Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə48/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   44   45   46   47   48   49   50   51   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
51 
«fabula  –  müstəqil  halda  konkret  məlumat  və  hadisələrin 
müəyyən birliyi haqda xəbər verməkdir» 
26

Postmodern romanın fabulası hadisələrin dəyişkənliyi, 
qeyri-xəttiliyi,  fraqmentarlığı  və  yüksəlmiş  mifologizasi-
yası ilə səciyyələnir. Postmodern romanın fabulasında tari-
xi keçmişin və sosial-siyasi reallıqların əks olunmasına xü-
susi diqqət yetirilməlidir. Postmodern romanda baş qəhrə-
manın  bədii  dünyasının  əksi  də  öz  xüsusiyyətləri  ilə 
seçilir. 
Fabulanın  dəyişkənliyi  M. Paviçin  «Xəzər  lüğəti» 
(1983) romanına xasdır. Bu lüğət-roman döyüş ruhlu köçə-
ri  tayfanın  tarixinə  həsr  olunmuşdur.  Lüğət-roman  üç  ki-
tabdan  ibarətdir:  Qırmızı  kitab  (xristian  mənbələri  xəzər 
məsələsi  haqqında),  Yaşıl  kitab  (İslam  mənbələri  xəzər 
məsələləri  haqqında),  Sarı  kitab  (yəhudi  mənbələri  xəzər 
məsələsi haqqında) – hər biri öz növbəsində, istənilən hər 
hansı bir sorğu kitabı kimi lüğət məqalələrindən tərtib edi-
lib. Eyni hadisələr müxtəlif variantlarda təhkiyə olunmuş-
dur. 
Bir  sıra  hallarda  dəyişkənli  təhkiyə  parallel  düzülüş 
prinsipi əsasında qurulur. 
Paralel düzülüşdə eyni zamanda bir neçə təhkiyə olur. 
B.V. Tomaşevskinin  fikrincə,  paralel  düzülüş  təhkiyənin 
çoxplanlılığını  nəzərdə  tutur 
27
.  Paralel  düzülüş  prinsipi 
gənc Azərbaycan  yazıçısı Nərmin Kamalın «Aç, mənəm» 
(2010)  əsərində  istifadə  edilir.  Kompozisiya  cəhətdən  ro-
                                                 
26
 Кожинов В.В.  Становление  классическое  стиля  в  русском  ли-
тературе.  Бах:  Типология  стилевого  развития  нового  времени. 
«Наука» М., 1976. С. 425; 
27
 Томашевский Б.В.  Теория  литературы.  Поэтика.  М.:  Аспект 
Пресс, 1999. С. 163. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin