də uydurma toponimlər müxtəlif üslubi funksiyaları yerinə yetirməsi ilə
kı, 2002, s. 11.
səh. (s. 41).
16
nimini göstərmək olar. Xalq arasında hər hansı bir adamın intellektual
cəhətdən kütlüyünü bildirmək üçün ona “danabaş” epiteti verilir. Mirzə
Cəlil bu sözü uydurma toponim kimi bütöv bir kəndə verməklə, həmin coğ-
rafi məkanda yaşayan adamların əksəriyyətinin məhz yuxarıda sadalanan
mənfi xüsusiyyətlərə malik olduqlarını vurğulamaq istəmişdir.
Akad. T.Hacıyev yazir: “Nə, yazıçının dediyi kimi, İrəvan quberniya-
sında “Sürməli”, nə də Naxcıvan vilayətində “İtqapan”, “Qurbağalı” və
“Danabaş” kəndləri vardır. Lakin həm İrəvan quberniyasının, həm də
Naxcıvan vilayətinin bütün kəndləri məktəb, müəllim, maarif cəhətdən
həmin vəziyyətdədir. Deməli, yazıcı konkret kənd adını çəkməməklə
demək istəyir ki, bütün kəndlər “Sürməli”, “İtqapan”, ”Qurbağalı” və “Da-
nabaş” timsalında təmsil olunmalıdlr”
1
.
“Fatma xala” hekayəsində uydurma toponimlərin bütöv bir silsiləsi
ilə rastlaşırıq. Bunlar – Qatırülküdən şəhəri, Təzəkli və Dovşantutan kənd-
ləri, Qurbağalı çayıdır. “Qatırülküdən şəhəri ilə Heydərli pirinin arası iki
saatlıq yoldur. Şəhərdən çıxanda Qurbağalı çayına kimi Təzəkli kəndinin
yoludur. Sonra çayı keçib Dovşantutan kəndinə tərəf bir saat qədərincə yol
gedib Heydərli pirinə çatır”
2
.
Mirzə Cəlilin ara-sıra istifadə etdiyi qeyri-müəyyən, daha doğrusu,
təxmini koordinatları verilərək adı çəkilməyən yer adlarını da, zənnimizcə,
müəyyən şərtiliklə uydurma toponimlər cərgəsinə aid etmək olar. Bu cür
toponimlərdən birinə “İki ər” hekayəsində təsadüf edirik. Bu cür toponim-
lərin köməyi ilə yazıçı orada baş verən hadisənin regional ümumiləşdiril-
məsi məqsədini qarşıya qoymuşdur: “O şəhər ki bu əhvalat orada vaqe
olub, Araz çayına yavıq Azərbaycan şəhərlərindən biridir. Və necə ki, din-
dar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə
qədərincə geri qalan deyillər”
3
.
“Toponimik vahidlərin qeyri-müəyyənliyi bədii əsərlərdə müxtəlif
formalarda təzahür edir. Məsələn, “Arazın o tayı” deyəndə ya İran, ya da
Şimali Azərbaycan nəzərdə tutulur
4
.
“Pirverdinin xoruzu” hekayəsində Qasım əminin övrəti Həlimə xala
çörək bişirən vaxt iki-üç nəfər qonşusundan özünə mədədçi cağırardı və
1
Hacıyev T.Satira dili. “Mol. Nəs”in dili. Bakı: “ADU-nun nəşri”, 1975, 177 s. (s.123).
2
C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”, 2004, 664
səh. (s. 41).
3
Hacıyev T.Satira dili. “Mol. Nəs”in dili. Bakı: “ADU-nun nəşri”, 1975, (s.309), 177 s.
4
Vəliyeva İ. İ. Bədii ədəbiyyatda üslubi toponimika: Fil .elm. nam.... diss. Avtorefarat.
Bakı, 2002, 28 s. s.15-16
17
bəzən
Təzəkənddən bacısı Zibeydəyə də xəbər göndərərdi ki, gəlib ona
kömək eləsin. Tədqiqatlarda Təzəkənd uydurma toponim kimi izah olunur.
Əslində, İrəvan quberniyasında Təzəkənd adlı dörd oykonim olmuşdur
1
.
“Atlar dayandı” hekayəsində adı çəkilən
Xansaray şəhəri əslində uy-
durma toponimdir. Ancaq onun yerləşdiyi coğrafi relyef və məkan o qədər
dəqiqliklə təsvir edilmişdir ki, buranın Şuşa şəhəri olduğuna oxucuda heç
bir şübhə qalmır.
II fəslin üçüncü yarımfəslində “Avropa və rus mənşəli toponimlər”
dən bəhs olunur. C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatında zəngin
biliyi və savadı ilə seçilən nasirlərdən biri kimi tanınmışdır. Təbii ki, ədib
geniş məlumat dairəsini bədii əsərlərində də büruzə vermiş, bu baxımdan
təkcə Azərbaycan mühiti ilə bağlı toponimlərdən deyil, həm də rus və Av-
ropa mənşəli toponimlərdən müxtəlif üslubi məqamlarda uğurla istifadə et-
mişdir. Mirzə Cəlilin bədii nəsrində Rusiya ilə bağlı adı çəkilən ilk coğrafi
adlardan biri – Sibir toponimidir. Böyük ədib bu toponimdən “Poçt qutusu”
hekayəsində Novruzəlinin dili ilə istifadə etmişdir. Hekayədə Sibir oykoni-
mi simvolik məna daşıyır və çar Rusiyasında cəzalandırılan insanların sür-
gün olunduğu bir məkanı bildirir. Sibirə sürgündən qurtarmasını məhz Xa-
nın xidməti kimi qiymətləndirən Novruzəli üzünü ona tutaraq deyir: “Sənin
qədəmlərinə belə mən qurban olum, sən olmasaydın, məni indi çoxdan gön-
dərmişdilər Sibirə”
2
.
“Usta Zeynal” hekayəsində Rusiya imperiyasının paytaxtı Moskva
şəhərinin, böyük əyalət mərkəzlərindən biri olan
Tiflisin adı çəkilir. “Muğ-
dusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı.
Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini it-
mama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç
il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi”
3
.
Bu toponimlərin işlədilməsində informativlikdən başqa bir üslubi
məqsəd də vardır ki, Kərbəla və Zəngan kimi Şərq geriliyini ifadə edən to-
ponimlərlə Avropa və Rusiya maarifini müqayisə etmək və oxucunu bu ba-
rədə düşündürməkdir. Belə ki, erməni Moskvada universitetdə dünyəvi təh-
silini başa vurduğu halda, zənganlı Usta Zeynal çəhardəh məsum ziyarətini
başa vurmaq haqqında düşünür,
1
Budaqov B., Q.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti.
Bakı: “Oğuz eli” nəş., 1998, 456 s.
2
C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”, 2004, 664
səh. (s.128-129)
3
Yenə orada, s. 139.
18
Ümumiyyətlə, C.Məmmədquluzadənin bədii əsərlərində və felyeton-
larında rus və Avropa mənşəli toponimlər üslubi cəhətdən müxtəlif variant-
larda verilmişdir. Məsələn, Rusiya/ Ruset/ Rusiyyə; Moskva /Moskov/Məs-
kov ; Peterburq/Petroqrad/Fitilbörk; Firəngistan/Frəngistan/Fransa və s.
II fəslin dördüncücü yarımfəslində “Metaforik toponimlər və
Dostları ilə paylaş: