AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2.35 Mb.
Pdf просмотр
səhifə1/21
tarix26.12.2016
ölçüsü2.35 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   21

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTUTU 
       _______________________________________________ 
 
 
NÜBAR HƏKİMOVA 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN 
XALQININ ƏNƏNƏVİ 
BİLİKLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2011 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 

AMEA Folkor İnstitutu Elmi Şurasının 
qərarı ilə nəşr olunur 
 
 
 
ELMİ REDAKTOR: f.e.d., professor Hüseyn İSMAYILOV 
 
 
 
 
RƏYÇİLƏR:  
f.e.d., professor  İsrafil ABBASLI; 
 
 
 
f.ü.f.d. Ağaverdi XƏLİL;  
 
 
 
b.e.d. professor Ədalət FƏRƏCOV 
 
 
 
 
Nübar  Həkimova.  Azərbaycan  xalqının  ənənəvi 
bilikləri, Bakı, “Nurlan”, 2011, -316 səh. 
 
Yuxu, yuxugörmə, yorum-yozumları, türkəçarə, xalq deyimləri 
(təbabəti)  inam  və  etiqadlar  hələlik  ən  az  toplanıb  çapa  hazırlanan, 
təhlil-tədqiq  olunan  sahələrdəndir.  Biologiya  üzrə  fəlsəfə  doktoru 
N.M.Həkimova uzun  illərdir ki, Azərbaycan, Gürcüstan, Orta Asiya 
və  digər  qonşu  respublikaların  ərazilərində  yaşayan  azərbaycanlı 
müdriklərindən, aqil-ağsaqqalarından, ağbirçəklərindən topladığı yu-
xu  yorum-yozumlarını,  türkəçarələri,  inam  və  etiqadları  qədirbilən 
geniş oxucu kütlələrinə təqdim edir. 
 
M
    
4603000000   Ãðèôëè íÿøð 
             Í-098-2011                      
 
© Фолклор Институту, 2011 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 

ELMİ REDAKTORDAN 
 
İnsan  yer  üzündə  məskunlaşdığı  andan  etibarən  mənsub 
ərazidə  yuxu  yozumları,  xalq  təbabəti,  elat  inam  və  etiqadları 
ona dörd ünsür – hava, su, od, torpaq kimi gərəkli olmuşdur. 
"Azərbaycan xalqının ənənəvi bilikləri" kitabının müəl-
lifi  N.M.Həkimovanın  gözəl  bir  niyyətlə  çapa  hazırladığı  bu 
dəyərli kitabda tarixi çox qədim əsrlərlə səsləşən ulu, müdrik 
xalqımızın  milli-mənəvi  özünəməxsusluq,  özünütəsdiq,  özü-
nüdərk  fikir  dünyası  hələ  işıq  görməyən  bol-bol  faktlar,  ma-
raqlı  nümunələr  ilə  ön  plana  çəkilir  və  təsdiqlənir.  Əsrlər 
boyu  xalqın  ruhundan  süzülüb  gələn  inamlara  elat  müdriklə-
rinin-aqillərinin  ayrı-ayrı  əsrlərdə,  qərinələrdə  yaşamaq  hü-
ququ vermələri, bunları dövrümüzə qədər yaşatmaları təqdirə-
layiq sayılmalıdır. Kitabın "Müdriklərimizin yuxu yozumları" 
bölümündə əzəli-ədəbi dünya  yarandığı  ilk vaxtdan bəşər öv-
ladının hər an təmasda olduğu, onu əhatə edən maddi varlıqda 
və eləcə də insanın öz daxili aləmində, beynində baş verən fe-
nomenlərin sirli-sehirli duyumunu, anlamını imkanı daxilində 
aşkarlamaq üçün saysız-hesabsız "niyələrin" səbəbini araşdır-
mağa  çalışmasından  bəhs  edilir.  Sözsüz,  bu  axtarışlar  əsrlər 
boyu  gah  uğurlu,  gah  da  uğursuz  olsa  da,  bu  günə  qədər  öz 
aktuallığını  itirməmişdir.  Mən  əminəm  ki,  müəllifin  gərgin 
əməyi  nəticəsində  başa  gələn  bu  kitab  öz  bəhrəsini  verəcək, 
bu  sahədə  çalışan  psixoloqlarımız,  fizioloqlarımız,  təbiblə-
rimiz,  folklorşünaslarımız  sirli  aləmin  elmi  açarını  əldə  edə-
cəklər.  Yuxugörmə,  türkaçarə  təbabətinə  vurulmuş  mistik 
inamsızlıq damğaları, yersiz böhtanlar ciddi araşdırmalar əsa-
sında aradan qaldırılaraq öz qanuni təsdiqini alacaqdır. Bu da 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 

həqiqətdir ki,  xalq ədəbiyyatının  istər  lirik,  istər epik,  istərsə 
də  epik-lirik  janrlarında  yuxu,  yuxugörmə,  türkaçarə,  inam-
etiqadlar o qədər güclüdür ki, bu kitab təkcə təbiblərin, psixo-
loqların,  fizioloqların  deyil,  filosofların,  etimoloqların,  folk-
lorşünasların, etnoqrafların da diqqətini özünə cəlb edəcəkdir. 
Kitabda  toplanan  nümunələrdə  müdrik  loğman  baba-
ların,  nənələrin,  rəmmal  aqillərin  intuitiv  telepatik  duyum-
deyimləri  çox  maraqlıdır.  Müəllif  haqlı  olaraq  kitabda  ve-
rilən  türkaçarələri  loğmanlarla  –  həkimlərlə,  məsləhətləş-
mədən qəbul etməni lazım bilmirlər. Məncə müəllif bu kitab-
da ən çox müdrik xalqımızın  istedadlı, ağıllı  fikir dünyasını 
ön  plana  çəkmiş  və  haqlı  olaraq  belə  bir  qanaətə  gəlmişdir 
ki, yuxu yozumu, rəmmallıq, insanı əhatə edən maddi varlığa 
inam-etiqadlar,  türkaçarələr  haqqında  bu  qədər  incələmələr, 
öyümlər, deyimlər xalqımızın bu regionda məskunlaşmaları, 
ağıl dünyası haqqında psixoloqlarımıza, fizioloqlarımıza, tə-
biblərimizə,  etimoloqlarımıza,  filosoflarımıza,  etnoqrafları-
mıza, folklorşünaslarımıza, tarixçilərimizə az şey demir. Bu-
rada aranıb-araşdırılmağa hələ ciddi ehtiyac duyulur. 
Mən müəllifin uzun illərdən bəri səbrlə, təmkinlə uğur-
lu  axtarışlarını,  toplayıb  tərtibetmə  işlərini  xüsusi  dəyərlən-
dirməklə  yanaşı,  kitabın  işıq  üzü  görməsini  vacib  sayıram. 
Kitabın  dili  səlis,  oxunaqlıdır.  Bu  sahə  ilə  bağlı  alimləri-
mizin ixtisasca faydalana biləcəyi materiallar təqdim olunan 
kitabda  olduqca  çoxdur.  Elə  bilirəm  ki,  bu  toplu  təkcə  mü-
təxəssis alimlərimizin deyil, bütün geniş oxucu kütləsinin də 
sevimli stolüstü kitabı olacaqdır. 
 
H.İSMAYILOV 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 

MÜƏLLİFDƏN 
 
Əzəli-əbədi  dünya  yarandığı  ilk  vaxtdan  bəşər  övladı 
hər an təmasda olduğu, onu əhatə edən maddi varlıqda və elə-
cə də insanın öz daxili aləmində, baş-beyində baş verən feno-
menlərin  sirli-sehirli  duyumunu,  anlamını  imkanı  daxilində 
aşkarlamaq üçün saysız-hesabsız "niyələrin" səbəbini araşdır-
mağa çalışmışdır. Sözsüz, bu axtarışlar əsrlər boyu gah uğur-
lu, gah da uğursuz olsa da, bu günə qədər öz aktuallığını itir-
məmişdir. Fenomenlərin belə sirli-sehirli  möcüzələrinin elmi 
əsasını  şərh edərkən  filosof,  fizioloq, psixoloq,  təbabət  alim-
ləri əsasən iki baxımdan çıxış etmişlər. Belə ki, onların bəzisi 
fenomenlərin sirrini arayıb-araşdırmada inama da olduqca sərt 
mövqedən  yanaşırlar.  Onlar  möcüzələrə  inamı  avamlıq, 
nadanlıq, elmdə gerilik kimi qələmə verirlər. Bu xətt indi də 
bəzi alimlər arasında davam etməkdədir. Bizə elə gəlir ki, bir 
halda ki, alimlərin axtarışında bir-birini inkar edən, ziddiyyətli 
fikirlər var, deməli, orada fenomenlərin elmi cəhətdən axtarı-
şına  ciddi  ehtiyac  vardır.  Müasir  fizioloqlar,  psixoloqlar,  tə-
biətşünaslar,  təbiblər,  fenomenlərin  sirrini  öyrənib  elm  alə-
mində  geniş  yayılmış  məntiqi  mühakimlərdən  kifayət  qədər 
dövri mətbuatda söhbət açmış və açırlar. Elə bilirik ki, bizim 
fizioloqlar, psixoloqlar, təbabət sahəsində çalışan alimlərimiz 
gələcəkdə  tərəfimizdən  tezisvari  verilən  bu  informasiyalara 
biganə qalmayacaqlar. Xüsusilə, yuxu,  yuxugörmə  yorumları 
və  yozumlarına  aid  müdrik  xalqımızın  şifahi  xalq  ağız 
icadlarında olduqca zəngin materiallar vardır. 
Elə bilirik ki, bizim fizioloq, psixoloq, və təbabət sahə-
sində  çalışan  alimlərimiz  gələcəkdə  verdiyimiz  bu  informa-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 

siyalara biganə qalmayacaqlar. 
Yuxu,  yuxugörmə  və onun  yorumu-yozumuna hələ era-
mızdan çox-çox əvvəl başlansa da, bu günə qədər bir çox antik, 
orta  əsrlər  və  müasir  alimlərin  diqqətini  özünə  cəlb  etsə  də, 
hələ  də  onun  elmi  əsasları  kifayət  qədər  açılmamışdır.  Yuxu-
görməyə  tarixin  müxtəlif  kəsimlərində,  müxtəlif  dövrlərində 
alimlər gah dini-mistik, gah da dünyəvi aspektdən yanaşmışlar. 
Yuxugörmə daha çox (80-90%) səthi  yuxu fazasından 
oyanma  vaxtı  və  ya  həmin  fazadan  keçən  bir  neçə  dəqiqə 
ərzində  baş  verir.  Yuxugörmə  zamanı  hiss  və  həyəcanların 
xarakteri  hər  fərdin  sinir  sistemi  tipindən,  onun  sağlamlıq 
dərəcəsindən və s. asılıdır. 
İndi  yuxu  və  yuxugörmə  problemləri  təkcə  psixologi-
ya,  fiziologiya,  təbiət,  təbabət  sahələrində  çalışan  alimləri 
deyil, o həm də biokimya, etnoqrafiya, etimologiya mütəxəs-
sisləri və folklorşünas alimlərimiz tərəfindən də öyrənilir ki, 
bu  da  öz  növbəsində  diqqətdən  kənarda  qala  bilməz.  Çünki 
bir  prosesin  insanın  özü  ilə  bağlı  fizioloji  əsasları  mövcud-
dur.  Yuxu  prosesi  insan  orqanizmini  tənzim  və  təmin  etmə 
prosesidir. Bunun elmi əsasları açılıb şərh edilməlidir. 
Azərbaycan  xalqının  zəngin  şifahi  ədəbiyyatının  epik 
epik-lirik, lirik janrlarında, xüsusilə epik-lirik, dinamik-dram-
atik  ünsürləri  özündə  birləşdirən  çoxsaylı  məhəbbət  və 
qəhrəmanlıq  dastanlarımızda  yuxu,  yuxugörmə,  həmçinin 
dastanlarımızı  düzüb-qoşan  ustad  aşıqlar  haqqında  işlədilə: 
"haqq  aşığı",  "şeyx",  "ürəkləri  oxuyan",  "bilici  usta  baba  və 
başqa bu kimi qəribə səslənən ad – titullara, ləqəblərə tez-tez 
rast gəlirik. Bunlara təsadüfi ifa kimi baxmaq olarmı Qətiyyən 
yox!  Zəngin  şifahi  xalq  ədəbiyyatımızda  xalqımızın  psixo-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 

logiyası,  onun  yüksək  psixi  mədəniyyətini  gözəl  səciyyələn-
dirən psixoloji görüşləri özünün parlaq ifadəsini tapmışdır. 
Uzun əsrlər yolçusu haqq aşıqlarına sözün əsl mənasın-
da insan sərrafları – psixoloqları desək səhv etmərik. Bu qəbil 
oba-elat psixoloqlarında, müdrik ustad aşıqlarında telepatiya, 
intuisiya, təlqin-təsiretmə qabiliyyəti olduqca güclüdür. Təsa-
düfi deyildir ki, xalq onları "ərşdən-gürşdən", "yerin altından-
üstündən",  "gözəgörünməz  aləmdən",  "o  dünyadan  –  bu 
dünyadan" xəbər verən bilicilər kimi qələmə verir. Bu qəribə 
ad-titul  sahibləri  yurdu  qarış-qarış  gəzir,  xalqın  əhvalını, 
düşüncəsini, duyumunu toy-nişanlarda, xalq şənlikləri, el-oba 
məclisləri  və  eləcə  də  yas  mərasimlərində  müşahidə  edirlər. 
Onlar  özlərinin  düzüb-qoşduqları  epik,  lirik,  epik-lirik 
əsərlərində  sözün  sehri  ilə  yaşadığı  dünyanın  gərdişindən, 
vərdişindən söhbət açır, dinləyicilərin qəlbinə nüfuz edirlər. 
Yuxu  və  yuxugörmə  hallarının  təfsiri,  onların  poetik 
sözün işığında yozumları məhz ustad aşıqların epik-lirik das-
tan  qəhrəmanlarının  psixoloji  aspektdən  hiss-həyəcanının, 
fikir oxunuşunun şərhi inandırıcıdır. 
Bu  baxımdan  Azərbaycan  şifahi  xalq  ədəbiyyatının 
rəngarəng  janrlarında,  xüsusilə  dastanlarda,  nağıllarda,  aşıq 
şeir  şəkillərində  istənilən  qədər  zəngin  materiallar  vardır. 
Bütün  bu  dediklərimizdən  o  da  aydın  olur  ki,  dastan  söylə-
yən  aşıqlarımız,  nağıl  deyən  müdriklərimiz  güclü,  bədii  tə-
fəkkürə malik xüsusi istedad sahibləridir. Başqa sözlə desək, 
ustad-dədə, haqq aşıqlarında beyin öz inkişafının çox yüksək 
mərhələsinə  çatır  ki,  onların  düzüb-qoşduqları,  yaratdıqları 
"möcüzələr"  ilə  psixi  fəaliyyətlərinin  bütün  sahələrində 
oxucusunu, dinləyicisini heyran qoyur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 

Xalq ədəbiyyatında elə bir janr yoxdur ki, biz orada yu-
xu,  yuxugörmə, fəhm,  telepatiya,  intuisiya kimi məsələlərin 
bədii örtüyə bükülərək bir-birinə qovuşduğunu görməyək. 
Haqq aşıqlarımız, el şairlərimiz yurdumuzda tarixin çox 
qədim  dövrlərində  yuxu,  yuxugörmənin  mürəkkəb,  anla-
şılmaz  mexanizmini  elat  psixologiyası  səviyyəsində  olsa  da, 
onu özlərinə məxsus maraqlı şəkildə təsvir etmiş və məharətlə 
yorub-yozmuşlar.  Xüsusilə,  ustad  aşıqların  ayrı-ayrı  əsrlərdə 
yaratdıqları  rəngarəng  dastan  süjetlərində  "aşiqin  məşuqəsini 
yuxuda  görməsi",  "buta  alması"  özünəməxsus  psixoloji 
reallıqla əsaslandırılır – desək fikrimizdə yanılmarıq. Dastan, 
nağıl  qəhrəmanları  yuxuda  gördükləri  gözələ  aşiq  olub,  buta 
alırlar.  Onların  arxasınca  ayaqlarında  dəmir  çarıq,  əllərində 
dəmir  əsa  el-el,  oba-oba  gəzib  qəhrəmanlıqlar  göstərirlər. 
Sazın-sözün  sirli-sehirli  qüvvəsindən  istifadə  edib,  min  bir 
əzab-əziyyətlərə  qatlaşırlar.  Nəhayət,  xalq  ədəbiyyatına  xas 
olan  nikbinliklə  aşiq  məşuqəsinə  qovuşur.  Bu  qəbil  yuxu 
gerçəkliyinə  biz  "Bənidaş  şəhərinin  sirri",  "Al-dərviş" 
nağıllarında, "Dan atma" xalq mərasimlərində, "Mehri-Mah", 
"Məhəmməd-Güləndam",  "Seyfəlmülk",  "İvrahım",  "Lətif 
şah",  "Əmrah",  "Heydər  bəy",  "Nəcəf-Pərizad",  "Qurbani", 
"Abbas-Gülgəz Pəri", "Aşıq Qərib-Şahsənəm" və sayını daha 
çox  artıra  biləcəyimiz  dastanlarımızda  da  rast  gəlirik.  Fikri-
mizi qədirbilən oxucularıma çatdırmaq üçün dastanlarımızdan 
bəzi detalları misal gətirməyi məqsədəuyğun hesab etdik. 
"Qurbani" dastanında oxuyuruq: 
"...Bəli,  vaxt  gəldi  keçdi.  Qurbani  üçüncü  günü  ayılıb 
gördü ki, başına çoxlu qız-gəlin yığılıb, dedi: 
Ay dədə, xalxınkı burdadı, bəs mənimki hardadı? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 

Mirzəli xan dedi: 
 Oğul, ölmüsən o dünyadan danış, sağsan bu dünyadan. 
Səninki, mənimki nədi? Qurbani dedi: 
–  Dədə,  bir  başı  limcə,  bir  başı  çömçə  olsa,  dərdimi 
senə söyləyə bilərəm. Dədəsi dedi: 
–  Oğul,  bir  başı  limcə,  bir  başı  çömçə  nə  deməkdi? 
Qurbani dedi: 
– Dədə, ona həm dəm, həm de qəm çömçəsi deyərlər. 
O, gahdan dəmə çalır, gahdan qəmə. 
Beli, gətirdilər Qurbaniyə bir dənə saz verdilər. Qurba-
ni  sazı  aldı  əlinə,  öpüb  gözünün  üstünə  qoydu.  Zilini  zil, 
bəmini bəm eylədi, sinəsinə basıb görək nə dedi: 
 
Yatmışdım, üstümə gəldi ərənlər, 
Səfil, nə yatmısan, oyan dedilər. 
Oyandım qəflətdən, açdım gözümü, 
Al, abi-kövsərdən iç, qan dedilər. 
 
Mirzəli xan dedi: 
– Ay oğul, bir əməlli bizi başa sal, görək nə deyirsən? 
Biz sənin sözündən heç zad başa düşmürük. Qurbani atasının 
cavabında dedi: 
–  Dədə,  qulaq  as,  bir  ağız  da  deyim,  bəlkə  başa  düşə-
sən..." 
Bura qədər verdiyimiz parçanı Qurbaninin butası üçün 
yuxugörmənin səbəbi adlandırsaq, bundan sonra verəcəyimiz 
hissəni,  sözün  əsl  mənasında,  yuxugörmənin  nəticəsi  hesab 
edə bilərik. 
"...Aldı Qurbani: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
10 
Bir kimsənə gəldi mənim üstümə,  
Yazılı şəninə ya minəl-əta. 
İmam ola, damad-Əhmədi-Mürsəl,  
Doldurub camini eylədi ata. 
 
Tərəhhüm eylədi abi-kövsərdən, 
Onunçun keçmişəm can ilə sərdən. 
İstədim mətləbim payi-Qənbərdən, 
Kəramət elədi mənə bir buta. 
 
Eşq əlindən namus-arım qalmadı, 
Nə bir səbrim, nə qərarım qalmadı. 
Qurbaniyəm, ixtiyarım qalmadı, 
Dönmüşəm kamana, qəddimdi düta. 
 
Mirzəli xan dedi: 
– Hə oğul, indi başa düşdüm. Sənə buta veriblər. Ancaq 
de  görüm,  butanı  sənə  harada  veriblər  və  sən  haraya  gedə-
cəksən? 
Qurbani dedi: 
–  Dədə,  mən  Gəncə  şəhərinə  gedəcəyəm.  Gəncəli  Zi-
yad xanın qızı Pəri xanımı mənə buta veriblər..." 
Yaxud  "Aşıq  Qərib-Şahsənəm"  dastanından  Qəribin 
butası  Şahsənəm  haqqında  gördüyü  yuxunun  səbəb  və  nəti-
cəsinə diqqət yetirək: 
"...Rəsul  yatmışdı,  yuxuda  gördü  ki,  Tiflis  şəhərində 
behişt  misallı  bir  bağdadı,  bunun  başının  üstündə  ceyran 
misallı gözəl bir qız var. Qız nə qız – qaşlar kaman, gözləri 
qan  piyaləsi,  burun  hind  fındığı,  sinə  Səmərqənd  kağızı, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
11 
baxanın  ağlını  aparır.  Rəsul  bir  də  baxıb  gördü  bu  qızın 
yanında bir dərviş var. Dərviş qızın əlini Rəsula uzadıb dedi: 
–  Rəsul  (Qərib  –  M.H.),  bu  qız  tiflisli  Xoca  Sənanın 
qızı Şahsənəmdi. Bunu sənə buta verirəm..." 
Yuxugörmənin  telepatik  baxımdan  daha  dəqiqliyinə 
"İvrahım"  dastanından  bir  parçaya  diqqət  yetirmək  yerinə 
düşərdi: 
"...Ustadlar  deyirlər  ki,  İvrahım  günbəzdə  yatıb,  vağı-
yada  gördü  ki,  Heratda  Fətəli  xanın  qızı  Hüreynisə  xanımı 
ona buta veriblər. 
İvrahım  başladı  Herata  getməyə.  Bir  qədər  gedəndən 
sonra yolda Xoca Hasan adında bir sövdayara rast oldu. 
Xoca ona dedi: 
Oğul, hara gedirsən? 
İvrahım dedi:   
 
 
Başına döndüyüm, bəzirgan xoca,   
Xoca, bir yar deyim, ver nişan barı. 
Malın qismət olsun, gedəsən Haca, 
Xoca, bir yar deyim, ver nişan barı... 
 
Aldı Xoca: 
 
...Xoca Hasan xocaların gözüdü,  
Aşıqların söhbətidi, sözüdü. 
İndi bildim: Fətəli xan qızıdı, 
 
Oğul sən adın de, mən nişan verim. 
 
 
Xoca dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
12 
– Oğul, mən də Herata gedirəm. 
İvrahımı da dəvənin belinə mindirib apardı. 
Hüreynisə  xanım  da  vağıyada  görmüşdü  ki,  İvrahım 
dəvənin belində gələcək. Qızlara dedi:    
– Qızlar, mən vağıyada (yuxuda – M.H.) gördüyüm oğ-
lan bu boyda, bu nişanda dəvənin üstündə gəlib buradan keçə-
cək. Kim görüb mənə desə, bu boyunbağımı ona verəcəyəm. 
Qızlar yolun kənarında gözləyirdilər. Kök qızlar hamısı 
gözlədi,  yorulub  yatdılar,  amma  cin  qaravaş  (arıx  qız)  bo-
yunbağının  ucuynan  barmağını  yarıb  içinə  duz  basdı,  saba-
hacan  yatmadı.  Bir  də  gördü  ki,  sabaha  yaxın  qəflə-qatırın 
ağzı açıldı. Qız o saat gedib xanıma xəbər verdi..." 
Bu qəbil yuxugörmənin bədii təsdiqinə "Abbas-Gülgəz 
Pəri" dastanından Gülgəz Pərinin yuxusuna diqqət yetirək: 
"...Qulluqçular Abbasa dedilər: 
– Bu küçə ilə getmək qadağandır. Bura Batmanqılıncın 
bacısı Pəri xanımın küçəsidir.  
Abbas dedi: 
– Mən bu küçə ilə gedəcəyəm. 
Pəri xanım Abbasın gəlməyini eşitmişdi. Ora-bura vur-
nuxub, Abbası görməyə çalışırdı. Evinin eyvanında, bağında 
gəzib  Abbası  gözləyirdi.  Həmin  gecə  o,  yuxuda  görmüşdü 
ki, Abbas onun küçəsi ilə gedəcək. Odur ki, tezdən yerindən 
durub  bağa  çıxmışdı.  Çeşmənin  başında  oturub,  əlləri 
qoynunda Abbası gözləyirdi..." 
Bu  qəbil  səbəbli,  nəticəli  yuxuları  biz  "Seyidi-Pəri", 
"Muğumşah",  "Abdulla-Cahan",  "Məsim-Diləfruz",  "Səy-
yad-Səadət",  "Nəcəf-Pərzad",  "Qul  Mahmud",  "Səlim  və 
şah", "Lətif şah", "Şahzadə Əbülfəz" və daha başqa məhəb-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
13 
bət dastanlarımızda da rast gəlirik. 
Göründüyü  kimi,  xalq  ədəbiyyatı  janrlarında  yuxu, 
yuxugörmənin  yalnız  səbəbi  deyil,  real  nəticəsi  də  aydınca 
aşkarlanır. 
Dastan  poetikasında  yuxu,  yuxugörmə  və  yuxuyoz-
maların  özünəməxsus  yeri  var.  Lakin  şifahi  xalq  ədəbiyya-
tında  çox  təsadüf  olunan  yuxugörmə  və  yuxuyozmalarını 
poetik  baxımdan  təhlil  edərkən,  onların  dastan  süjeti  və 
kompozisiyasındakı  bədii  funksiyası  zəruri  surətdə  nəzərə 
alınmalıdır. Bizim fikrimizcə, yuxugörmə və yuxuyozumları 
psixoloji təhlil vasitəsi kimi özünü göstərir. 
Qeyd  etdiyimiz  kimi,  Azərbaycan  ədəbiyyatşünaslı-
ğında, eləcə də folklorşünaslığında psixoloji təhlil məsələləri 
sistemli şəkildə öyrənilməmişdir. Son zamanlar Azərbaycan 
ədəbiyyatşünaslığında  bu  məsələlərə  müəyyən  dərəcədə 
diqqət  yetirilsə  də,  folklorşünaslıqda  dastan  poetikasına,  bu 
mühüm  məsələyə,  mahiyyət  etibarilə  hələ  də  elmi-nəzəri 
cəhətdən  ciddi  əhəmiyyət  verilmir.  Bu  baxımdan  bəzi 
cəhətləri qeyd etməmək olmaz. 
Dastanlarımızda  nəzərdən  keçirdiyimiz  telepatik  feno-
menlər psixoloji dəqiqliklə təsvir olunur. Dastan qəhrəmanları 
bəynişan ərgən (subay) oğlan və qızlar uzunmüddətli yuxuya 
– huşa getmişlər. Ayılandan sonra onlar özlərinəməxsus hallar 
keçirirlər. Dastan qəhrəmanlarının gözləri yol çəkir, qulaqları 
cingildəyir, güyüldəyir, gözləri səyriyir, dalağı sancır, sümüyü 
üşürgəyir, ürəyinə nə isə damır... Bütün bunlardan başqa, on-
lar qəribə intuitiv duyumla da seçilirlər. Belə ki, baş verəcək 
möcüzələri irəlicədən duyurlar. Öz sevgililərinin – butalarının 
və  eləcə  də  ünsiyyətdə  olduqları  hər  kəsin  fikirlərini  heç  bir 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
14 
səhvə yol vermədən məharətlə oxuyurlar. 
Fikrimizi  təsdiq  etmək  üçün  "Kitabi-Dədə  Qorqud" 
dastanından  "Salur  Qazanın  evi  yağmalandığı  boyu  bəyan 
edər" boyundan aşağıdakı parçaya diqqət yetirək: 
"...Məgər, xanım, ol gecə Qalın Oğuzun dövləti, Bayın-
dır xanın göyküsü, Ulaş oğlu Salur Qazan qara qayğılı vaqeə 
gördi,  sərmərdi  urı  turdı.  Aydır:  "Bilürmisən,  ğarındaşım 
Qaragünə, düşimdə nə göründi? Qara qayğılı vaqeə gördüm. 
Yumrığımda taynan şahin bənim quşımı alur gördüm. 
Kökdən  ildırım  ağ-ban  evim  üzərinə  şaqır  gördüm. 
Düm pusarıq ardımın üzərinə tökülü gördüm. Quduz qurtlar 
evimi  dəlir  gördüm.  Qara  dəvə  ənsəmdən,  qarvar  gördüm. 
Qarğu  kibi  qara  saçım  uzanır  gördüm.  Uzanıban  gözümü 
örtür  gördüm.  Biləngümdən  on  barmağımı  qanda  gördüm, 
necə kim bu düşi gördüm, şundan bərü əqlim-usım dərə bil-
mən, Xanım qardaş, mənim bu düşimi yorğıl mana! – dedi." 
Gətirdiyimiz parçanın Salur Qazanın qardaşı Qaragünə 
tərəfdən yozum-yorumuna diqqət yetirək: 
"Qaragünə aydır: "Qara bulıt dedigin sənin dövlətindir. 
Qar ilə  yağmur dedigin,  ləşkərindir. Saç qayğudur. Qan qa-
radır. Qalanısın yora bilmən, allah yorsun" – dedi..." 
Yuxunun qalan yorumuna isə Qazan xanın şəxsən özü-
nün təsdiqi baxımından diqqət yetirmək yerinə düşərdi: 
"...Belə degəc Qazan aydır: "Mənim avımı bozma: ləş-
kərimi  tağıtma!  Bən  bu  gün  Qonur  ata  qaqaram,  üç  günlük 
yolı  bir  gündə  aluram,  evilə  olmadın  yurdum  üstünə  vara-
ram, əgər sağdır, əsəndir, axşam olmadın genə man sana gə-
lürəm.  Ordım  sağ  –  əsən  dəgil  isə  başınuza  çara  edin.  Mən 
dəxi  getdim"  –  dedi.  Qonur  atın  mahmuzladı,  Qazan  bək 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
15 
yola getdi. Gəli-gəli yurdının üzərinə gəldi. Gördi kim, uçar-
dı quzğun, tazı talaşmış, yurtda qalmış..." 
Dastandan  gətirdiyim  nümunələrdə  Qazan  xanın  təs-
diqli, möhürlü intuitiv duyumu inkarolunmazdır. Burada Də-
də  Qorqudun  deyimi-duyumu  ilə,  düzülüb  qoşulan  boy  ilə 
tanışlıq  aydın  göstərir  ki,  Qazan  xanın  intuitiv  duyumu 
zəngin, çoxçalarlı həyat təcrübəsinə söykənir. 
Bu kimi halları nə ilə izah etmək olar? Onlar psixoloji 
baxımdan nə dərəcədə əsaslıdır? 
İnsan  beyninin  möcüzələri  çoxdur.  Dastanlarımızda 
"ürəyə  dammağın",  "dalağı  sancmağın",  "gözləri  səyrimə-
yin",  "sümüyü  sancmağın"  özünəməxsus  psixoloji  yozumu 
olsa  da,  istər  fiziologiyada,  istər  psixologiyada  onların  ma-
hiyyəti  nəinki  elmi  zəmindən  təhlil  edilmiş,  hətta  uzun 
müddət birtərəfli aydınlaşdırılmışdır. 
İndi yuxu və yuxugörmə problemləri həm psixologiya, fi-
ziologiya, təbabət sahələrində çalışan alimlər, həm də biokim-
ya,  etnoqrafiya,  etimologiya,  folklorşünas  alimlər  tərəfindən 
öyrənilir ki, bu da öz növbəsində diqqətdən kənar qala bilməz. 
Bu baxımdan, A.M.Tsuzmer və O.L.Petrişinanın Azər-
baycan  dilinə  tərcümə  olunmuş  "İnsan,  anatomiya,  fiziolo-
giya, gigiyena" kitabında söylədikləri fikirlərlə çətin ki, razı-
laşmalı olaq. Kitabda deyilir: "Bəzi yuxu tormozlanması ha-
lında  olan  beyin  qabığında  ayrı-ayrı  nahiyələr  oyaq  qalır. 
Belə olduqda adam müxtəlif yuxular görür, qabıqda tam tor-
mozlanmaya  mane  olan  qıcıqların  törətdiyi  duyğular  baş 
verir və o, surətlər görür. Üstü çox qalın örtülmüş adam yu-
xuda qızmar səhra görə bilər. Göy guruldadıqda çox vaxt yu-
xuda adam  vuruşma  və partlayışlar görür. Bəzən adama elə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
16 
gəlir ki, onu boğurlar. Bu cür qarışıq yuxulara səbəb narahat 
yataqda  döş  qəfəsinin  basılması  üzündən  tənəffüs  hərəkət-
lərinin çətinləşməsidir. Həmçinin, yatmazdan əvvəl möhkəm 
yemiş adamlar da bu cür yuxular görürlər. Çünki diafraqma-
nın hərəkəti azaldıqda ağciyərlərin ventilyasiyası zəifləyir. 
Çox vaxt yuxugörməyə səbəb adamı xüsusən çox məş-
ğul edən hadisələr olur. Adam mühüm bir xəbər gözləyir və 
bu  onun  fikrini  özünə  cəlb  edir.  O,  yuxuya  getdikdə  həmin 
hadisə ilə əlaqədar olaraq oyaq qalan nahiyələrdən başqa be-
yin yarımkürələri qabığı tormozlanır. Odur ki, adam yuxuda 
həsrətlə  gözlədiyi  xəbəri  aldığını  görür.  Səhər  yuxudan  du-
randa nəhayət teleqram alır. Belə hadisələr haqqında mövhu-
matçı adamlar deyirlər: "Yuxum düz çıxdı". 
Bəzən elə olur ki, adamlar özlərinə  lazım olan şeyi hara 
qoyduqlarını unudur və bu onların yuxusuna girir. Bu cür "düz" 
yuxunun  səbəbini  başa  düşmək  çətin  deyil.  Gün  ərzində  baş 
verən  saysız-hesabsız  sinir  prosesləri  həmin  adam  əşyanı  giz-
lətdikdə  onun beynində  əmələ gələn əlaqələri  tormozlamışdır. 
Yuxu  zamanı  beyin  qabığına  tormozlanma  yayılır.  Lakin  ola 
bilsin  ki,  lazım  olan  əşyanın  axtarılması  ilə  əlaqə  dar  olan 
nahiyələr oyaq qalsın. Çünki adam itki ilə əlaqədar narahatdır. 
Onda oyanma heç bir maneə olmadan qabıqda lazımi  yollarla 
keçir və yatan adam yuxuda əşyanın harada olduğunu görür. 
"Yuxunun  düz  çıxması"  haqqındakı  fikirlər,  belə  yaran-
mışdır. Yuxulara inanan mövhumatçı adam isə gördüyü yuxunu 
yozmağa  çalışır:  "Axı  gün  ərzində  çox  hadisə  olur".  Çox 
fikirləşdikdən sonra yuxuda görülənə oxşar bir şey tapmaq olur. 
"Yuxuların  düz  çıxmasına"  inanmaq  adamların  iradə-
sini zəiflədir və hətta bu, bədbəxt hadisəyə də gətirib çıxara 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
17 
bilər.  Bəzən  elə  olur  ki,  mövhumatçı  adam  "pis"  yuxu  gör-
dükdə  "Bədbəxtlik  üz  verəcək"  deyir,  qorxuya  düşür,  fikri 
dağılır. Bu vəziyyətdə o, asanlıqla yanar, yıxılar, yaxud bərk 
əzilə bilər. Onda belə adamlar "Yuxum düz çıxdı" deyərlər". 
A.M.Tsuzmer,  O.L.Petrişina  kimi,  L.P.Latoş  və  L.Q. 
Kramanovada  da  yuxugörmə  təxminən  eyni  aspektdə  təhlil 
olunur. Sözsüz, müasir dövrümüzdə, texnika əsrinin belə bir 
dövründə  yuxu,  yuxugörməyə  bu  qədər  səthi  şərh  vermək, 
onu  ilahi  qüvvələrə  bağlamaq,  yuxuyozumunu  "mövhu-
matla", yuxuya inananları "iradə zəifliyi" ilə damğalamaq sa-
dəcə səbatsızlıqdır.  
Bu bir həqiqətdir ki, əsrlər boyu əzəli-ədəbi təbiətin öv-
ladı  olan  insanlaera  yoldaşlıq  edən  zəngin,  rəngarəng  janrlı 
şifahi  xalq  ədəbiyyatımızda  dünyanın  bütün  xalqlarında  ol-
duğu  kimi,  yuxu,  yuxugörmə  motivləri  saysız-hesabsızdır. 
Yurdumuzun  ulu  müdriklərinin  yaratdıqları  çoxşaxəli,  çox-
saylı  əfsanə,  əsatir,  nağıl,  dastanlarda  yuxunun  yaranma  sə-
bəbləri  və  nəticələri  məntiqi  cəhətdən  bir-birini  tamamlayır. 
Ona  görə  də  yuxunun,  yuxugörmənin  səbəblərini  təsadüflərə 
bağlamaq; kiminsə kimdən pis və ya şad bir xəbər gözləməsi 
fikrini həmin hadisə ilə məşğul olmağa yönəltməsi, gizlətdiyi, 
haradasa qoyduğu, itirdiyi əşyanı, yuxu, huşagetmə vasitəsilə 
tapması  və  s.  kimi  inandırıcı  olmayan  gülünc  yozumlara  əl 
atmaqla,  "mövhumat",  "cəhalət",  "nadanlıq",  "iradə  zəifliyi" 
ilə damğalamaqdansa, onu günün tələbi baxımından elmi-nə-
zəri cəhətdən aramaq-araşdırmaq daha düzgün olardı. 
Müasir  təbabət,  psixologiya,  fiziologiya  elmlərində  bu 
sahədə artıq müəyyən addımlar atılmaqdadır. Hətta eksperi-
mental surətdə müqayisələr də edilmiş  və edilməkdədir. Bu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
18 
bir həqiqətdir ki, hər hansı bir məsafədən müəyyən bir fikri 
başqa bir adama təlqin etmək olar. A.A.Vasilyevin yazıların-
da buna aid çoxlu həyati misallar da göstərilir. 
Onu  qeyd  edək  ki,  bu  həyati  misallarda  öz  əksini  tap-
mış hadisələrin çoxu əslində bizim dastanlarımızda və ümu-
mən  şifahi  xalq  ədəbiyyatımızın  ayrı-ayrı  janrlarında  təsvir 
olunmuş yuxugörmə və yuxuyozmaları ilə bilavasitə çox ya-
xından səsləşir. Bu nöqteyi-nəzərdən məsafəli təlqin proble-
mi  sahəsində  aparılmış  tədqiqatlar  dastan  materialları  əsa-
sında  nəzərdən  keçirdiyimiz  yuxugörmə  və  yuxuyozumları 
ilə müqayisəli araşdırılmaq üçün son dərəcə maraqlıdır. 
Müasir  təsəvvürlərə  görə,  beynin  özünəməxsus  bioloji 
cərəyanları  vardır.  Hər  hansı  bir  adam  xüsusi  həssaslıqla 
onun üçün lazımi əhəmiyyətə malik olan şəxsin fikrini məhz 
"bu  bioloji  cərəyanlar"  vasitəsilə  oxuya  bilər.  Bu  qəbil  bio-
loji  cərəyanları  diqqətlə  təhlil  etsək,  o  zaman  aydın  görərik 
ki, xalq dastanlarımızda yuxugörmə halları məhz bu yozum-
da  təsvir  olunub.  Haqq  aşıqları  xüsusi  həssaslıq  şəraitində 
başqalarının,  ilk  növbədə,  butalarının-sevgililərinin  fikirlə-
rini  müəyyən  məsafədən  asanlıqla  oxuyurlar.  Elə  əslində 
tərəf-müqabil  dastan  qəhrəmanlarının  "ürəyinə  damma", 
"gözü  yol  çəkmə",  "gözü  səyrimə",  "qulağı  cingildəmə", 
"qulağı güyüldəmə" və s. məhz bu kimi hallar ilə bağlıdır. 
Yuxu,  yuxugörmə  ilə  bağlı  fizioloqlarımız,  təbibləri-
miz, psixoloqlarımız kimi, folklorşünaslarımız da dastan ya-
radıcılığı araşdırmalarında öz  fikirlərini söyləmişlər. Bu ba-
xımdan,  professor  M.H.Təhmasibin  söylədiyi  fikrə  nəzər 
yetirək. O, yazır: 
"...Məhəbbət dastanlarımızın, demək olar ki, hamısının, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
19 
"Kitabi-Dədə Qorqud"  və  "Koroğlu" kimi qəhrəmanlıq das-
tanlarımızın da bir sıra boy və qollarının əsas məzmunu, yəni 
süjeti  qəhrəmanın  öz  butasına  çatmaq  uğrunda  apardığı 
mübarizənin təsvirindən ibarətdir. Bu sujeti, macəranı, əhva-
latı əsasən dörd hissəyə bölmək olar: 
1. Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi. 
2. Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları. 
3. Qabağa çıxan maneələr və onlara qarşı mübarizə. 
4. Müsabiqə və qələbə. 
M.H.Təhmasibin  tədqiqatında  diqqətimizi  ikinci  bir 
bölgü də cəlb edir: 
1. Qəhrəmanın hələ öz vətənində qarşılaşdığı maneələr. 
2. Yol. 
3. Butanın vətəninə çatdıqdan sonra macəralar. 
Dastan süjetinin ikinci hissəsi "Butanın ortaya çıxması" 
ilə  başlanır.  Bu  "ortaya  çıxıb",  "süjetə  daxil  olmanın"  əsas 
formalarından  biri  yuxuda  "buta  almaq"dan  ibarətdir  ki,  bi-
zim  məhəbbət  dastanlarımız  üçün  çox  səciyyəvi  olduğuna 
görə, bu barədə bir qədər ətraflı danışmaq lazım gələcəkdir. 
Qəhrəmanların bir-birini yuxuda görüb aşiq olmaları çox qə-
dim ədəbi priyomlardandır. Bu motivə hələ  yeni eradan qa-
baqkı IV əsrin rəvayət-əfsanələrində də təsadüf edilməkdədir 
deyən və araşdırmalarına düzgün başlayan alim nədənsə, bir 
abzas sonra yazır: "Bunun dastanlarımızda xüsusi "buta ver-
mək"  şəklinə  düşməsi  isə,  bizcə  daha  sonrakı  dini  qanun-
qaydalarla,  xüsusilə  islamiyyətin  gətirmiş  olduğu  hicabla 
əlaqədardır…  İslamiyyətin  dini  qanun  şəklinə  saldığı  hicab 
hətta oğlanın başqasının qızına baxmasını, qızın isə oğlanla 
danışmasını, oğlan haqqında düşünməsini belə  yasaq etmiş-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
20 
dir.  Bu  hicab  qızlarla  oğlanlar  arasında  elə  sonsuz  bir  uçu-
rum yaratmışdır ki, bu uçurum sahillərində dayananların bir-
birini  görməsi,  bir-birinə  baxması,  hətta  baxmağa  təşəbbüs 
göstərməsi  qeyri-mümkün  olmuşdur.  İslam  qayda-qanunlu 
Şərqdə, o cümlədən, bizim ədəbiyyatımızda sevgi lirikasının 
bu qədər geniş vüsətlə  yayılmasının və bu qədər uzun müd-
dət  yaşamasının səbəblərindən də elə həmin bu hicab, onun 
yaratdığı yasaqlar, məhrumiyyətlər idi. 
İlk öncə, oxucuya həqiqət təsiri bağışlayan bu fikir oğ-
lanlarla qızlar arasında uçurum yaradan hicab, İslam dininin 
yasaqları  orta  əsrlər  dastanında  özünü  tam  təsdiqləmir.  Bir 
neçə dastandan parçalara müraciət edək. 
"Tahir və Zöhrə" dastanında oxuyuruq: 
"...Nağıl dili yüyrək olar. Vaxt dolandı, il keçdi, oğlan-
la qız yeddi yaşa doldular. Bunlar elə gözəl idilər, gözəllikdə 
bərabərləri  yox idi. Əhməd vəzir Hatəm Soltana xəbər gön-
dərdi  ki,  uşaqların  məktəb  vaxtıdı,  bir  kamil  molla  tapıb, 
uşaqları  oxumağa  qoymalıyıq.  Hər  ikisi  də  həmrəy  olub, 
uşaqları  kamil  bir  mollaya  tapşırdılar.  Uşaqlar  bir  yerdə 
məktəbə  gedib-gəlir,  bir  oturub,  bir  dururdular.  Oyun  vaxtı 
da uşaqlara qatışmayıb bir küncdə söhbət edirdilər. 
Məktəbin  həyətində  bir  sərv  ağacı  var  idi.  Hansı  tez 
gəlsə onun dibində oturub, o birini gözlərdi. 
Deyirlər  ki,  bu  məktəbdə  bir  keçəl  də  var  idi.  Bir  kö-
nüldən  min  könülə  aşiq  olmuşdu  Zöhrəyə.  Amma  nə  qədər 
əlləşirdisə,  Zöhrə  ona  üz  vermirdi.  Bir  gün  keçəl  yenə  də 
onları bir yerdə görüb, tez özünü yetirdi mollanın yanına: 
–  Molla,  mənə  de  görüm,  bura  məktəbxanadı,  yoxsa 
lotuxana? Tahir ilə Zöhrə öpüşün səkkizini bir qara pul elə-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
21 
yiblər, onu da alıb satan yoxdu. 
Molla bunu eşidən kimi ayağa qalxdı, daban alıb Hatəm 
Soltanın  yanına  getməkdə  olsun,  sizə  kimdən  xəbər  verim 
Tahirlə Zöhrədən. Tahirlə Zöhrə vədə yerində şirin-şirin söhbət 
eləyirdilər. Molla özünü Hatəm Soltanın yanına salıb, Tahirə: 
–  Qızınız  yekəlib,  həddi-buluğa  çatıbdı.  Onu  bir  də 
məktəbə buraxmayın. Mən gəlib evdə ona dərs deyərəm..." 
Gətirilən  nümunəyə  diqqət  yetirilərsə,  sevən  gənclərin 
bəşəri  eşqinə  nə  hicab,  nə  də  İslam  dininin  yasaqları  yox, 
ancaq paxıllıq, hiylə mane olur. 
Halbuki, M.H.Təhmasib yazır: "Lakin çətinlik bircə bu 
uçurumun  sahillərində  dayananların  bir-birini  görə  bilməsi 
ilə qurtarmırdı. Onları bədii əsərlərdə belə, bir-biri ilə görüş-
dürmək  təşəbbüsləri  də  din  tərəfindən  təqib  edilirdi.  Belə 
görüşə  din  mütləq  icazə  verməli  idi  ki,  bu  da  ancaq  nikah, 
kəbin şəklində rəsmiyyətə salına bilərdi." 
"Abdulla  və  Cahan"  dastanında  bu  fikrin  təkzibinə 
diqqət yetirək: 
"...Cahan xanımdan qabaq qarı getdi, gördü burada bir 
oğlan yatıb, xudavəndi-aləm buna yeddi yerdən qələm çəkib. 
Qarı  özünü  saxlaya  bilmədi,  başladı  Abdullaya  yetim  kalça 
kimi  baxmağa.  Cahan  xanım  gəldi  çatdı.  Dəsmal  çıxarıb, 
oğlanın üzünün suyunu sildi, sonra qarıya dedi: 
– Qarı nənə, qələmin varmı? 
Qarı dedi: 
– Ay bala, niyə yoxdu? Yeddi il koxa yanında mirzəlik 
eləmişəm. Sən de, mən yazım. 
Cahan xanım aldı görək asta-asta nə dedi: 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
22 
Xab içində yatan bixəbər səyyad, 
Tərlan mənəm, qeyri tərlan istəmə! 
Mən səni sevmişəm, sən də sev məni, 
Sev bu canı, qeyri canan istəmə! 
 
Bizlərdə adətdir saza söz demək, 
Qara bağrı kabab deyən közdəmək. 
Məndən demək, səndən ilqar közdəmək, 
Yüz il getsə əbrü kaman istəmə! 
 
Zülfüm muyi səndə qaldı nişana, 
Ayrılıq atəşi kar eylər cana.  
Deyirlər ki, sevən gedər sevənə,  
Yaxşısan, yaxşı sev, yaman istəmə! 
 
Arayıb, axtarsan pünhanbapünhan,   
Yerim Xançobandı, nişanbanişan. 
 
Atam Camal bəydi, öz adım Cahan, 
Cahan mənəm, qeyri Cahan istəmə! 
 
Cahan  xanım  sözünü  tamamlayıb  qurtardıqdan  sonra 
üzüyünü çıxarıb, Abdullanın barmağına taxdı. Qarı da Cahan 
xanımın dediyini bir kağıza yazıb, Abdullanın cibinə qoydu. 
Cahan xanım özü də Abdullanın darağını götürdü..." 
Gətirdiyimiz  nümunədə  tərəf-müqabillərin  heç  biri 
İslam  dini  tərəfindən  təqib  edilmir.  Əksinə,  Cahan  xanım 
üzüyünü  Abdullanın  barmağına  taxıb,  məktub  yazıb  cibinə 
qoymaqla,  ünvanını  da  dəqiq  göstərməklə,  orta  əsrlər  İslam 
zehniyyətini,  dini  yasaqları  alt-üst  edir,  onun  rəsmiyyətinə 
qarşı çıxır. "Abdulla və Cahan" dastanından gətirdiyimiz bu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
23 
bədii  parça  həmçinin  alimin:  "Bizcə,  dastan  yaradıcıları  bu 
çətinliyi aradan qaldırmaq üçün çox düşünmüş, nəhayət, din-
dən  icazə  almaq  yolu  ilə  işin  içindən  çıxmaq  qərarına  gəl-
mişlər  ki,  bunun  üçün  də  qəhrəmanların  bir-birini  yuxuda 
görməsi motivi ilə, onları bir-birinə "buta" eləmə priyomları 
birləşdirilmişdir" fikrini də təkzib edir. 
Əlbəttə, xalq ədəbiyyatındakı  yuxu, "buta" məsələlərinin 
bu cəhətini tamamilə inkar etmək olmaz. Lakin onu bütünlüklə 
bədii priyomla bağlamaq, məncə o qədər də düzgün deyil. 
Məlumdur  ki,  hər  bir  bədii  priyomun  özü  həyat  həqi-
qətlərinə  söykənir.  Burada  canlı  aləmin  inkişaf  pilləsində 
insan  beyni  filogenetik  cəhətdən  çox  yüksək  səviyyədə  da-
yanır.  Belə  bir  inkişaf  səviyyəsinə  çatmaq,  şübhəsiz,  insan 
təfəkkürünün fövqəladə  yetkinliyi, milyon illər boyu forma-
laşmasının  təşəkkül  prosesinin  məhsuludur.  Funksional  sir-
lərin aşkara çıxarılması üçün fizioloq, nevropatoloq, psixiatr, 
filosof  kimi  mütəxəssislər  uzun  illər  boyu  müşahidə  və 
tədqiqat  axtarışları  aparmışlar.  Bu  məsələ  ilə  əlaqədar  ça-
lışan  hər  bir  klassik  alim  yaradıcılığı  boyu  insan  beyni  sir-
lərinin  açılması  uğrunda  təbabətin  ən  mürəkkəb  sahəsi  olan 
psixoloji  aləmin  aşkar  edilməsi  naminə  bir  sıra  eyni  və  ya 
oxşar, maraqlı təcrübələrin qoyulması baxımından çətinliklər 
törədən  «qapalı  təfəkkür  dünyasını»  öyrənib-araşdırmaqda 
bir çox müəmmalar ilə qarşılaşmışlar. 
Dastanlarımızdan yuxu və yuxugörmə ilə bağlı yozum-
lara başqa nümunələrdə də diqqət yetirmək yerinə düşərdi: 
"... Koroğlu yatmışdı. Yuxuda gördü ki, Çınqıllı dağda-
dır. Qançır olub, ağzından laxta-laxta qan gəlir. Hövlnak yu-
xudan  oyandı.  Elə  bir  dəli  nərə  çəkdi  ki,  elə  bil  göy  gurul-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
24 
dadı, ildırım çaxdı. Bir göz qırpımında dəlilər yaraqlı-yasaqlı 
Koroğlunun əmrinə müntəzir dayandılar. 
Koroğlu sazı sinəsinə basıb dedi: 
 
... Koroğluyam, mən bilirdim işimi
Yaxşı yatdım, yaman gördüm duşumu. 
Gərək gətirəsiz düşmən başını, 
Yaralıdı, bir Həsənim dardadı. 
 
... Koroğlu Çınqıllı dağ deyib Qıratın cilovunu boşaltdı. 
Qırat yel kimi götürüldü. Günə bir mənzil, teyi-mənazil Çın-
qıllı  dağa  yetişdi.  Qırat  Ərəbatın  hənirtisini  duydu.  Ayağını 
yerə döyüb kişnədi. 
Koroğlu dedi: 
– Axtarın ətrafı! Qırat boş-boşuna kişnəməz. 
Dəlilər Çınqıllı dağı ələk-vələk elədilər. Bir də baxdılar 
ki,  budur,  Sarı  qayalıqda  Ərəbat,  yanında  da  bir  at  var  ki, 
göz istəyir tamaşa eyləsin. Koroğlu dəlilərlə kahaya endilər. 
Baxdılar  ki,  bir  qız  Həsənin  başını  alıb  dizi  üstə,  yarasına 
məlhəm qoyur..." 
Verdiyim  nümunədə  Koroğlunun  yuxusunun  çin  çıx-
ması,  neçə  günlük  məsafədə,  Çınqıllı  dağda  oğlu  Həsənin 
ağır  yaralı  olması,  Koroğlunun  intuitiv  duyumu  ilə  birbaşa 
məhz Çınqıllı dağa gəlməsi və s. diqqətdən qaçırıla bilməz. 
Yaxud "Durna teli" qolunda Koroğlunun yuxuda Eyva-
zın tutulub, darda olması səhnəsinə aid dediyi poetik təsdiqə 
diqqət yetirək: 
 
Xəbər verin dəlilərim oyansın, 
Tutulubdu bir Eyvazım, əldədi! 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
25 
Misri qılınc qızıl qana boyansın, 
Tutulubdu bir Eyvazım, əldədi! 
 
Yatmışdım, aşkara gördüm duşumu, 
Əzəlindən mən bilirdim işimi. 
Çəkin, yəhərləyin çərləmişimi, 
Tutulubdu bir Eyvazım, əldədi!... 
 
Nümunədəki:  "Yatmışdım,  aşkara  gördüm  duşumu, 
əzəlindən mən bilirdim  işimi" fikrinin təsdiqi diqqətdən kə-
nar qala bilməz. Yaxud bu qəbil möhürlü təsdiqlərə məhəb-
bət  dastanlarımızdan  aşağıda  gətirəcəyimiz  başqa  nümunə-
lərə diqqət yetirək: 
"...Dərvişlər  bir-birilə  himləşdilər  ki,  biz  axşama  kimi 
boğazımızı  yırtırıq,  beş  şahı  qazana  bilmirik.  Bizə  hörmət 
qoyan  yoxdu.  Camaat  aşıqlara  hörmət  qoyur,  çox  pul  verir. 
Gəlin  bunu  da  özümüzə  yoldaş  eləyək.  Elə  ki,  gəzdik,  do-
landıq, qazandıq, sonra başını batırarıq, pulları götürərik... 
Dərvişlərdən biri Qurbaniyə dedi: 
– Oğlum, gəl sən də bizim oğlumuz ol. Bir yerdə kənd-
lərə gedək, məclis keçirək, pul qazanaq. 
Qurbani haqq aşığı idi. O saat başa düşdü ki, dərvişlər 
onu aldatmaq istəyirlər. Dedi: 
– Baba dərvişlər, aman verin sazla bir neçə söz deyim, 
sonra eybi yoxdu, yoldaş olarıq. Mən də çölçü, siz də çölçü. 
Aldı Qurbani: 
Fənd eləmə, felli dərviş,  
Belə kar eləmək olmaz.  
Yıxıban könül evini,  
Mürğü-zar eləmək olmaz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
26 
Mahmud bəy  aralıdan qulaq asırdı. Gözlədi ki,  görsün 
aşıq gerisini nə deyəcək.  
Aldı Qurbani gerisini: 
 
Söylə dərdin bilənlərə,  
Dərd başına gələnlərə. 
Hər üzünə gülənlərə 
Etibar eləmək olmaz. 
 
Qurbaniyə gətir məzə, 
Dərd üstündən dərdim təzə. 
Dərd biləni, dərd bilməzə, 
Giriftar eləmək olmaz. 
 
Söz tamama  yetən kimi, Mahmud bəy atını dərvişlərin 
üstünə sürüb dedi: 
 – Tez deyin, görüm, bu aşığa nə deyibsiniz ki, o belə 
oxuyur.  Siz  aşığa  bir  söz  deməsəniz,  aşıq  elə  sözləri  oxu-
mazdı. Hərgah düzünü deməsəniz, hamınızı qıracağam. 
Dərvişlər dedi: 
– Vallah, biz heç zad deməmişik.  
Mahmud bəy Qurbaniyə dedi: 
– Düzünü de görüm, o dərvişlər sənə nə dedilər ki, sən 
o sözləri oxudun? 
Qurbani dedi: 
– Xan sağ olsun, onlar fikirləşdilər ki, məni işlətsinlər, 
sonra da öldürsünlər..." 
Bu qəbil intuitiv, telepatik sınaqlara biz nağıllarımızda, 
əsatir-əfsanələrimizdə,  dastanlarımızda  da  bol-bol  rast  gəli-
rik. Belə ki, Qurbaninin Qara vəzir və qızı Nigarın Ziyad xa-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
27 
nın məclisində imtahan edilməsi, bütün imtahanlardan aşığın 
alnıaçıq  çıxması,  eləcə  də  Abbasın,  Qəribin  və  başqalarının 
sınaqlardan  dəqiq  çıxmaları  fikrimizin  doğruluğunu  təsdiq 
edən  faktlardır.  Bu  baxımdan,  Qeysər  şəhərinin  paşası  Sü-
leyman paşanın qızı Hüsniyə xanımın,  vəzirinin Kərəmi in-
tuitiv,  telepatik  sınaqlardan  çıxarmaları  da  çox  maraqlıdır. 
Onlardan bir nümunəyə diqqət yetirmək yerinə düşərdi. 
"...Hüsniyə xanım dedi: 
–  Aşıq,  qız  tanımaqda  mahirsən.  İndi  bir  işimiz  qalıb. 
Bu gün səhər burada bir qərib ölüb. Yuyublar, kəfənləyiblər, 
qalıb basdırmağı. Gedək ona bir namaz qıl, torpağa tapşıraq, 
sonra sənin toyunu eləyək. 
Kərəm dedi: 
– Baş üstə! 
Hüsniyə xanım fərraşlara əmr elədi ki, Kərəmi qəbiris-
tana  aparsınlar.  Elə  ki,  Kərəmi  apardılar,  Hüsniyə  xanım 
paşaya dedi: 
– Ölüb eləyən yoxdu. Bu mənim axırıncı sınağımdı. Bir 
diri adamı kəfənə tutdurub, tabuta qoydurmuşam. Durun, siz 
də  gedək.  Əgər  bu  bilsə  ki,  kəfəndəki  ölü  deyil,  tay  haqq 
aşığı olmağına heç kəsin sözü ola bilməz. 
Hamı Hüsniyə xanımın bu tədbirinə afərin deyib, ayağa 
qalxdılar,  qəbiristana  tərəf  yola  düşdülər.  Elə  ki,  gəlib 
çatdılar, Kərəm cənazəyə baxıb soruşdu: 
– Deyirsiniz ki,  mən namaz qılmalıyam. Ancaq bilmi-
rəm ölü namazı qılım, ya diri namazı? 
Paşa qəsdən özünü qəzəbli göstərib dedi: 
– Bu nə sözdü? Kərəm dedi: 
– Bu o deyən sözdü ki, kəfəndəki hələ ölməyib, diridi. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
28 
Hüsniyə xanım yerindən dik qalxıb dedi: 
– Afərin  sənə,  aşıq!  Daha  mənim  sənə  sözüm  yoxdu. 
Sən doğrudan da, haqq aşığı imişsən. Qoy hamı bilsin ki, kə-
fəndəki, doğrudan da, ölü deyil, diridi..." 
Deyilənlərdən  aydın  olur  ki,  dastan  söyləyən  aşıqları-
mız, nağıl deyən müdriklərimiz güclü bədii təfəkkürə malik 
xüsusi istedad sahibləridir. 
Azərbaycan  dastanlarında  yuxu  və  yuxugörmə  feno-
menlərinin  elmi  cəhətdən  təhlilinə  çox  güclü  ehtiyac  duyu-
lur. Xalqımızın elat müdriklərindən psixoloji görüşlərini öy-
rənmək  üçün  ayrı-ayrı  dastanlardan  gətirdiyimiz  poetik  təs-
diqlər  mühüm  əhəmiyyətə  malikdir.  Verilən  nümunələrdən 
aydın  görünür  ki,  istər  məhəbbət  və  istərsə  də  qəhrəmanlıq 
dastanlarını təhlil edərkən tərəf-müqabillərin  yüksək intuitiv 
duyuma malik olduqlarına xüsusi diqqət yetirilməlidir. 
Yeri gəlmişkən yuxu və yuxugörmənin elmi-nəzəri təh-
lilini  verərkən  bizə  öz  xeyirxah  məsləhətlərini  və  real  kö-
məkliyini əsirgəməyən  respublikamızın görkəmli psixoloqu, 
professor Ə.Əlizadəyə öz minnətdarlığımı bildiririk. 
Mən  respublikamızda  və  digər  qardaş  respublikalarda 
yaşayan azərbaycanlılardan da öz məna-məramına görə diq-
qəti cəlb edən, xalqımızın dəfələrlə sınaqlardan çıxardığı yu-
xu və  yuxugörməyə aid çoxlu nümunələr toplamışam. Əmi-
nəm  ki,  təqdim  etdiyim  bu  yuxu  və  yuxugörmə  yozumları 
ulu  müdriklərimizin  inam-etiqadlarını  araşdırmaq  baxımın-
dan  psixoloqlarımıza,  fizioloqlarımıza,  etimoloqlarımıza, 
loğmanlarımıza, folklorşünaslarımıza yuxu və yuxugörmə ilə 
əlaqədar elmi-nəzəri cəhətdən çox şeyi xatırladacaqdır. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
29 
 
 
 
 
 
 
 
 

Каталог: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu hacalı NӘCӘFOĞlu azәrbaycanda vә Türkiyәdә


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə