Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə35/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   31   32   33   34   35   36   37   38   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
37 
Yuxuda qartal (qaraquş) görmək, yuxugörənin ucalma-
sı deməkdir. 
Yuxuda taxta qaşıq görmək xeyir tapmaq, dəmir qaşıq 
görmək isə ziyana-şərə düşmək kimi yozulur. 
Yuxuda qızılquş görmək yuxugörənin varlanacağı kimi 
yozulur. 
Yuxuda qılınc görmək yuxugörənin arzu-istəyinə çata-
cağı kimi yozulur. 
Yuxuda  qırqovul  görmək,  ləziz,  dadlı  xörək  yemək 
deməkdir. 
Yuxuda  qırxayaq  görmək,  ailədə  xoşbəxtlik  olacağı, 
xəstə, azarlı varsa, sağalacağı kimi yozulur. 
Yuxuda  gicitkən  görmək  yuxugörənin  dost-tanışının 
çox olacağı kimi yozulur. 
Yuxuda  qoç,  qoyun  görmək,  yuxugörənin  kiminləsə 
dalaşacağı kimi yozulur. 
Yuxuda  çalağan  görmək  yuxugörənin  özü  və  ailəsi 
böhtana düşəcək kimi yozulur. 
Yuxuda  quzuqulağı  (turşəng)  görmək,  yuxugörənin 
ailə-sində dərd, kədər, qüssə çox olar kimi yozulur. 
Yuxuda  qumru  görmək  yuxugörənin  ailəsində,  evində 
oğurluq olar kimi yozulur. 
Yuxuda  qurbağa  görmək  yuxugörənin  ailəsində  körpə 
uşağın dünyaya gəlməsi kimi yozulur. 
Yuxuda  quymaq  görmək,  yuxugörənin  uzaqdan  xoş 
xəbər eşidəcəyi kimi yozulur. 
Yuxuda qulaq görmək, xoş xəbər eşitmək deməkdir. 
Yuxuda dağ görmək, ucalmaq, böyük vəzifəyə çatmaq, 
ad-san sahibi olmaq kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin