15. AMEA-nın 15 təsisçisi barədə tanıtım materialı.
AMEA-nın 15 təsisçi – həqiqi üzvü barədə
nəfis tərtibatda tanıtım materialı Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində informasiya
stendləri hazırlanıb və büstlərin yanında MEK qonaqlarının və istifadəçilərinin diqqətinə təqdim
olunur, informasiya 5 dildə Vikipediyada da yerləşdirilib.
16. AMEA Rəyasət Heyətinin qərarlarına əlavə
olaraq yubileyi AMEA miqyasında qeyd olunan
şəxslər – Mikayıl Useynov, Bəxtiyar Vahabzadə, Vəli Axundov, Səməd Vurğun – və “Molla
Nəsrəddin” jurnalına aid olan materiallar elektron kataloqa salınmış, rəqəmsallaşdırılmış, virtual
təqdimatda hazırlanmış və Sərgi salonunda nümayiş etdirilmişdir.
17. Azərbaycanda on ən qədim kitab Mərkəzi Elmi Kitabxananın fondlarında aşkar
edilmişdir.
Azərbaycanda ən qədim on kitab Mərkəzi Elmi Kitabxananın fondlarında aşkar edilmiş,
rəqəmsallaşdırlmış, elektron kataloqa salınmış, ictimaiyyətə təqdim olunmuş, KİV nümayəndələri və
araşdırıcıların ciddi marağına səbəb olmuşdur.
Dostları ilə paylaş: |