Tədqiqatın elmi yeniliyi. C.Məmmədquluzadə yaradıcılığı istər
ədəbiyyatşünaslıqda, istərsə də dilçilikdə dəfələrlə tədqiqat obyektinə çev-
rilsə də, ədibin bədii əsərlərindəki şəxs və yer adlarının üslubi xüsusiyyət-
ləri ilk dəfədir ki, sistemli şəkildə monoqrafik araşdırmaya cəlb olunur.
Dissertasiyada ilk dəfə olaraq qadın və kişi adlarının ginenim (qadın adla-
rı) və androonim (kişi adları) terminləri elmi dövriyyə üçün təklif edilmiş-
dir. Bundan başqa, C.Məmmədquluzadənin bədii əsərlərində işlənən və bu
günə qədər uydurma toponim hesab olunan bəzi yer adlarının araşdırma
nəticəsində real toponimlər olduğu məyyənləşdirilmişdir.
Dostları ilə paylaş: |