Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə301/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   297   298   299   300   301   302   303   304   ...   403
Pulqar  yarpızı.  Gövdəsi  düz,  yatan  və  yaxud  dır-
maşan, budaqlanan, 15-30 sm hündürlüyündə,  çoxillik, qısa 
tükcüklərlə örtülən bitkidir. Yarpaqları 1-2 sm  uzunluğunda 
gövdə  üzərində  düzülmüş  ovalvari  küt,  azca  dişvaridır.  Çi-
çək tacı parlaq çəhrayı rəngdədir. Meyvəsi dairəvi, kiçikdir. 
Yarpız  yarpaqlarında  bir  sıra  bioloji-fəal  maddələrin 
kompleksi olduğu üçün o, farmokoloji cəhətdən geniş spek-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
232 
trə  malikdir.  Yarpaqlarından  reflektor,  tac  qan  damarlarının 
genişləndirici,  sakitləşdirici,  ödqovucu,  antiseptik  və 
ağrıkəsici  xassəyə  malik  preparatlar  hazırlanır.  Yarpız  pre-
paratları  həzmə  kömək  edən  vəzilərin  sekresiyasını  qüvvət-
ləndirir, iştahanı artırır, ödün ifrazını fəallaşdırır, spazmaları 
aradan  qaldırır,  bağırsaq,  öd  və  sidik  yollarının  saya 
əzələsinin  tonusunu  azaldır.  Yarpız  yağında  olan  mentol 
antiseptik  xassəyə  malikdir.  Yuxarı  tənəffüs  yolları 
xəstəliklərində (faringit, laringit, traxeit, zökəm və s.) mentol 
və  yarpızın  digər  preparatlarından  selikli  qişalara  yaxılır, 
eləcə  də  damcı  formasında  buruna  damızdırılır.  Bundan 
əlavə, mentol karandaşından başağrısında, mentolun 2 faizli 
spirtində  və  ya  10  faizli  yağında  həll  edilmiş  məhsulundan 
isə miqrendə, nevrologiyada və digər nevroloji xəstəliklərdə 
xaricə sürtmə dərmanı kimi işlədilir. Ondan «inqafen» inqal-
yatorunun tərkibində də istifadə olunur. Yarpızın yarpağı və 
yağı  fitonsid,  antiseptik  xassəyə  malikdir.  Mentol  və  yarpız 
yağı  validol,  valokardin,  «yaşıl  damcı»  yevgenol,  pektusin, 
menovazin,  efkamon,  olimetiri  və  s.  kimi  preparatların 
tərkibinə daxildir. Mentolun pişikotu, xanımotu və s. otlarla 
birlikdə  hazırlanan  cövhərindən  sakitləşdirici,  qəbizliyə  və 
hemoroidə qarşı istifadə olunur. 
İstiot yarpızı. İstiot və ya əkilən yarpızdan süfrədə və 
xörəklərdə ətirli ədviyyat kimi çox işlədilir. İstiot nanəsinin 
tərkibində  bir  sıra  müalicə  əhəmiyyətli  üzvi  maddələr  – 
mentol  spirti,  mentol,  asetat  efiri  və  s.  vardır.  Onlar  orqa-
nizmdə  gedən  maddələr  mübadiləsini  normallaşdırır,  mədə-
bağırsaqda  əmələ  gəlmiş  spazmanı,  köpü  aradan  qaldırır, 
həzm prosesini sürətləndirir, böyrək və sidik yollarını dezin-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin