277
Hindistanda, Yaxın Şərq ölkələrində, Misirdə, Çində və s.
ölkələrdə istifadə olunmuşdur. Mixək bitkisi haqqında elmə
birinci məlumatı dünya səyahətinə çıxmış İtaliya səyyahı
Piqafet vermişdir. O, buna birinci dəfə Moluk adalarında rast
gəlmişdir.
Hazırda mixəyin qönçələrindən ədviyyə kimi istifadə
edilir. Onun qönçələri çiçək açmamış halda toplanır. Qırmızı
rəngli qönçələri quruduqdan sonra tünd qonur rəngə çevrilir.
Mixəyin qönçələri mıx formasında (ona görə bu adı
vermişlər) 1-1,5 sm uzunluğundadır.
Mixəyin kəskin iyi, xoş ətri vardır. Dadı büzüşdürücü
və ədviyyəlidir. Meyvəsinin uzununa kəsiyinə lupa vasitəsilə
baxsaq, orada efir yağı ilə dolu iri dairələr görərik. Efir yağı
ilə dolu belə dairə-şəkilli kisələr çiçək yatağının silindrvari
hüceyrələrinin kənar hissələrində daha çoxdur.
Mixək meyvəsinin keyfiyyətini yoxlamaq üçün onu
suya salırlar. O, suda başıaşağı şaquli vəziyyətdə durursa,
deməli onun tərkibi efir yağı ilə zəngindir.
Mixək qan təzyiqi yüksək və gicgahlarında şiddətli
ağrılar olan xəstələrə kömək edir.
Badyan
Bitki toxum və yaxud vegetativ orqanları vasitəsilə
çoxalır. Beş ildən sonra meyvə verir. Bol məhsul verməsi
12-15 ildən sonra başlayır. 100 il meyvəvermə qabiliyyətinə
malikdir. Meyvəsinin tərkibində 5-7%-ə qədər müalicəvi
əhəmiyyətə malik efir yağı vardır. Bu yağın 90%-i anetel
birləşmələridir. Qalan birləşmələri isə terpenlər, xniken,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com