Tədqiqatın obyekti və predmeti. C.Məmmədquluzadənin bədii ya-
radıcılığında nəsr və dram əsərlərində işlənən şəxs və yer adları tədqiqatın
obyektini təşkil edir. C.Məmmədquluzadənin bədii əsərlərində şəxs və yer
adlarının mənşəyinin – dil mənsubiyyətinin, leksik-semantik və üslubi xü-
susiyyətlərinin müəyyənləşməsi tədqiqatın predmetini şərtləndirir.
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Araşdırma prosesində əl-
də olunan nəticələr Azərbaycan dilçiliyinin müstəqil şöbələrindən olan ono-
malogiyanın, xüsusilə də poetik onomastikanın yeni inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsinə təkan verməklə yanaşı, XIX əsrəqədərki dövrdə
ədəbi dilin bədii üslubunda müşahidə olunan dil xüsusiyyətlərinin aşkar-
lanmasına imkan yaradacaq.
İşin praktik əhəmiyyətinə gəlincə, ondan ali məktəblərin filologiya
fakültələrində onomastika fənninin tədrisində əlavə vəsait kimi yararlan-
maq mümkündür.
Dostları ilə paylaş: |