Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

(oğlan), gədə, bəradərim  kimi sözlərlə özündən müştəbeh şəkildə müraciət 

edən  mollanın  savadsızlığı  üzə  çıxanda  o,  pərtliyindən  bütün  bu  ərəb-fars 

sözlərini unudur və qardaşoğlu sözünün köməyinə müraciət edir: – Qarda-

şoğlu,  sən  elə  doğrudan  lağlağı  imişsən.  Kətdilər  yerində  sənə  lağlağı  de-

yiblər. Bu sözləri deyib, axund əbasını  düzəldib  dükandan çıxdı  getdi. Biz 

hamımız o günü axşama kimi gülməkdən sakit olmadıq”

2



I fəslin beşinci yarımfəslində “Cəlil Məmmədquluzadənin bədii ya-

radıcılığında  passiv  antroponimlər”dən  bəhs  olunur.  Bədii  əsərdə 

müxtəlif  iştirakçı  obrazların  adlarını  bildirən  aktiv  antroponimlərlə  yanaşı, 

hadisələrin gedişinə müdaxilə etməyən, süjet xəttinin inkişafında iştirak et-

məyən,  çox  hallarda  yalnız  retrospektiv  şəkildə  adı  çəkilən  və  haqqında 

məlumat  verilən,  əsas  obrazlarla  müəyyən  bağlılığı  olan  antroponimlərdən 

də  geniş  istifadə  olunur  ki,  son  za- manlar 

onomastikada 

bunları 


                                                             

1

 N.Hacıyeva. Azərbaycan dilində vokativlər. Bakı: “MBM”  2007, 144 s. (s.17). 



 

2

 



Yenə orada, s. 43.

 



 

 

 



 

 

 



 

12 


“passiv antroponimlər” termini  ilə  ifadə  edirlər. “Passiv antroponimlər bə-

dii  ədəbiyyatda  müxtəlif  vəzifələr  daşıyır:  ya  obrazın,  tipin  nəsli  haqqında 

məlumat verir, ya da hər hansı bir tarixi şəxsiyyət yada salınır, əsərin obrazı 

ilə  müqayisə  edilir. Beləliklə, passiv antroponimlər də əsərin süjetinin  ma-

raqlı  qurulmasında, konfliktlərin tam açılmasında, tarixi  hadisələrin aydın-

laşmasında və s.-də mühüm rol oynayır”

1

.  


“Qurbanəli  bəy”  hekayəsinin  epiqrafında  isə  Mirzə  Cəlil  böyük  rus 

yazıçısı N.V.Qoqolun yalnız adını çəkib ona rəhmət oxumaqla kifayətlənir 

və  bununla  da  əsərin  yazılması  zamanı  hansı  qaynaqdan  ilhamlandığını 

göstərmiş olur.  

I  fəslin  altıncı  yarımfəsli  “Cəlil  Məmmədquluzadənin  dram 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin