218
daxil edirlər. Onun yaşıl hissəsini adi halda da yeyirlər. La-
kin xəstələr əvəlikdən həkimin məsləhəti ilə istifadə
etməlidirlər.
Qara çörəkotu Qara çörəkotu cinsinin dünya florasının tərkibində 20-
yə qədər növü yayılmışdır. Qafqazda 6, Azərbaycanda isə 5
növü məlumdur. Respublikamızda yayılan ən qiymətli növ-
ləri aşağıdakılardır.
Şərq qara çörəkotu hündürlüyü 15-85 sm olan, çılpaq
gövdəyə malik birillik ot bitkisidir. Yarpaqları ikiqat lələk-
vari bölünən, nazik xətvari olub, qısa cod tükcüklərlə əhatə
olunmuşdur. Kasa yarpaqları lələkvari, sarımtıl, uzunsovdur.
Çiçəkləri gövdənin sonunda yerləşmişdir, toxumları azca
qınşıq, yumurtavaridir.
Şərq qara çörəkotu bitkisinin toxumlarının tərkibində
yeyinti və kosmetikada istifadəsi mümkün olan efir yağı
tapılmışdır.
Adi qara çörəkotu toxumlarından xörəklərin tərkibinə
ədviyyat kimi qatmaq olar.
Qara çörəkotu cinsinin ədviyyat və dərman əhəmiyyətli
növlərindən biri də əkilən qara çörəkotu və ya qara istiotdur
(N.sativa). Bu, hündürlüyü 40-50 sm olan birillik ot
bitkisidir. Gövdəsi dikduran, bulaqlanan, yarpaqlan nazik,
bozumtul-yaşıl, iki və ya üçqat lələkvari bölünəndir.
Çiçəkləri beşləçəkli olub, tək-tək halda budaqların
ucunda yerləşmişdir. Ancaq mavi rəngli çiçəkləri uzunsov,
1-1,5 sm uzunluğundadır. Meyvəsi çoxyarpaqlı olub, yuxarı
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com