pov çayı və Smirnov aragı antroponimdən düzəlmiş ktematonimdir).
“Ölülər”də hadisələrin bilavasitə iştirakçısı olan, səhnədə hərəkət
edən, digərləri ilə dialoqa girən, yaxud monoloq söyləyən obrazları ifadə
edən antroponimlərlə yanaşı, səhnədə gözə dəyməyən, yalnız haqqında da-
nışıq gedən obrazların ifadəçisi kimi passiv antroponimlərə də geniş yer ve-
rilmişdir. Bunların arasında mərkəzi yeri, şübhəsiz ki, Xorasanda ölmüş və
dirilmə xəbəri gəlmiş Kərbəlayı Fətullah tutur ki, əslində, əsərin fabulası
da elə onun yalandan dirilmə hadisəsi üzərində qurulub.
C.Məmmədquluzadənin bədii nəsrində işlənmiş antroponimlərin üs-
lubi-poetik xüsusiyyətlərindən danışarkən göstərmişdik ki, burada uydurma
adlara geniş yer verilmişdir. Dram əsərlərində bu meyl zəif olsa da “Dəli
yığıncağı” pyesi bu baxımdan istisna təşkil edir. Elə əsərin girişindəki
“Məclis adamları” remarkasından bunu aydınca görmək mümkündür. Hə-
min antroponimləri sadalayıb yalnız qısaca təhlilini verməklə kifayətlənə-
cəyik. Hacı Xudaverdi Şürəka və Hacı Cəfər Kompani adlarını nəzərdən
keçirək. Hər iki antroponim “hacı” tituluna malikdir. Bundan başqa, müəllif
hər iki adın qarşısında “dövlətli tacir, 50 yaşında” izahını vermişdir. Bu-
nunla da onların bənzərlikləri bitmir; belə ki, “şürəka” (şəriklər) sözü – Av-
ropa dillərində işlənən “kompani” (kompanyon, şərik) sözünün kalkasından
başqa bir şey deyildir.
“Dəli yığıncağı” dramında dəliləri sağaltmaq üçün gələn əcnəbi hə-
kimin adı xüsusi maraq kəsb edir.
Molla Abbas (həkimə, gülə-gülə). Hə. Belə məəttəl qalarsan ha... Elə
bilirsən dəlilərə həkimlik eləmək hasand işdi? Hə, bizi ələ salıbsan, ya özü-
nü ələ salıbsan? Sən ki bu camaatın dilini bilmirsən, indi tap görüm dəli
kimdi, ağıllı kimdi? Hə, niyə məəttəl qalmısan? Niyə lal olmusan, cənab
1
C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”, 2004, 664
səh. (s. 361).
2
Yenə orada s. 443.
|