«İnkarlıq kateqoriyasının morfoloji əlamətləri» dedikdə inkarlıq
yaradan morfoloji vasitələr nəzərdə tutulur. Türk dillərində inkarlıq
anlayışı, əsasən, fellərlə əlaqədar olsa da, o, digər nitq hissələrində də
özünü göstərir. Bunlara isim və sifətlərə qoşulan milli mənşəli -sız
4
və
alınma şəkilçilər -bi (bivəfa), -na (nakişi), -la (laməkan), -anti (antihu-
manist), -a (anormal) və s. aid etmək olar.
Türk dillərinin qədim yazılı abidələrində, o cümlədən brahmi və uyğur
yazılarında -sız
4
şəkilçisinin -sır, -ser fonetik variantlarına da rast gəlinir:
ilsirət – ilsizlət (eldən ayır), tatıqsıramak (dadsızlaşmaq) və s
4
. İnkarlıq
göstəricisi -ma
2
-nı adlar və fellər arasındakı sərhəddi müəyyənləşdirən ən
əsas morfoloji vasitə hesab edən Y.Seyidov bu şəkilçini türk dillərində
inkarlıq kateqoriyasının yeganə qrammatik forması hesab edərək digər
vasitələri inkarlıqn anlayşı ilə bağlayır
5
.
B.Serebrennikov -ma
2
inkarlıq morfeminin yayılma arealı və qədimliyi
barədə fikir yürüdərək göstərir ki, hələ pratürkdən fəaliyyət göstərən bu
şəkilçi türkoloqlar arasında yayılmış belə bir fikrin əsassız olduğunu söylə-
məyə imkan verir ki, guya əvvəllər türk dillərində sözlər adlar və fellər üzrə
hələ bölünməmişdi
6
. İnkarlıq göstəricisi -ma
2
ümumtürk mahiyyətli olub,
çox cüzi fonetik fərqlə demək olar, bütün türk dillərində işlənməkdədir. Bu
şəkilçi türk və türkmən dillərində -ma//-me şor, xakas, qazax, qırğız və s.
dillərdə -ma, -me, -ba, -be, -pa, -pe, -bo, -bö şəkillidir.
Türkologiyada -ma//-me inkarlıq göstəricisinin mənşəyi barədə yekdil
fikir yoxdur. V.Banq bu morfemin ama, uma formalı başlamaq, buraxmaq
mənalı unudulmuş feldən törədiyini iddia edir
7
. M.Erginə görə, -ma//-me
inkarlıq göstəricisi vaxtilə mövcud olmuş, bacarıq mənalı «u» feli ilə inkar
1
Kazembek
M.Obhaə
qrammatika
tureüko-tatarskoqo
əzıka.İzd-vo
Ka-
zanğ,1846,s.303
2
Zeynalov F. (Oçerklər), Göstərilən əsəri, s.45.
3
Ergin Muharrem. Türk Dil Bilgisi. Sofya, 1967, s.175.
4
Mehmet Akalın. Tarihi türk şiveleri. TKAE; 74. Ankara, 1988, s.58.
5
Seyidov Y. (Morfologiya), Göstərilən əsəri, s.147.
6
Serebrennikov B.A., Qadjieva N.Z. Göstərilən əsəri, s.222.
7
Banq W. Vom Köktürkischen zum Osmanıschen – IV, Berlin, 1921, s.12-14.
42
mənalı ma felinin birləşməsindən yaranmışdır
1
. F.Cəlilov -ma//-me morfe-
minin mənşəyini vaxtilə mövcud olmuş inkar mənalı «ba» felinə bağlayır
2
.
Bizə görə, inkar göstəricisi bəs (bə) və –mi