Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə372/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   368   369   370   371   372   373   374   375   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
293 
hazırlanan preparatlarla qaraciyərdə baş verən kortikosteroid 
proseslərin metabolizmində əmələgələn nazaslıqların aradan 
qaldırılmasında  istifadə  olunur.  Bundan  başqa,  bu  preparat-
ların  köməyi  ilə  endokrin  xəstəliklərinin,  o  cümlədən  də 
Addison,  Şixena,  Otmem  sindromlarının  aradan  qaldırılma-
sında  geniş  tətbiq  edilir.  Şirin  biyandan  hazırlanan  bir  neçə 
preparatlardan  isə  xərçəng  çöplərinin  inkişafının  qarşısının 
alınmasında istifadə olunur. 
Biyan  tibb  sahəsindən  başqa,  xalq  təsərrüfatının  müx-
təlif sahələrində də geniş surətdə işlədilir. Xüsusən də biyan 
kökündən alman ekstraktlar yeyinti sənayesində geniş tətbiq 
edilir. 
Biyan kökündən alınan qliseran maddəsi şəkərdən 500 
dəfə kəsərli və şirindir. Buna görə də biyan kökündən alınan 
ekstrakt  (şirə)  şəkər  əvəzedicisi  kimi  kisel,  kompot,  kofe, 
kakao,  kvas  və  bir  çox  qənnadı  və  biskvit  məmulatlarının 
hazırlanmasında  tətbiq  edilə  bilər.  Bu  məmulatların  ha-
zırlanmasında  şirin  biyan  ekstraktı  (25-50%)  şəkəri  əvəz 
edir.  Bir  çox  xarici  ölkələrdə  biyandan  likör  və  dondurma 
sənayesində  geniş  istifadə  edilir.  Belə  ki,  onun  şirəsindən 
likör  cövhəri,  xüsusən  də  «bonsien»  növünün  «acı  likör» 
hazırlanır, bunlardan da desert məqsədləri üçün istifadə olu-
nur.  Bu  cür  likörlardan  mədə-bağırsaq  xəstəliklərinin  mü-
alicəsində  istifadə  etmək  olar.  Şirin  biyan  şirəsi  «Kiyev 
acısı»,  «Baykal»,  «Artist»  adlı  tonus  artırıcı  içkilərin  hazır-
lanmasında da işlədilir. Keyfiyyətli pivə növlərinin, məsələn, 
«elya»,  keyfiyyətli  ingilis  pivəsi  «qara  pivə»  və  s.  hazır-
lanmasında da istifadə edilir. 
Bundan  başqa,  biyandan  hazırlanan  ekstraktlardan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin