C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”, 2004, 664
10
XX əsrin əvvəllərində milli geriliyin aradan qaldırılması, xalq arasında
maarifçilik ideyalarının yayılması uğrunda mübarizə aparan vətənpərvər
ziyalıların, yazıçı, şair və publisistlərin, pedaqoqların əsas tənqid
hədəflərindən birini mürtəce din xadimləri, öz mənafeyindən başqa bir də-
yər tanımayan azsavadlı mollalar təşkil edirdi. Buna görə də C.Məmməd-
quluzadənin bədii nəsrində tənqid obyekti kimi tez-tez mollalar və konkret
şəxsi ifadə edən titullarla rastlaşmaq mümkündür.
“Danabaş kəndinin əhvalatların”da molla sözünün sinonimi kimi
axund titulundan da istifadə olunmuşdur. Bu isə adı çəkilməyən mollanın
kəndlilər yanında əllaməlik edərək qəliz dildə danışması ilə bağlıdır. Satira
üslubunda bundan məharətlə istifadə edən C.Məmmədquluzadə axund, yə-
ni daha savadlı molla adlandırdığı din xadiminin əllaməliyinə gülür. Epizo-
dun əvvəlində də qeyd edildiyi kimi, əslində mərsiyəxan olan o taylı mol-
lanın axund adlandırılması, doğrudan da, satirik situasiya yaratmağa xid-
mət edir: “Axundun sözlərini nəinki kətdilər, heç mən özüm də başa düş-
mədim. Vəhalonki, mən oturanların yanında hələ alim idim. Amma söz
yox, hamımız başa düşdük; axund soruşurdu niyə Sadığa lağlağı deyirlər
1
.
C.Məmmədquluzadənin işlətdiyi peşə və sənətlə bağlı köməkçi adlar
içərisində ədəbi dil tariximiz üçün maraq kəsb edən örnəklər də az deyildir.
Bunlardan biri “Danabaş kəndiin əhvalatları”nda təhkiyəni aparan obrazın
– Xəlilin peşəsi olan qoltuqçuluqdur. Bədii ədəbiyyatda az-az rast gəlinən
bu cür peşələrin müəllifin özü tərəfindən izahının verilməsi də maraq doğu-
rur. “Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vu-
rub, dolanıram öz kəndimizi, ya qeyri kəndləri, çit-mit satıb bir tövr güzəra-
nımı keçirirəm”
2
.
C.Məmmədquluzadənin bədii əsərlərində işlədilmiş köməkçi adlar-
dan bir qrupu da rütbə, titul, sosial status və s. bildirməyə xidmət edir. Bun-
ların arasında islam dini və şəriətlə bağlı rütbə və vəzifə adlarına daha çox
rast gəlinir. Peşə, sənət və qulluqla bağlı olan titulların maraqlı üslubi xü-
susiyyətlərindən birini də onların aid olduqları şəxs adlarının əvvəlində və
ya sonunda işlədilməsidir. Bundan başqa, çar üsuli-idarəsi ilə bağlı
Dostları ilə paylaş: