C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”, 2004, 664
11
“Qurbanəli bəy" hekayəsində Qurbanəli bəy pristavın xanımının sağ-
lığına araq içəndən sonra keflənərək naçalnikə deyir: "Naçalnik ağa, içirəm
mən bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim
vilayətə naçalniklər gəlib gedib, mən onların heç birini o qədər istəməmi-
şəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər bizim mahalda
camaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər.
I fəslin dördüncü yarımfəsli “Vokativ sözlərin şəxs adı məqamında
işlənməsi” adlanır. Köməkçi adların maraqlı şəkildəyişmələrindən və üs-
lubyaratma formalarından biri kimi, müraciət zamanı şəxsin həqiqi adını
əvəz edən köməkçi sözləri göstərmək olar. C.Məmmədquluzadənin bədii
nəsrində bu cür müraciətlər çoxluq təşkil edir ki, bu da yazıçının xalq dili-
nin üslubi imkanlarından yüksək səviyyədə istifadə etdiyini göstərir. Poe-
tik situasiyadan asılı olaraq bu cür müraciətlər müxtəlif üslubi çalarlar ifadə
edə bilər. Mirzə Cəlilin əsərlərində bunlara misal olaraq əxəvizadə (qardaş-
Dostları ilə paylaş: