əsərlərində antroponimlərin üslubi xüsusiyyətləri”nə həsr olunur.
C.Məmmədquluzadənin bir sənətkar kimi bədii üslubunda maraq doğuran
cəhətlərdən biri də budur ki, antroponimlərin linqvistik-üslubi mövqeyinə
görə onun bədii nəsri ilə dramları arasında müəyyən fərqlər də özünü
göstərir. Bu da təbii ki, yazıçının hadisələrə və obrazlara öz birbaşa mü-
nasibətini bildirə bilmədiyi üçün bu funksiyanı müəyyən mənada şəxs adla-
rının ifadə etdiyi rəngarəng üslubi çalarların üzərinə qoyması ilə bağlıdır.
“Dram əsərlərində işlənən ad və familiyaları ən çox semantik aspekt-
də araşdırmq əlverişlidir. Çünki dramaturq, adətən, səhnə əsəri üçün məz-
muna uygun ad seçir. Ona görə də həmin adların mənasını araşdırmaqla
əsərin ideyasını, yazıçının obraz münasibətinin müəyyənləşdirmək olur”
2
.
C.Məmmədquluzadə ilk dram əsəri olan alleqorik məzmunlu “Çay
dəsgahı”ndakı adlar, əsas etibarilə, antropomorf cizgilər kəsb etmiş çay
dəsgahı predmetləridir. Bunlar: Samavar, Padnos, Çaynik, İstəkan, Nəlbəki,
Qaşıq, Maşa və Trubadır. Əsərin iştirakçıları arasında yeganə canlı insan
Nökər Əlidir. Ancaq remarka və dialoqlarda ev sahibi Hacı Rəhim bəyin və
onun xanımının da adları çəkilir.
İştirakçılar konkret emosiyalara malik olan canlı insanlar kimi təqdim
edilir. Məsələn, Samavar qəzəblənir, Çaynik ağlayır və s.
Dramda rus mənşəli şəxs adlarından Çaynikin dilindən eşitdiyimiz
Dostları ilə paylaş: |