__________________________________ Nübar Həkimova
123
bərəkəti olmaz, ailə qan-qarğışa səbəb olar. Ailədə yeddi
arxadan dolananın biri mütləq kor olar. Bu ağaclar elat
aqillərinin təsəvvüründə ocaq – müqəddəs sayılır.
Aqillərin inamına görə: kəskin sinə, oynaq ağrıların-
dan, qan təzyiqi yuxarı olub, əziyyət çəkənlərə, görmə qa-
biliyyəti zəif olanlara, tez-tez ürək döyüntülərindən əziyyət
çəkənlərə 1 kq qoz ləpəsini, 1 kq bal, 1 qram zəfəran, 0,5
qram sarı-kök, hil, mixək və 3-4 hind qozunu əzib yarım
stəkan qaynadılmış suda qarışdırıb hər gün (15-20 gün)
səhər-səhər acqarına bir qaşıq udmaq məsləhətdir. Bu həm
də qadın və kişiləri fizioloji cəhətdən aktivləşdirir.
Dostları ilə paylaş: |