. Bu evlilikdən onun 12 oğlu ol-
muşdur. Onlar ərəblərin əcdadları hesab
edilirlər. Sonra Ərəblər bütün Ərəbistana
yayılmışdırlar. Məkkədə isə İsmailin Kidar
adlı oğlunun nəsli qalmışdır. Qüreyş qəbiləsi
də onlardan gəlir. 
Rəvayətlərə görə İbrahim peyğəmbər tez-
tez Həcər ilə oğlu İsmailin yanına Məkkəyə
gəlirdi. Gəlişlərinin birində o, İsmaillə bir-
likdə Kəbə evini inşa etmişdir. İsmailin soyu
bu torpaqlarda uzun müddət yaşamış, sonra
isə o yerlərə Yəməndən Hüzəə qəbiləsi
gəlmişdir. Curhumlular onların orada yer-
ləşməsinə icazə verməmişdirlər. Hicrətdən
öncə 415-ci ildə (miladi 207-ci ildə) bu qə-
bilələrin arasında baş vermiş döyüşdə
hüzəəlilər qalib gəlmiş, Məkkəni ələ keçir-
mişdirlər. Hüzəəlilər 300 il boyu şəhərə
başçılıq etmişdir. Rəvayətlərə görə onların
dövründə İbrahim və İsmaildən gələn adətlər
unudulmuş, Məkkədə bütpərəstlik geniş
yayılmışdır. Hüzəəlilər çoxlu tanrılara
tapınırdılar. Onların baş tanrısı Hubəl o
zaman Məkkənin baş tanrısı sayılmış, onun
bütü Kəbədə yerləşdirilmişdir. 
Hicrətdən 182 il öncə (miladi 440-cı ildə)
Qüreyş qəbiləsinin başçısı Qüsay hüzəəliləri
məğlub edə bilmişdir. Bu uğurdan sonra
qüreşlilər şəhərdə nüfuz qazanmışdırlar.
Qüsay Məkkədə bərpa işlərini aparmış,
şəhərin özünü idarəetmə sistemini yarat-
mışdır. O zaman həcc, eləcə də başqa dini
ayinlərin yerinə yetirilməsi ilə bağlı problem-
lər həll edilmişdir. Qüsaydan sonra
Məkkənin hər hansı bir başçısı olmamışdır.
Şəhərin idarə edilməsində bütün nüfuzlu
ailələrin nümayəndələri iştirak edirdilər. İs-
lamın ilk dövrlərində şəhəri Darun-Nədva
adlanan bir qurum idarə edirdi. Onun işinə
40 yaşına çatmış bütün azad kişilər qatıla
bilərdilər. 
Qüreyşlilər də Hüzəəlilər kimi bütlərə
tapınırdılar. O zaman hər il Məkkəyə həccə
zəvvarlar gəlirdilər. Kəbədə isə ərəblərin
bütləri yerləşdirilmişdir. Qədim məkkəlilərin
hər hansı bir hüquq sistemi olmamışdır.
Bütün mübahisəli məsələlər müxtəlif qə-
bilələrin başçılarının hökmləri ilə çözülürdü.
Əgər bu yolla məsələ həll edilmirdisə, onda
ən nüfuzlu və tanınmış şəhər sakinlərinə
müraciət edilirdi. Çıxarılmış hökmlərin icrası
mexanizmi də olmamışdır. Çox vaxt sakinlər
çıxarılmış hökmlərin tətbiq edilməsi üçün
gücə əl atırdılar. Bununla yanaşı, problem-
lərin çoxunun həll edilməsində falçılara və
kahinlərə müraciət edilirdi. 
İsti və quru iqlim, eləcə də təbii
sərvətlərin yoxluğu məkkəliləri ticarətlə
məşğul olmağa vadar edirdi. Məkkəyə xü-
182
MƏKKƏ

susən həcc vaxtı çoxlu zəvvarların gəlməsi
ticarət üçün əlverişli şərait yaradırdı. Rə-
vayətlərə görə bir kərə Məkkəni Həbəşistan
kralı Əbrəhə işğal etmək istəmiş, ancaq bir
möcüzə nəticəsində onun ordusu məhv ol-
muşdur. Məkkənin tarixində ən önəmli
hadisə bu şəhərdə İslamın yaranması və
Məhəmməd peyğəmbərin fəaliyyəti olmuş-
dur. Bundan sonra şəhərin ictimai-siyasi du-
rumu dəyişmişdir. O zamanlar əsrlər boyu öz
adətləri ilə yaşayan ərəblərin öyrəncəli həyat
tərzi dərin böhranda idi. Buna görə də,
müsəlmanlarla öyrəncəli həyat tərzinin
saxlanılmasını istəyən mühafizəkar
məkkəlilər arasında qarşıdurmalar baş ver-
mişdir. Məhəmməd peyğəmbər və onun ilk
davamçıları ağır təqiblərə uğramışdırlar. Bu
təqiblərdən qurtarmaq üçün onların bir qismi
Həbəşistana hicrət edərək orada sığınacaq
tapmışdırlar. Bundan 13 ilə yaxın müddət
keçdikdən sonra müsəlmanların çoxu
Məkkədən Mədinəyə hicrət etmiş, orada yerli
əhali ilə birlikdə ilk müsəlman cəmiyyətini
yaratmışdırlar. Bundan sonra məkkəli büt-
pərəstlərlə mədinəli müsəlmanlar arasında
müharibə baş vermişdir. Müsəlmanlar bu
savaşda qalib gəlib hicrətin 8-ci ilində
Məkkəni ala bilmişdirlər. Məhəmməd
peyğəmbər Kəbə evinə girərək oradakı bütün
bütləri dağıtmışdır. 
Məkkə islamlaşdıqdan sonra onun siyasi
əhəmiyyəti kiçilmişdir. Məhəmməd peyğəm-
bərin ölümü, müsəlman torpaqlarının
genişlənməsindən sonra Məkkə Xilafətin
başqa mərkəzlərindən uzaqda yerləşdiyinə
görə vilayət şəhərinə çevrilmişdir. Ancaq
bununla belə şəhərin dini önəmi artmışdır.
Kəbə evinin yerləşdiyi bu şəhər təkcə
ərəblərin deyil, bütün dünya müsəlman-
larının dini mərkəzinə çevrilmişdir. Müsəl-
manlar ibadətlərin çoxunu üzlərini qiblə olan
Kəbəyə çevirərək yerinə yetirirlər. 
Raşidi və ilk Əməvi xəlifələrinin
dövründə Kəbə və onun ətrafında yenidən-
qurma işləri aparılmışdır. Ancaq ən iri
miqyaslı dəyişikliklər Əməvi xəlifəsi Əl-Va-
lidin vaxtında edilmişdir. O zaman Kəbənin
çevrəsində məscid kompleksi tikilmişdir.
Tikintinin gedişi zamanı Məkkəyə Xilafətin
müxtəlif bölgələrindən ən yaxşı memarlar və
bənnalar gətirilmişdir. 
Əməvilər dövründə Məkkə Hicazın
valilərinə tabe etdirilmişdir. O dövrdə orada
müxtəlif hadisələr, silahlı qarşıdurmalar baş
verirdi. 64/684-cü ildə Məkkəni xəlifə Yəzid
ibn Müaviyənin xəlifəliyinin tanımayan Ab-
dullah ibn Zübeyr öz paytaxtına çevirmişdir.
O, Əməvi ordusuna müqavimət göstərə
bilmişdir. Döyüşlərin getdiyi vaxt xəlifə
Yəzidin öldüyü xəbəri gəlmişdi. Buna görə
Əməvi ordusu geri çəkilmişdir. Bundan
sonra Abdullah ibn Zübeyr öz hakimiyyətini
Xilafətin böyük bir hissəsinə yaya bilmişdir.
Buna görə o, xəlifə kimi tanınmış, 10 ildən
çox Məkkədən ona beyət etmiş bölgələri
idarə etmişdir. 
Ancaq Dəməşqdə Əbdül-Məlik ibn Mər-
van hakimiyyətə gəldikdən sonra Əməvilər
yenə güclənmişdirlər. 73/692-ci ildə Həc-
cacın başçılığı altında Əməvi ordusu
Məkkəyə doğru irəliləyərək şəhəri ala
bilmişdir. Abdullah ibn Zübeyr bu döyüşdə
həlak olmuşdur. 
129/747-ci ildə isə Məkkəni Yəməndən
gəlmiş  xaricilər ələ keçirmişdirlər. Ancaq
həmin ildə Əməviləri devirmiş Abbasilərin
qoşunu şəhəri azad edə bilmişdirlər. Bundan
sonra 132/750-ci ildən 349/961-ci ilə qədər
Məkkəni Abbasi xəlifələrinin təyin etdiyi
başçılar idarə etmişdirlər. 
303/916-cı ildən başlayaraq Ərəbistan
yarımadasında Məkkəyə gedən bütün yolları
qərmətilər kəsmişdirlər. Onlar bura zəvvar-
ları buraxmırdılar. 317/930-cu ildə qərmətilər
Мəkkəni ələ keçirərək Kəbədəki Həcərül-
Əsvəd daşını şəhərdən çıxarıb özləri ilə
aparmışdılar. Bir müddət keçdikdən sonra
onlar daşı parçalanmış halda geri qaytar-
mışdırlar. 
183
MƏKKƏ

357/968-ci ildə Məkkə Fatimi
xəlifələrinin nəzarəti altına keçmişdir. O za-
mandan başlayaraq şəhər Həsən ibn Əlinin
soyundan olan “şəriflər” idarə edirdilər. Şəri-
flər müstəqilliyə can atdığı üçün onların Fa-
timilərlə qarşıdurmaları olmuşdur. 
922/1517-ci ildə Hicazı türk sultanı I
Səlim Yavuz ələ keçirib Osmanlı im-
periyasının tərkibinə qatmışdır. Türk sultan-
ları Məkkə şəriflərinin nüfuzunu saxlamış,
onları özlərinə tabe etdirmişdirlər. Osman-
lıların dövründə şəhərdə və Məscidül-
Haramda tikinti və təmir işləri aparılmışdır. 
1218/1803-cü ildə Məkkəni vəhhabilər
ələ keçirmişdirlər. Ərəbistanda hakimiyyətini
bərpa üçün türk sultanı II Mahmud Misir val-
isi Məhəmməd Əliyə müraciət etmişdir. O da
1228/1813-cü ildə Məkkəni geri qaytara
bilmişdir. 
Birinci dünya müharibəsi zamanı ingilis-
lərdən dəstək alan Məkkə şərifi Hüseyn Os-
manlı sultanına tabe olmaqdan imtina
etmişdir. 1344/1926-cı ildə Əl-Səud
sülaləsinin məliki Əbdül-Əziz Məkkəni ələ
keçirmişdir. Səudiyyəlilər Məkkədə təmir-
tikinti işləri aparmış, burada yeni binaları
ucaltmış, qonaq evlərini tikmiş, yollar
salmış, müasir infrastrukturu qurmuşdurlar.
Məscidül-Haramda, eləcə də başqa dini
obyektlərdə də yenidənqurma işləri
aparılmışdır.
MƏKRUH  –  fiqhə görə haram ol-
mayan, ancaq edilməsi də xoş qarşılan-
mayan əməldir. Məkruh anlayışına İslam
məzhəblərində fərqli yanaşmalar vardır.
Hənəfi məzhəbinə görə haram olan bir şey
Quranda və ya mütəvatir hədislərdə açıq və
aydın göstərilməlidir. Bu şərt ortada ol-
mazsa, heç bir şeyi haram hesab etmək
olmaz. Əhəd hədislərlə nəyinsə haram və ya
məkruh olması hökmü verilmir. Buna görə
də, hənəfilərdə məkruh iki növdür: təhrimən
məkruh və tənzihən məkrun.
Təhrimən məkruh əhəd hədislərdə
Məhəmməd
peyğəmbərin haram etdiyi
şeylərdir. Onların dərəcəsi harama çox yaxın
olduğuna görə edilməsi günah sayılır. Tənz-
ihən məkruh isə Məhəmməd peyğəmbərin
açıq-aydın qadağan etmədiyi, ancaq buna
işarə etdiyi şeylərdir. Onların günah dərəcəsi
nisbətən yüngül olsa da, görülməsi məsləhət
deyildir. 
Başqa məzhəblərdə isə belə bir bölgü
yoxdur. Onlarda hənəfilərin “təhrimən
məkruh” kimi adlandırdıqları şeylər haram
sayılır. Məkruh isə yalnız hənəfilərin “tənzi-
hən məkruh” adlandırdığı şeylərə aid edilir.
MƏQAMÜL-İBRAHİM  –  Kəbə inşa
edilən zaman İbrahim peyğəmbərin dur-
duğu yerdir. Günümüzdə 
Məscidül-
Haramda həmən yerdə kiçik bir günbəzli
tikili ucaldılmışdır. Rəvayətlərə görə Allah
İbrahim peyğəmbərə  Kəbə evini tikməyi
buyurmuş, o da həmən işi icra etməyə
başlamışdır. İsmail onun üçün daş gətirmiş,
o isə tikintini aparmışdır. Bir daşı da o
ayaqları altına qoymuş, onun üzərinə
çıxmışdır. Onun üzərində də İbrahim
peyğəmbərin ayaq izi qalmışdır. Məqamül
İbrahim Quranın 3: 97 ayəsində anılır.
MƏLAMƏTİLƏR – Xorasanda yaran-
mış sufi təriqətlərindən biridir.  Təriqətin
yaranması sufi Həmdun Kəssarın (271/884-
cü ildə vəfat etmişdir) adı ilə bağlı olmuşdur.
Məlamətilərin təlimininə görə, insanın özü-
özünü ən böyük günahkar saymalı, nə baş
versə onun səbəbini özündə görməlidir. Buna
“məlamət” deyilir. Bunun üçün Allaha içdən
gələn sevgi ilə ibadət etmək, onun mərhəmət-
inə inanmaq lazımdır. Məlamətilər hesab
edirdilər ki, insanların çoxu yalnız zahirdən
özlərini dindar kimi göstərirlər. Bunu
başqaları görsün deyə edirlər. Buna görə də,
bu kimi insanlardan fərqli olaraq onlar öz
səmimi inanclarını gündəlik həyatlarında
184
MƏKRUH 

göstərməlidirlər. Bu barədə onlar danışmaq
deyil, əməldə göstərməyin tərəfdarı kimi
çıxış edirdilər. Onlar uğurlarından və ya
uğursuzluqlarından danışmaqdan, başqa-
larının sirlərini açmaqdan da çəkinməlidirlər.
Məlamətilər cəmiyyətdə yaşayaraq mənəvi
abidlik
ideyasını qəbul etmiş, tərki-
dünyalığın tərəfdarı olmuşdurlar. Onlara görə
hər bir kəs istənilən gündəlik işlərində Allahı
zikr etməlidir. Allaha hər an yaxın olmaq,
onun adı ilə bütün işləri görmək ideyası
məlamətilərin ən yüksək məqsədləri olmuş-
dur.  
MƏLƏKLƏR –  Qurana görə Allahın
nurdan yaratdığı varlıqlardır. İnsanlardan
fərqli olaraq onlar heç bir cinsə sahib dey-
ildirlər (Quran 43: 19), onlar doğmur və
doğulmurlar, heç bir şeyə ehtiyacları yoxdur.
İlahiyyatçıların bir çoxu hesab edir ki, mələk-
lərin iradə azadlığı yoxdur və onlar yalnız Al-
lahın buyuruqlarını yerinə yetirirlər. Buna
görə də, günah əməllər törədə bilməzlər. İn-
sanlar mələkləri gerçək görkəmlərində görə
bilməzlər. Ancaq bəzi hallarda onlar insan
görkəminə girib gözə görünə bilərlər (Quran
11: 69-71). Peyğəmbərlər onları görmüşdür-
lər. Mələklərin qanadları vardır (Quran, 35:
1). Onlar böyük məsafələri asanlıqla və
böyük surətlə qət edə bilirlər (Quran, 70: 4). 
Bəzi mələklərin adları Quranda və hədis-
lərdə qeyd edilmişdir. Məsələn, Məhəmmədə
və başqa peyğəmbərlərə vəhy gətirmiş
mələyin adı Cəbraildir. Bununla bərabər
digər ən böyük mələklər Əzrayıl, Mikail və
İsrafildir. Bunlardan başqa İslamın ilk mən-
bələrində Münkər və Nəkir, Harut və Marut
mələklərinin adları da çəkilməkdədir. İslama
görə Allahın əmri ilə mələklər təbiətdə baş
verən bütün prosesləri idarə edilər. Onlar in-
sanların həyatında da iştirak edirlər. Onların
vasitəsi ilə ana bətnində uşaqlara ruh verilir.
Mələklər insanları doğulandan ölənə qədər
müşayiət edir, insanların etdikləri xeyir və
şər əməllərini yazırlar (Quran, 82: 10-11).
İnsan öləndə də onun canını ölüm mələyi alır
(Quran, 32: 11, 6: 61). İslamda mələklərin
varlığına inanmaq İslam dinin əsaslarından
hesab edilir. 
MƏLƏKÜL-MÖVT – bax: ƏZRAİL.
MƏMLÜKLƏR (I) –  kimlərinsə
mülkiyyətində olan insanlar və kölələrdir.
Bu qulların çoxu qara dərili afrikalılar ibarət
idi. Bundan başqa qəbilələrarası döyüşlərdə
əsir götürülənlər də kölə kimi satılırdılar.
Bəzən yoxsulluq və aclıqla üzləşmiş insanlar
da könüllü olaraq kölə olurdular. Bu səbəblər
üzündən öz uşaqlarını köləliyə verənlər də
olmuşdur. 
Məhəmmədin peyğəmbərliyi başlayanda
köləlik bütün dünyada yayılmışdır. Bununla
belə, o dövrün ictimai münasibətləri, sosial
həyatı və iqtisadiyyatı kölələrsiz
düşünülməzdir, onu ləğv etmək də mümkün
deyildir. Buna görə də Quranda və  hədis-
lərdə, eləcə də İslam fiqhində kölələr
haqqında çoxlu hökmlər vardır. Bu baxım-
dan, onlarla münasibətlər hüquqi cəhətdən
tənzimlənmişdir. İslamda köləlik yalnız
müsəlman olmayan hərbi əsirlərə aid idi.
Könüllü köləlik və ya uşaqların kölə kimi
satılması qadağan olunmuşdur. Kölə sahibinə
müəyyən qədər pul ödəyəndən sonra azad ola
bilərdi. Kölələr öz sahiblərinin mülkiyyəti
olduqlarına baxmayaraq İslamda onlar üçün
də hüquqi qaydalar təyin olunmuşdur. Sahi-
bləri kölələrlə ədalətli davranmalı idilər
(Quran, 4: 36). Şəriətə görə kölənin azadlığa
buraxılması da dində bəyənilən bir əməldir.
Belə ki, fiqhdə işlənilmiş bir günah
qarşılığında kölənin azad edilməsi kəffarə
sayılır və tövsiyə edilir. 
Kölələr öz dinlərində qala və ya öz istək-
ləri ilə müsəlman ola bilərdilər. Onların zorla
müsəlmanlaşdırılmalarına yol verilmirdi. İs-
lamı qəbul etmiş kölə zəkat və həcc kimi bəzi
185
MƏMLÜKLƏR (I) 

dini vəzifələrin icrasından azad edilirdi.
Kölələr satıla və ya dəyişdirilə bilərdilər.
Ancaq, uşağı olan kölə qadınla bunları etmək
olmazdı. 
Kölələrin özlərinə məxsus heç bir şeyləri
olmamışdır. Buna görə də onlar,
qazandıqlarını öz sahiblərinə verməli idilər.
Eyni zamanda onlar, sahibləri ilə anlaşıb,
onlar üçün müəyyən qədər pul qazandıqdan
sonra, bunun qarşılığı olaraq azadlıqlarına da
qovuşa bilərdilər. 
Kölələr öz sahiblərinin razılığı ilə yalnız
kölələrlə evlənə bilərdilər. Onların uşaqları
isə azad olurdular. Sahiblər öz ərsiz kölə
qadınları ilə kəbin kəsmədən münasibətlərə
girə bilərdilər. Bu münasibətlərdən olan
uşaqlar da azad olurdular. Onları satmaq və
ya kiməsə hədiyyə etmək olmazdı.
Sahibindən uşaq doğmuş kölə qadınlar sahib-
inin ölümündən sonra varislik hüququndan
məhrum edilsələr də, ancaq azadlığa bu-
raxılırdılar. Fiqhə görə kişi öz arvadı ilə bir-
likdə əsir düşmüşdürlərsə, köləlikdə də
ər-arvad olaraq qalırdılar. Qadın tək olaraq
əsir düşmüşdürsə, onda onun öncəki evliliyi
pozulmuş sayılırdı.
MƏMLÜKLƏR (II) –  Misirdə Əyyu-
bilər sülaləsi (564/1171 – 648/1250)
hakimiyyəti dövründə orduda qulluq etmək
üçün Türküstan və Qafqazdan gətirilmiş,
sonra isə hakimiyyətə gəlmiş kölələr olmuş-
durlar. 648/1250-ci ildə türk əsilli məmlük-
lər Əyyubiləri hakimiyyətdən
kənarlaşdıraraq Misirdə hakimiyyəti öz əl-
lərinə almışdırlar. On ildən sonra onlar Sul-
tan Bəybarsın başçılığı altında Suriyanın
Əyn-Cəlut bölgəsi yaxınlığında monqol or-
dusuna qalib gəlmiş, onların irəliləməsinin
qarşısını almışdırlar. Bundan sonra
666/1268-ci ildə onlar xaçlıları ağır məğlu-
biyyətə uğrada bilmişdirlər. Beş ildən sonra
məmlüklər bu bölgələrdə çoxlu sayda qətllər
törətmiş ismaililərin Nizari təriqətinin mən-
sublarını darmadağın etmişdilər. 
Bu uğurların nəticəsində onlar Suriya və
Fələstini öz dövlətlərinə qatmışdırlar. Daha
sonra Məmlüklər Kiçik Asiya yarımadasının
cənubunda yerləşən Kilikiya dövlətinin də
varlığına son qoymuşdurlar. 
Monqollar Abbasi xilafətini darmadağın
etdikdən sonra məmlüklər onların varislərini
Misirə köçürmüş və Xilafəti formal olaraq
bərpa etmişdirlər. Müsəlmanların müqəddəs
mərkəzləri olan Məkkə və Mədinə şəhərləri
də məmlüklərin nəzarəti altına keçmişdir. 
921/1516-cı ildə Suriyanın Hələb
şəhərinin yaxınlığında Osmanlı Sultanı I
Səlim Məmlük ordusuna qalib gəlmiş,
bununla da onların hakimiyyətinə son qoya
bilmişdir. Ancaq məmlüklər Osmanlılara
tabe olsalar belə, bir zümrə kimi Misirdə nü-
fuzlarını saxlamışdırlar. 1226/1811-ci ildə
Misir Sultanı Məhəmməd Əli Məmlükləri
məhv edə bilmişdir.
Məmlük tarixində Bəhri (648/1250 –
791/1390) ilə Bürci (791/1390 – 921/1516)
Sultan sülalələri olmuşdur. Bəhrilər türk,
Bürcilər isə qafqazlı idilər. Məmlük dövləti
çox hərbiləşmiş ölkə olmuşdur. Onların
hakimiyyəti boyu ölkə strukturlarında hərbi
sistemə bənzər bir sistem qurulmuşdur.
Bütün hakimiyyətin qolları yuxarıdan
aşağılara kimi biri-birinə tabe edilmişdir. Yal-
nız belə bir hərbiləşmiş ölkə olduqlarına görə
Məmlüklər monqollar kimi yenilməz bir
düşməni məğlub etmiş, hakimiyyətlərini
İslam dünyasının digər yerlərində də yaya
bilmişdirlər. 
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin