Tədqiqatın metod və mənbələri. Dissertasiya yazılarkən tarixi-
müqayisəli və təsviri metodlara üstünlük verilmiş, problemə yanaşmada di-
axronik və sinxronik aspektlər əsas seçilmişdir. Araşdırmaya cəlb olunan
əsas mənbələr C.Məmmədquluzadənin bədii əsərlərində işlənmiş onomas-
tik vahidlərdir. Bu onovahidlər şəxs və yer adları olmaqla iki qrupda bir-
ləşdirilərək elmi təhlildən keçirilmişdir. Tədqiqat aparılarkən bu sahədə ya-
zılmış dissertasiya, monoqrafiya və məqalələr elmi-nəzəri mənbə rolunu
oynamışdır.
Dostları ilə paylaş: |