Dünya florasının tərkibində 5 növü yayılmışdır. Qaf-
qazda, o cümlədən də Azərbaycanda növünə təsadüf edilir.
Rozmarin – həmişəyaşıl sıxbudaqlanan, hündürlüyü 1-
1,5 m olan koldur. Budaqları ensiz, xətvari, kənarları bü-
külmüş, aşağı hissəsi ağımtıl keçə ilə örtülmüş yarpaqlardan
ibarətdir. Yarpaq qoltuğunun dar hissəsində mavi və yaxud
bənövşəyi, bəzən ağ rəngli salxım çiçəkləri toplanmışdır.
Güclü kök sistemi budaqlanaraq 3-4 m yerin tərkinə işləyir.
Çoxillik budaqlan tünd boz, lay-lay təbəqədən ibarət olan
qabığı odunlaşmış, birilikləri isə parlaq-boz tüklərlə
örtülmüşdür. Toxumları qonurumtul rəngli xırda-qozmey-
vədir. 100 ədədinin çəkisi 0,5-1,1 q-dır.
Qədim zamanlardan rozmarin dərman bitkisi kimi bir
sıra xəstəliklərin müalicəsində istifadə edilir. Bitkidən ha-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com