C.Məmmədquluzadə. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”, 2004, 664 səh. (s.227)
19
Doqquz “nəfər”dən ibarət olan “əhli-məclis”i təsvir etdikdən sonra C.Məm-
mədquluzadə hadisələrin baş verdiyi məkanı göstərərək yazır: “Əhvalat
vaqe olur Zəngəzur mahalında bərgüşadlı Hacı Rəhim bəyin evində”
1
.
Samavarın monoloqunda onun icad edildiyi Tula şəhərinin adı çəki-
lir ki, bu da əsərin üslubi toponimkasının özəlliklərindən biri, üslubi topo-
nimdən uğurlu istifadə örnəyi kimi nəzərdən keçirilə bilər. Belə ki, “samo-
var”, yəni rus dilindən tərcümədə “özü qaynadan” demək olan məişət ava-
danlığı ilk dəfə Rusiyanın Tula şəhərində düzəldilmiş və buradan bütün
dünyaya yayılmışdır. Bu cəhəti nəzərdə tutan Mirzə Cəlil, əsərinin qəhrə-
manı olan Samavarın dilindən deyir:
Yoxdu dərdim bu dünyada, nə qəmim,
Dostları ilə paylaş: