düyü kimi, uydurma ad milli ad sisteminə daxil olmayıb, hər hansı yazıçı
adlardır. Deməli, burada yazıçının fərdi yaradıcılıq qabiliyyəti, fakta şəxsi
münasibəti, nəhayət, sözyaratma imkanları nəzərə alınır. Bütün bunların
troponimi ola bilər. Onun hadisələrə ilk dəfə daxil olmasından tutmuş son
mastikası (nəsr əsərlərinin əsasında linqvistik tədqiqat). Fil.e.dok. diss. Bakı, 2008, s.41-42
9
nın mənası xudanın – Allahın dostu deməkdir.
D.Əliyeva bu barədə yazır: “Antroponim və qəhrəman bir-birinə zid-
dir, onlar arasında çox böyük təzad var və əsərin sonuna qədər bu ziddiy-
yət bir-biri ilə qarşılaşır, mübarizə aparır – bu da bədii əsərlərdə çox is-
tifadə olunan üslubi priyomdur (yəni obraz əsərdəki mövqeyinə görə mənfi
obraz olsa da, yazıçı ona gözəl leksik mənaya, semantikaya malik olan
bir ad seçir və yaxud da əksinə, obraz çirkin, şərəfsiz və ləyaqətsiz bir
insan xarakteri olsa da, yazıçı ona çox gözəl bir ad seçir (s.69-70) (Bədii
mətndə onomastik vahid konsepti – Elmi əsərlər. B Sl..Un.№1,Bakı, 2011).
Yazıçının öz əsərlərində istifadə etdiyi şəxs adları həm gerçək, həm
də onun satirik üslubunun tələbi ilə ironik məqamlarda çıxış etməklə Mirzə
Cəlil poetikasının orijinallığını gücləndirən cəhətlərdən biri kimi qiymət-
ləndirilə bilər.
I fəslin üçüncü yarımfəslində “Köməkçi adların üslubi xüsusiyyət-
ləri”ndən danışılır. Azərbaycan ədəbiyyatında üslubi funksiyalarının zən-
ginliyi ilə seçilən köməkçi adlardan biri də ləqəblərdir. Ləqəblər əksər hal-
larda bədii təyin rolunu oynayaraq, qoşulduğu adın sahibinin müəyyən əla-
mətlərini özündə ehtiva edərək ona qısaca xarakteristika vermiş olur. Xüsu-
sən satirik və yumoristik əsərlərdə ləqəblərin verdiyi yardımçı informasiya-
dan geniş istifadə olunur.
Dilçi alimlərimizdən M.Adilov, A.Paşayev, M.Çobanov və başqaları
ləqəblərin yaranma yolları, leksik-semantik və etimoloji xüsusiyyətləri haq-
qında tədqiqatlar aparmışlar.
L.N.Qumilyov yazır ki, qədim türklər avropalılar kimi doğulduqları
gündən ölənə kimi eyni ad daşımırdılar. Türklərin adı həmişə onların cə-
miyyətdəki mövqeyini əks etdirmişdir. Uşaqkən o, ləqəb, gənclikdə çin,
qocalarkən isə titul daşıyırdı
1
.
Xalq danışıq dilində ləqəb sözü ilə eyni mənada “ayama" da işlənir
ki, görkəmli ədibimiz C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”
povestində bu sözlərin hər ikisinin leksik mənasından bəhs etmişdir:
“Axund bizi başa saldı ki, lağlağı Sadığın ayaması deyil, ləqəbidi. Ayama
avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırdı
ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək”
2
.
I fəslin üçüncü yarımfəslinin ikinci hissəsi
Peşə, sənət və qulluqla
Dostları ilə paylaş: