Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə95/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   91   92   93   94   95   96   97   98   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
87 
zəncir,  dəhrə,  balta  qoyularsa,  hal  (al)  anası  zahı  qadına 
toxunmaz. 
Tərəkəmələrin inamına görə: doğulan körpənin qırxı 
çıxana qədər gündə üç dəfə üzərlik yandırıb, onun beşiyinin 
başına  dolandırılarsa,  uşağa  nə  bədnəzər,  nə  də  hal  anası 
toxunar. 
Tərəkəmələrin  inamına  görə:  qırxı  çıxmamış  uşağın 
və ananın başı altına qırx  gün bıçaq, dəmir qoyur,  yaxasına 
iynə sancırlar ki, hal anası həm anaya, həm də doğulan uşağa 
toxunmasın. 
Tərəkəmələrin inamına görə: hal anası toxunan qadın 
erkək  ağ  atın  qarnı  altından  keçirilərsə,  nəzər  qadından  ata 
keçər. 
Tərəkəmələrin  inamına  görə:  körpə  uşağa  göz  dəy-
məsin  deyə  onun  beşiyinə,  bələyinə  möhrə  tikərlər  ki,  pis 
gözdən, bəd nəzərdən uzaq olsun. 
Tərəkəmələrin  inamına  görə: üstündə göz muncuğu, 
yal-quzaq  (bozqurd)  dişi  gəzdirən  adama  göz  dəyməz,  işi 
avand olar, hər yerdə sözü ötər. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin