Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   74   75   76   77   78   79   80   81   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
85 
dərəcəli (yardımçı) obrazlara irihəcmli əsərlərdə daha tez-
tez rast gəlinir. Bədii əsərin həcmindən asılı olmayaraq 
ikinci dərəcəli (yardımçı) obrazların sayı müxtəlif ola 
bilər. 
Qeyd etdiyimiz kimi bir sıra postmodern romanlarda 
tarixi şəxsiyyətlər prototiplər obrazların yaradılması üçün 
istifadə olunur. Azərbaycan postmodern romanında tarixi 
şəxsiyyətlər əsasən ikinci dərəcəli (yardımçı) qəhrəmanla-
rın yaradılması üçün istifadə olunur. Kamal Abdullanın 
«Yarımçıq əlyazma» romanında Şah İsmayıl obrazı ikinci 
dərəcəli obraz kimi diqqəti cəlb edir. Kamal Abdulla əsər-
də iki Şah İsmayıl (biri həqiqi Şah İsmayıl, o birisi isə Şah 
İsmayıl - Xızır) obrazını işləmişdir. Həqiqi Şah İsmayılı 
Şahi-Mərdan göylərə səsləyir. Bu səbəbdən də həqiqi Şah 
İsmayıl səltənətini Şah İsmayıl - Xızıra təhvil verib qeyb 
olur. Təbii ki, bu tarixi fakt deyil. Burada postmodern sə-
ciyyəli interpretasiya nəticəsi kimi Şah İsmayıl obrazı de-
konstruksiyaya uğrayır. Xətai qəhrəmanlıq zirvəsindən en-
dirilmişdir. Şah İsmayıl obrazının açıqlanmasında imitasi-
ya ustalıqla özünü göstərmişdir. 
Bəzi hallarda ikinci dərəcəli (yardımçı) obrazların ya-
radılmasında tarixi şəxsiyyət prototip kimi istifadə olun-
masa belə, onunla intertekstual əlaqələr qabardılır. Pərviz 
Cəbrayılın «Yad dildə» romanında ikinci dərəcəli (yardım-
çı) obraz kimi rəssam Hüseyn Əlioğlu obrazıdır. Rəssamın 
yarımçıq qalan Günəş dənizi tablosu romanda diqqəti cəlb 
edən amillərdəndir. Əqidəsinə sadiq qalan rəssam Polkov-
nikin portretini çəkmək sifarişindən imtina edir. Romanda 
rəssamın ölümündən sonra morqa gətirilməsi və burada 
ölülərin sayının yetmiş ikiyə çatması on dörd əsr əvvəl baş 
vermiş Kərbəlada yetmiş iki nəfərin qətli ilə əlaqələndiri-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin