Lalbyuz? (qah-qah çəkib gülür, dəlilər də gülürlər)
1
.
Pyesdə fərraş kimi təqdim edilən Şimrəli antroponimi də uydurmadır;
belə ki, şiələrin ilk imamı Həzrət Əlinin oğlu imam Hüseynin qatili Şimr
ilə Əli adı heç vaxt birləşə bilməz. Mirzə Cəlil bu adları birləşdirərək uy-
durma antroponimin köməyi ilə qrotesk
yaratmağa nail olmuşdur. Əsərdəki
Bağdad_,_Kərbəlayı_Türbət_,_Məkkə_Məhəmməd_,_Çavuş_Ələlfəlah'>Hacı Bağdad, Kərbəlayı Türbət, Məkkə Məhəmməd, Çavuş Ələlfəlah
kimi antroponimlər də uydurma olub, konkret üslubi funksiya daşıyır. İlk
üç örnəkdə toponimlərin antroponim kimi işlədilməsi maraq doğurur. Belə
ki, Bağdad və Məkkə islam dünyasının müqəddəs sayılan məşhur şəhərlə-
rindəndir. Türbət sözü də torpaq mənasında olub, müqəddəs şəxslərin qə-
birlərinin olduğu yerlərə deyilir. Məsələn, islam peyğəmbəri Həzrət Mə-
həmmədin qəbrinin yerləşdiyi Mədinə şəhərinə həm də “Türbəti-teyyibə”
(pak türbə) deyirlər. İmam Hüseynin məzarının yerləşdiyi Kərbəla şəhəri də
bəzən belə adlanır.
Dissertasiyanın II fəsli “Cəlil Məmmədquluzadənin bədii əsərlə-
Dostları ilə paylaş: |