6. Əməkdaşların geniş həcmdə sosial müdafiəsi həyata keçirilib.
Səhiyyə Nazirliyinin Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Respublika Milli Onkologiya Mərkəzi, Respublika
QİÇS Mərkəzi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endokrinoloji Dispanseri,
Topçubaşev adına Elmi Cərrahiyə Mərkəzi və başqa strukturları ilə əməkdaşlıq nəticəsində
ödənişsiz səhiyyə xidmətləri, peşə xəstəliklərinin profilaktikası, ödənişsiz diaqnostik müayinələr –
İİV-infeksiyasının, onkoloji, oftalmoloji, stomatoloji və endokrinoloji xəstəliklərin aşkarlanması
üçün 1117 müayinə və konsultasiya (oftalmoloq, onkoloq, ginekoloq, mammoloq, stomatoloq,
cərrah, endokrinoloq, ekspress qan analizi, qalxanvari vəzin ultrasəs müayinəsi, mammoqrafiya, göz
dibinin müayinəsi, göz təzyiqinin ölçülməsi, görmə qabiliyyətinin yoxlanılması, antropoloji
ölçmələr, qanda şəkərin müəyyən edilməsi və arterial təzyiqin ölçülməsi) aparılmışdır, ilkin və təcili
tibbi yardım göstərilmiş, əməkdaşların iş vaxtlarına və sosial xərcləmələr büdcəsinə 20.000 AZN-
dən artıq qənaət edilmiş, daimi nəzarət məqsədilə individual ambulator kartlar açılmışdır.
Respublika Epidemiologiya və Gigiyena Mərkəzi ilə əməkdaşlıq nəticəsində MEK kitab fondları,
oxu zalları, personal otaqlarında, ictimai iaşə yerlərində sanitar normaları təmin edilmişdir.
Əməkdaşlar bazar qiymətlərindən ucuz, geniş çeşidli və sağlam qida ilə təmin edilmişdir. MEK-də
hüquqi yardım xidməti çalışır, Respublika 4 saylı Hüquqi məsləhətxanasının yüksək dərəcəli
hüquqşunas heyəti ilə əməkdaşlıq edilir, müəssisənin və əməkdaşların hüquqları müdafiə olunur.
Dostları ilə paylaş: |