Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə131/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   127   128   129   130   131   132   133   134   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
111 
məsləhətdir. 
Vərəm  xəstəliyinə  tutulana  tülkünün  paraciyərini  bişi-
rib yedirtmək məsləhətdir. 
Dalağı  xəstə  olanlara  toyuğun  daşlığının  üz  pərdəsini 
soyub  qurutduqdan  sonra,  ovub  qida  ilə  qəbul  etmək,  yaxşı 
təsir edir. 
Bağırsağında qurd olanlara acqarına gicitkəni qaynadıb 
həlimini içmək məsləhətdir. 
Yaranın  qanaxması  kəsməzsə,  üçyarpaq  yoncanı  əzib, 
yaranın  üstünə  təpitmə  qoymaq  məsləhətdir.  O,  yaranın 
qanaxmasını kəsir və onu tez sağaldır. 
Yaddaşı  zəif  olan,  huşsuzluq  xəstəliyinə  tutulanlara 
ərik və ərik qaxı (qurusu) yemək məsləhətdir. 
Ziyilin qopub düşməsi üçün böyük bir soğanın ortasını 
oyaraq oraya duz töküb saxlayır, duz əriyəndən sonra həmin 
mayedən  götürüb  gündə  bir  neçə  dəfə  ziyilin  üzərinə 
sürtmək məsləhətdir. 
Cavan qoz ağacı yarpağını suda bişirərək ziyilin üzəri-
nə bağlamaq, yaxud gicitkən yarpağını bal ilə qatıb, təpitmə 
kimi qoymaq da məsləhətdir. 
Əhəngi sirkə ilə qatıb ziyilə sürtməklə də onu yandırıb 
sağaltmaq mümkündür. 
Ziyili müalicə etmək üçün əncir  yarpağının südünü və 
ya  yaş  qaratikanın  çubuğunu  ocaqda  yandırıb,  onun  digər 
ucunda  əmələ  gələn  köpük  yağını  ziyilin  üzərinə  yaxmaq 
məsləhətdir. 
Əsəb xəstəliklərinə tutulan,  yuxusuzluqdan əziyyət çə-
kən  xəstələrə  yemişan  çiçəkləyəndə,  kölgəsində  uzanmaq 
məsləhətdir. Müalicə əhəmiyyəti effektlidir. Bu həm də qan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin