71
dən əvvəl bir fincan içmək məsləhətdir. Bu qəbil müalicə
xəstəliyin tez sağalmasına yaxşı kömək edir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: qızılca, təngnəfəs (astma), göyöskürək, öd kisəsi ağrıları, si-
dik yolunda daşlaşma, kirəcləşmə, mədə-bağırsaq xoraları
xəstəliklərinin ən yaxşı müalicəsi üçün 15-20 gün yeməkdən
əvvəl (səhər, günorta, axşam) bir fincan eşşək südü içmək
məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: əl-ayağında yara-xora əmələ gələn, dəri səpgi və gicişmələri
xəstəliyindən əziyyət çəkənlərə Bakı Zığ qəsəbəsində yer-
ləşən Duzlu göldə çimmək və ya onun suyundan götürüb ev
şəraitində axşam-səhər vanna qəbul etmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: məx-mərək səpən xəstələr süpürgə sünbülünün darısını ye-
məkdən əvvəl gündə üç dəfə çeynəyib tüpürmək məsləhətdir.