Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə339/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   335   336   337   338   339   340   341   342   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
265 
Qaraciyər və dalaq şişərsə, qızılgülün qurudulmuş ləçə-
yini gülab suyu ilə təpitmə edib, həmin yerin üzərinə qoyul-
sa,  ağrıları  azaldır.  Bu  müalicə  üsulunu  10-15  gün  axşam 
yatmazdan əvvəl 20-25 dəqiqə davam etdirmək məsləhətdir. 
 
Ətirşah 
 
Ətirşah  cinsi  350-yə  qədər  növü  özündə  birləşdirir. 
Cinsin içərisində efir-yağlı, boyaq təbiətli, dərman, nektar və 
bəzək üçün yararlı növlərinə rast gəlmək olar. 
Ətirşah  cinsinin  Qafqazda  29,  o  cümlədən  Azərbay-
canda 23 növünə təsadüf edilir. 
Müqəddəs  Marveya  adasının  cadugərləri  hamilə  qa-
dınlara  məsləhət  görürdülər  ki,  doğmağa  bir  ay  qalmış  hər 
gün  qarın  nahiyələrini  ətirşah  yağı  ilə  dairəvi  və  spiral  for-
mada sürtsünlər. Bunu onunla  izah edirdilər ki, ətirşah  yağı 
uşaqda  təhlükə  törədən  şər  qüvvələrin  qarşısını  alır,  onun 
sağlam və ağıllı olmasına şərait yaradır. 
Ətirşahdan  soyuqdəymələr  zamanı  baş  verən  kəskin 
onurğa  ağrılarım  yox  etmək  üçün  həmin  nahiyələrə  ətirşah 
yağı  sürtməklə  müalicə  edirmişlər.  Bitkinin  yarpaqlarından 
alman  dəmləmələrdən  aybaşı  qabağı  baş  verən  ağrıların 
qarşısını almaq üçün daxilə qəbul edirdilər. 
XVI əsrdə rus əczaçıları «atəş zamanı» qulaqlarda baş 
verən  gurultuları  və  ağrıları  ətirşahdan  alınan  ekstraktdan 
damcı  kimi  istifadə  edib  qarşısını  alırdılar.  Göz  qapağında 
baş  verən  xəstəlikləri  aradan  qaldırmaq  üçün  ətirşahdan 
alınan ekstaktın içərisinə azca bal qatıb səhər və axşam vaxt-
ları  yumaqla  müalicə  edirmişlər.  Bunun  üçün  200  ml 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin