İnsan resursları
MEK-də 192 əməkdaş çalışır. Hesabat dövrü ərzində 16 əməkdaş – 8 kitabxanaçı və 8 IT
mütəxəssisi – yeni işə keçmiş, 24 nəfər – 9 kitabxanaçı və 15 IT mütəxəssisi – işə qəbul edilmişdir.
71 əməkdaşın – 18 informasiya texnologiyaları üzrə mütəxəssisin, 3 ictimai əlaqələr üzrə və 50
kitabxana işi üzrə mütəxəssisin - əməyinin ödənilməsi dərəcəsi artırılmışdır.
T Ə Ş Ə K K Ü R L Ə R
MEK ölkə rəhbərliyi, AMEA rəhbərliyi, akademik ictimaiyyətin və başqa tərəfdaşların sağlam,
konstruktiv marağını və nəzarətini yüksək qiymətləndirir, daim sosial məsuliyyət hissi ilə çalışır.
Mərkəzi Elmi Kitabxananın işçi heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
AMEA rəhbərliyi və İşlər İdarəsinə, AMEA-nın müəssisə və təşkilatlarına, ali məktəblərə,
nazirliklərə, media nümayəndələrinə, ictimai təşkilatlara, beynəlxalq qurumlara, tərəfdaşlarına və
oxucularına bütün proseslərdə Mərkəzi Elmi Kirabxanadan qayğı, diqqət və dəstəklərini
əsirgəmədiklərini yüksək qiymətləndirir və təşəkkür edir.
Hesabat olunan fəaliyyətlərin uğurla həyata keçirilməsində
ölkə
rəhbərliyinin,
AMEA
rəhbərliyinin
və
akademik
ictimaiyyətin rolu çox böyükdür. Eyni zamanda fəaliyyətlərin
təşəbbüskarı,
icraçısı,
ağırlığını
çiynində
daşıyan,
mümkünsüzlüyünü mümkün edən fədakar MEK əməkdaşlarını
da qeyd etmək lazımdır. Adlarının bu sırada neçənci
çəkilməsindən asılı olmayaraq, bütün şöbə və bölmələr vahid
komanda kimi yüksək peşəkarlıq, işinə vurğunluq, nizam-intizam və qarşılıqlı ehtiram rejimində
çalışırlar:
Kitabxana – xidmət şöbəsi;
İnformasiya texnologiyalarının hazırlanması və tətbiqi şöbəsi;
İnzibati şöbə;
Ümumi işlər şöbəsi;
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi;
Milli rəqəmsal yaddaş şöbəsi;
İnnovativ layihələr şöbəsi.
Həmişə ən düşüncəli və xeyirli
insanlar arasında
kitabxanaçılara rast gəlirsən –
onlar sinifsiz müəllimlərə
bənzəyir.
Willard Scott