rində yer adlarinin üslubi xüsusiyyətləri” adlanır. Bu fəsil 5 yarımfəsil-
dən ibarətdir.
“Toponimik vahidlər üslubi araşdırma üçün də çox zəngin material
verə bilir. Adi, neytral toponimlər bədii mühitə düşəndə üslubiləşir, üslubi
çalar qazanır, üslubi rəngə boyanır. Bədii mühitdən kənarda üslubi topo-
nimlər yoxdur və olmağı da mümkün deyil... Sanki toponimik vahidlər üs-
lubi baxımdan “yüklənir”, əlavə estetik funksiyanı öz üzərinə götürmüş
olur”
2
.
Toponimlərin bədii əsərdə üslubi keyfiyyət və çalar qazanması hər
bir sənətkarın fərdi üslubundan asılı olaraq fərqli özəlliklər və məna ça-
larları kəsb edir. Bu baxımdan C.Məmmədquluzadənin yaradıcılığındakı
toponimlərin üslubi funksiyaları əksər hallarda orijinal yazıçı yanaşması
ilə müəyyənləşərək, böyük sənətkarın yaradıcılıq üslubunu üzə çıxarır. Mir-
zə Cəlil kimi, satira və yumorun yaradıcılıq üslubunda aparıcı yer tutan sə-
nətkarların bədii əsərlərində də toponimlərin üslubi xüsusiyyətləri də, başlı-
ca olaraq, iki yöndə özünü göstərir: həqiqi, real, mövcud olan obyektləri
ifadə edən toponimlər və uydurma, yazıçı təxəyyülünün məhsulu olan topo-
nimlər.
II fəslin birinci yarımfəslində “Həqiqi toponimlər”dən bəhs olunur.
1
C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”, 2004, 664
səh. 517.
2
İ.Vəliyeva. Bədii ədəbiyyatda üslubi toponimika. Fil. f.d. avt-tı. B, 2002, s.28.
15
A.Qurbanov yazır: ”Real həyat hadisələri konkret bir ərazidə təsvir edilər-
kən, həmin yerin adı olduğu kimi saxlanılır”
1
.
Bədii əsərlərdə toponimik vahidlərin üslubi funksiya daşıması, hər
şeydən öncə, yazıçının xalq dilindən necə istifadə etməsindən, üslubun xəl-
qi keyfiyyətindən və dünyagörüşün genişliyindən, zənginliyindən də asılı-
dır
2
.
C.Məmmədquluzadənin bədii əsərlərində istifadə etdiyi həqiqi, yaxud
gerçək toponimlər, əsas etibarilə, müəllifin yaşayıb-yaratdığı coğrafi regi-
onla bağlı olsa da, Azərbaycandan yaxın və uzaq xaricə aid coğrafi obyekt-
ləri ifadə edən toponimlər də az deyildir. Ədib əsərlərində bəzən bu topo-
nimləri real toponimlərlə qarşılaşdırır, adlarını yanaşı çəkir və ya bir cərgə-
də ümumiləşdir. Onların üslubi imkanları da məhz belə məqamlarda mey-
dana çıxır. Məsələn, “Xorasan – İsfahan–Təbriz – Naxçıvan – Batum–
Dostları ilə paylaş: |