Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə199/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   195   196   197   198   199   200   201   202   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
145 
qəbul etmək də məsləhətdir. 
Aqillərin  inamına  görə:  səsi batan, xırıltı  ilə  danışan 
adamlara  yağlı  toyuq  ətindən  hazırlanmış  bir  qab  bulyonu, 
20-25 dəqiqə keçəndən sonra bir fincan təzə qaynanmış ilıq 
suda qəndi kəmşirin edib içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  arıq,  cələfsiz  adamların  kö-
kəlməsi  üçün  lobyanı  zeytun  yağı  ilə  bişirib  yemək  məslə-
hətdir. 
Aqillərin  inamına  görə:  sinəsində  möhkəm  xışıltı, 
bərk  öskürəyi  olan  adamlara  15-30  gün,  gündə  üç  dəfə  ye-
məkdən  əvvəl  nar  çiçəyini  dəmləyib  bir  çay  qaşığı  bal  ilə 
qarışdırıb içmək məsləhətdir. Bu xəstəliyə tutulanlara bir də 
dəymiş moruğu bal ilə qarışdırıb 15-20 gün yeməkdən əvvəl 
üç dəfə yemək məsləhətdir. 
Aqillərin inamına görə: mədə həzmindən əziyyət çə-
kənlərə yaz yağışının suyunu təmiz qaba yığıb sonra hər dəfə 
yeməkdən əvvəl həmin sudan bir fincan içmək məsləhətdir. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin