Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

Dissertasiyanın quruluşu. Dissertasiya giriş, iki fəsil, nəticə və isti-

fadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.  



 

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

 

Dissertasiyanin “Giriş” hissəsində mövzunun aktuallığı əsaslandırılır, 



tədqiqatın  obyekti,  predmeti,  məqsəd  və  vəzifələri,  elmi  yeniliyi,  elmi-nə-

zəri və praktik əhəmiyyəti və s. nəzərə çatdırılır.  

Dissertasiyanın I fəsli “Cəlil Məmmədquluzadənin bədii əsərlərin-

də şəxs adlarının üslubi xüsiyyətləri” adlanır. I fəsil 6 yarımfəsildən iba-

rətdir. 


I  fəslin  birinci  yarımfəslində  “Nəsr  əsərlərində  işlənən    şəxs 

adlarının  üslubi  məsələləri”ndən bəhs  edilir. Hər bir xalqın  milli-mədəni 

inkişafında, ədəbi dilinin zənginləşməsində mühüm rol oynayan amillərdən 

biri  də  onomastik  vahidlərdir.  Özlüyündə  dilçilik  elminin  müəyyən  bir  sa-

həsinin  materialını  təşkil  edən  onomastik  vahidlərin  həm  də  zəngin  üslubi 

imkanları  vardır.    Bu  baxımdan  onomastikanın  mühüm  bir  qolunu  təşkil 

edən  antroponimika  da  istisna  deyil.  Xüsusən  satirik  üslubun  formalaş-

masında  antroponimlərin  üslubi  imkanlarından  geniş  istifadə  olunduğunu 

görmək  mümkündür.  T.Hacıyev  bu  barədə  yazır:  “Onomastika  xalqın 

tarıxini əks  etdirən faktlardandır. İnsan adlarının yaratdığı təbəqələr xalqın 

tarixi inkişafı mərhələlərinə uyğundur”

1



Təsvir, yaxud təqdim etdiyi surətin adı yazıçı üçün çox böyük üslubi 



məna  kəsb  edir.  Ədibin  nəsr  əsərlərindəki  antoponimlər  aparıcı  üslubi 

mövqedə  dayanır.  Nəsr  əsərlərinin  üslubi  imkanlarına  dair  aparılmış  araş-

dırmalar  göstərir ki, onomastik vahidlər milli koloritin gücləndirilməsi, ob-

razların daha canlı alınması  məqamlarında ən  dəyərli  dil  vahidi rolunu oy-

nayır. 

I  fəslin  ikinci  yarımfəslində  “Şəxs  adlarının  gerçək  və  ironik  mə-




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin