Aqillərin inamına görə: quru öskürək və sinə ağrı-
larından əziyyət çəkənlərə banan yemək məsləhətdir.
Aqillərin inamına görə: səsi tutulan və xırıldayan
adamlara 10-15 gün təzə kəsilmiş beçə-fərə ətinin həlimin-
dən, kəmşirin edilmiş, təzə sağılmış süddən bir fincan və ilıq
bişirilmiş yumurta sarısından hər gün üç dəfə, istifadə etmək
məsləhətdir.
Aqillərin inamına görə: ürək döyüntüsündən əziyyət
çəkən xəstələrə almanın cecə hissəsini bıçaqla ovub çıxar-
dıqdan sonra ora zəfəran doldurub, tez-tez qoxulamaq
məsləhətdir.