Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

xüsusiyyətləri”inə  həsr  olunmuşdur. C.Məmmədquluzadənin bədii  nəsrin-

də  uydurma  toponimlər  müxtəlif    üslubi    funksiyaları  yerinə  yetirməsi  ilə 

diqqəti cəlb edir. Bu baxımdan klassik örnək kimi Danabaş  uydurma topo-

                                                             

1

 

Qurbanov A.M. Poetik onomastika. Bakı, APİ-nin nəşri, 1988, s. 28.



 

2

 



Vəliyeva İ. Bədii ədəbiyyatda üslubi toponimika . fil. e.n.  alim. dər. al.üçün avtoref - Ba-

kı, 2002, s. 11.

 

3

 



C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”,  2004, 664 

səh. (s. 41).

 



 

 

 



 

 

 



 

16 


nimini  göstərmək  olar.  Xalq  arasında  hər  hansı  bir  adamın  intellektual 

cəhətdən  kütlüyünü  bildirmək  üçün  ona  “danabaş”  epiteti  verilir.  Mirzə 

Cəlil bu sözü uydurma toponim kimi bütöv bir kəndə verməklə, həmin coğ-

rafi  məkanda  yaşayan  adamların  əksəriyyətinin  məhz  yuxarıda  sadalanan 

mənfi xüsusiyyətlərə malik olduqlarını vurğulamaq istəmişdir.  

Akad. T.Hacıyev yazir: “Nə, yazıçının dediyi kimi, İrəvan quberniya-

sında    “Sürməli”,    nə  də  Naxcıvan  vilayətində  “İtqapan”,  “Qurbağalı”    və  

“Danabaş”  kəndləri  vardır.  Lakin  həm  İrəvan  quberniyasının,  həm  də 

Naxcıvan  vilayətinin  bütün  kəndləri  məktəb,  müəllim,  maarif  cəhətdən 

həmin  vəziyyətdədir.  Deməli,  yazıcı  konkret  kənd  adını  çəkməməklə 

demək istəyir ki, bütün kəndlər “Sürməli”, “İtqapan”, ”Qurbağalı” və “Da-

nabaş” timsalında təmsil olunmalıdlr”

1

.  


 “Fatma  xala”  hekayəsində  uydurma  toponimlərin  bütöv  bir  silsiləsi 

ilə rastlaşırıq. Bunlar – Qatırülküdən şəhəri, Təzəkli və Dovşantutan kənd-

ləri,  Qurbağalı  çayıdır.  “Qatırülküdən  şəhəri  ilə  Heydərli  pirinin  arası  iki 

saatlıq  yoldur.  Şəhərdən  çıxanda  Qurbağalı  çayına  kimi  Təzəkli  kəndinin 

yoludur. Sonra çayı keçib Dovşantutan kəndinə tərəf bir saat qədərincə yol 

gedib Heydərli pirinə çatır”

2

.  


Mirzə  Cəlilin  ara-sıra  istifadə  etdiyi  qeyri-müəyyən,  daha  doğrusu, 

təxmini koordinatları verilərək adı çəkilməyən yer adlarını da, zənnimizcə, 

müəyyən  şərtiliklə  uydurma  toponimlər  cərgəsinə  aid  etmək  olar.  Bu  cür 

toponimlərdən birinə “İki  ər” hekayəsində təsadüf  edirik. Bu cür toponim-

lərin  köməyi  ilə  yazıçı  orada  baş  verən  hadisənin  regional  ümumiləşdiril-

məsi  məqsədini  qarşıya  qoymuşdur:  “O  şəhər  ki  bu  əhvalat  orada  vaqe 

olub, Araz çayına yavıq Azərbaycan şəhərlərindən biridir. Və necə ki, din-

dar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə 

qədərincə geri qalan deyillər”

3



 “Toponimik  vahidlərin  qeyri-müəyyənliyi  bədii  əsərlərdə  müxtəlif 

formalarda  təzahür  edir.  Məsələn,  “Arazın  o  tayı”  deyəndə  ya  İran,  ya  da 

Şimali Azərbaycan nəzərdə tutulur

4



 “Pirverdinin xoruzu” hekayəsində Qasım əminin  övrəti Həlimə xala 

çörək  bişirən  vaxt  iki-üç  nəfər  qonşusundan  özünə  mədədçi  cağırardı  və 

                                                             

1

 



Hacıyev T.Satira dili. “Mol. Nəs”in dili. Bakı: “ADU-nun nəşri”, 1975, 177 s. (s.123).

 

2



 

C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”,  2004, 664 

səh. (s. 41). 

 

3



 

Hacıyev T.Satira dili. “Mol. Nəs”in dili. Bakı: “ADU-nun nəşri”, 1975, (s.309), 177 s.

 

4

 



Vəliyeva İ. İ. Bədii ədəbiyyatda üslubi toponimika: Fil .elm. nam.... diss. Avtorefarat. 

Bakı, 2002, 28 s.  s.15-16

 



 

 

 



 

 

 



 

17 


bəzən  Təzəkənddən  bacısı  Zibeydəyə  də  xəbər  göndərərdi    ki,  gəlib  ona 

kömək eləsin. Tədqiqatlarda Təzəkənd uydurma toponim kimi izah olunur. 

Əslində, İrəvan quberniyasında Təzəkənd adlı dörd oykonim olmuşdur

1

.  



“Atlar dayandı” hekayəsində adı çəkilən Xansaray şəhəri əslində uy-

durma toponimdir. Ancaq onun yerləşdiyi coğrafi relyef və məkan o qədər 

dəqiqliklə  təsvir  edilmişdir  ki,  buranın  Şuşa  şəhəri  olduğuna  oxucuda  heç 

bir şübhə qalmır. 

II fəslin üçüncü yarımfəslində “Avropa və rus mənşəli toponimlər” 

dən  bəhs  olunur.  C.Məmmədquluzadə  Azərbaycan  ədəbiyyatında  zəngin 

biliyi  və savadı  ilə seçilən  nasirlərdən biri  kimi tanınmışdır. Təbii  ki, ədib 

geniş  məlumat  dairəsini  bədii  əsərlərində  də  büruzə  vermiş,  bu  baxımdan 

təkcə Azərbaycan mühiti ilə bağlı toponimlərdən deyil, həm də rus və Av-

ropa mənşəli toponimlərdən müxtəlif üslubi məqamlarda uğurla istifadə et-

mişdir. Mirzə Cəlilin bədii nəsrində Rusiya ilə bağlı adı çəkilən ilk coğrafi 

adlardan biri – Sibir toponimidir. Böyük ədib bu toponimdən “Poçt qutusu” 

hekayəsində Novruzəlinin dili ilə istifadə etmişdir. Hekayədə Sibir oykoni-

mi  simvolik məna daşıyır və çar Rusiyasında cəzalandırılan insanların sür-

gün olunduğu bir məkanı bildirir. Sibirə sürgündən qurtarmasını məhz Xa-

nın xidməti kimi qiymətləndirən Novruzəli üzünü ona tutaraq deyir: “Sənin 

qədəmlərinə belə mən qurban olum, sən olmasaydın, məni indi çoxdan gön-

dərmişdilər Sibirə

2



 “Usta  Zeynal”  hekayəsində  Rusiya  imperiyasının  paytaxtı  Moskva 



şəhərinin,  böyük əyalət mərkəzlərindən biri olan Tiflisin adı çəkilir. “Muğ-

dusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. 

Bu  cavan  Moskvanın  darülfünununda  dörd  il  yarım  təhsil  edib,  dərsini  it-

mama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç 

il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi”

3



Bu  toponimlərin  işlədilməsində  informativlikdən  başqa  bir  üslubi 

məqsəd də vardır ki, Kərbəla və Zəngan kimi Şərq geriliyini ifadə edən to-

ponimlərlə Avropa və Rusiya maarifini müqayisə etmək və oxucunu bu ba-

rədə düşündürməkdir. Belə ki, erməni Moskvada universitetdə dünyəvi təh-

silini başa vurduğu halda, zənganlı Usta Zeynal çəhardəh məsum ziyarətini 

başa vurmaq haqqında düşünür, 

                                                             

1

 



Budaqov B., Q.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. 

Bakı: “Oğuz eli” nəş., 1998, 456 s.

 

2

 



C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”,  2004, 664 

səh. (s.128-129)

 

3

 



Yenə orada, s. 139. 

 



 

 

 



 

 

 



 

18 


Ümumiyyətlə, C.Məmmədquluzadənin bədii  əsərlərində və  felyeton-

larında rus və Avropa mənşəli toponimlər üslubi cəhətdən müxtəlif variant-

larda verilmişdir. Məsələn, Rusiya/ Ruset/ Rusiyyə; Moskva /Moskov/Məs-

kov ; Peterburq/Petroqrad/Fitilbörk; Firəngistan/Frəngistan/Fransa və s. 

II  fəslin  dördüncücü  yarımfəslində  “Metaforik  toponimlər  və 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin