Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


naçalnik (nəçərnik, nəçəlnik), qorodovoy, uşkol, pristav, qlava, sud pris-



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

naçalnik (nəçərnik, nəçəlnik), qorodovoy, uşkol, pristav, qlava, sud pris-

tavı,  əfsər  (ofiser-zabit),  qubernat  (qoburnat,  ğoburnat),  silistçi,  spextor 

(inspektor), qlavanın giziri (aşağı rütbəli polis xidmətçisi), smatritel və s. 

kimi peşə, sənət və qulluqla bağlı köməkçi adlara da rast gəlirik ki, bunların 

çoxu  təhrif  olunmuş  şəkildə  adlan- dırılmışdır. 

                                                             

1

 C.Məmmədquluzadə. Əsərləri.  Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”,  2004, 664 



səh. (s. 42).

 

2



 Yenə orada, s. 41

 



 

 

 



 

 

 



 

11 


“Qurbanəli bəy" hekayəsində Qurbanəli bəy pristavın xanımının sağ-

lığına araq içəndən sonra keflənərək naçalnikə deyir: "Naçalnik ağa, içirəm 

mən bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim 

vilayətə  naçalniklər  gəlib  gedib,  mən  onların  heç  birini  o  qədər  istəməmi-

şəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər bizim mahalda 

camaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər. 

I fəslin dördüncü yarımfəsli “Vokativ sözlərin şəxs adı məqamında 

işlənməsi”  adlanır.  Köməkçi  adların  maraqlı  şəkildəyişmələrindən  və  üs-

lubyaratma  formalarından  biri  kimi,  müraciət  zamanı  şəxsin  həqiqi  adını 

əvəz  edən  köməkçi  sözləri  göstərmək  olar.  C.Məmmədquluzadənin  bədii 

nəsrində bu cür müraciətlər çoxluq təşkil edir ki, bu da yazıçının xalq dili-

nin üslubi imkanlarından  yüksək səviyyədə   istifadə  etdiyini  göstərir. Poe-

tik situasiyadan asılı olaraq bu cür müraciətlər müxtəlif üslubi çalarlar ifadə 

edə bilər. Mirzə Cəlilin əsərlərində bunlara misal olaraq əxəvizadə (qardaş-


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin