Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə144/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   140   141   142   143   144   145   146   147   ...   403
Aqillərin inamına görə: Allaha, peyğəmbərə, Qurana, 
qibləyə inamsız olan, imansız olar (ölər). 
Aqillərin  inamına  görə: elmə zalım olandan alim ol-
maz. 
Aqillərin inamına görə: tamahına təh deməyən, halalı 
söyər, haram yeyər, hamıya böhtan deyər. 
Aqillərin  inamına  görə:  ayaqqabını,  corabmı  taykeş, 
tərs geyinənin uğuru xeyir tapmaz, işi tərsinə dönər. 
Aqillərin inamına görə: oruc tutan, namaz qılan azar-
bezarsız yüzü haqlayar. 
Aqillərin  inamına  görə:  bütün  fəsillərdə  ağsoğlaq, 
sarımsaqlı  sıxma pencər, tünd sarımsaqlı xəngəl, başayaq,  sa-
rımsaqlı qatıq, sarımsaq turşusu-tutması yeyən adamın göz na-
hiyəsində  qızartı  olmaz,  dişləri,  diş  yuvaqlarının  əti  şişməz, 
ağrımaz, ağız nahiyəsində xora, səpinti olmaz, mədə-bağırsağ-
da  qurd  olmaz,  yaman-şiş  (xərçəng)  xəstəliyinə  tutmaz.  Dır-
naqları qırılmaz, iştahası, görmə qabiliyyəti artar, canı sağlam 
olar, boy vəziləri inkişaf edər, saçı gec ağarar, tez tökülməz. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin