Müzakirəyə təqdim olunan əsas müddəalar:
– Hər bir bədii və ya publisistik əsər meydana gəldiyi dövrəqədərki
dil xüsusiyyətlərini özündə mühafizə edir. C.Məmmədquluzadənin bədii
əsərləri ana dilimizin XIX əsr, hətta ondan əvvəlki dövrlərdə lüğət tərkibi,
işləklik vəziyyəti və üslubi çalarları ilə bağlı məlumatlarla zəngindir.
– Bədii əsərlərin, xüsusilə də C.Məmmədquluzadə kimi klassiklərin
əsərlərinin dil və üslub xüsusiyyətlərinin linqvistik tədqiqata cəlb edilməsi
həmin əsərin yarandığı dövrdə ümumxalq və eləcə də ədəbi dildə özünü
göstərən dil faktlarını elmi əsaslar üzərində müəyyənləşdirməyə imkan ya-
radır.
– Şəxs və yer adları aid olduqları dövrün ictimai-siyasi prosesləri ilə
sıx bağlı olduğundan bədii əsərlərin, xüsusilə klassik əsərlərin onomastik
leksikasının tədqiqi həmin dövrə aid ictimai-siyasi mənzərə ilə bağlı dolğun
məlumat verir.
– Onomastik vahidlərin nəsrə gətirilməsi bədii əsərin dilinin
xəlqiliyini, sadəliyini təmin etməyə xidmət edir.
Dostları ilə paylaş: |