Aqillərin inamına görə: dəvətikanının kök, zoğ, çiçək
qarışığı dəmləməsi sətəlcəmin, qançırın, bəlğəmin, soyuq-
dəymənin ən yaxşı müalicə üsuludur. Bu xəstəlikdən əziyyət
çəkənlərə 10-15 gün, hər dəfə yeməkdən əvvəl, gündə üç də-
fə bir fincan dəvətikanını dəmləyib içmək məsləhətdir. Də-
vətikanını kölgədə qurudub ilboyu da istifadə etmək olar
(müalicə əhəmiyyətini itirmir);
Aqillərin inamına görə: şəkər xəstəliyindən əziyyət
çəkənlərə palıd qozasını yığıb möhkəm qurutduqdan sonra,
onu əl kirkirəsində çəkib, narın tozunu 20-25 gün, gündə üç
dəfə yeməkdən əvvəl bir çay qaşığı qəbul etmək məsləhətdir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com