b) XVI əsrdə Dədə Kərəm yaradıcılığında təcnis
Heca vəzninin inkişaf tarixindən bəhs edən Əmin Abid yazır: “Əslində bizdə hecanın inkişafı məşhur xalq şairi Kərəmdən sonradır”.2
Dədə Kərəm yaradıcılığında bitkin, kamil qoşma və gəraylılarla yanaşı, təcnis aşıq şeiri nümunələrinə də ara-sıra rast gəlirik. Kərəmin şeir dili elə aydın və rəvandır ki, təcnisin özündə belə ərəb-fars tərkibli söz, ifadə yoxdur.
Dədə Kərəm cinasları Azərbaycanın saf söz bulağının gözündən götürmüşdür. Təcnis o qədər anlaşıqlı dildə yazılmışdır ki, onun heç bir təhlilə ehtiyacı olmadığı aydın görünür:
Aylar, illər həsrətini çəkdiyim,
Üzü dönmüş bivəfa yar, belə bax!
Gözəllərdə sərxoş gəzmək ar deyil,
Asılıbdı gümüş kəmər belə, bax!
***
Oxudum əlifi, yetdim yasinə,
Şux məmələr xub yaraşır ya sinə,
Kamil ovçu bərəsinə ya sinə,
Rəncbərinəm, dayanmışam belə, bax!
***
Kərəm deyər; kam almadım dünyada,
Cəfa çəkdim, ömür verdim dünyada,
Məcnun kimi dolanıram dünyada,
Qocalmışam, piran oldum belə, bax!1
“Əsli-Kərəm” dastanı haqqında türk dünyasının azman sənətkarı Qaracaoğlanın ədəbi irsi içərisində çox qiymətli məlumatlar var.
Dostları ilə paylaş: |