Çağdaş Azərbaycan postmodern romanı 79
(yardımçı) qəhrəman kimi təsviri maraq doğurur. Dastan
variantından fərqli olaraq, Koroğlunun «Çənlibel tülküsü»
adlandırdığı Həmzə romanda hörmətli adamdır.
Postmodern əsərlərdə ümumi arxitektonikasındakı bəzi
daxili komponentlər reallığın qırılması, situasiyaların səpə-
lənməsi kimi yanaşmalar, konseptualizm, strukturalizm,
destruktuvizm, dekonstruktivizm, pastiş, intertekstuallıq,
hipertekstuallıq, müəllifin obrazı və onun qəhrəmanının
tutaşdırılmasında ənənəvi üslubun deformasiyası, müəlli-
fin ölümü və s. kimi əlamətləri ilə yanaşı bəzi patoloji tip-
lərin (fahişə, sutenyor, əyyaş, avara, xəstə, fiziki və mənə-
vi şikəst insanlar, divanə) istifadə edilməsi özünü göstərir.
Kamal Abdullanın «Yarımçıq əlyazma» romanında qadın
surətlərinə diqqət yetirmək olar. Kamal Abdulla Burla Xa-
tunu mənfi obraz kimi vermişdir. Təpəgözü öldürən Basata
bütün Oğuz qızları kimi Burla xatun da aşiq olmuşdu. La-
kin atası onu Basata ərə vermir. Burla Xatun da, Basat da
evli olmaqlarına baxmayaraq, gizlində görüşürlər. Təbii ki,
evli qadın və kişinin görüşləri mənəviyyatsızlıq kimi təsvir
edilir. Müəllif isə bu obrazı dekonstruksiyaya uğratmaqla
cəmiyyətdəki nöqsanları açmağa cəhd göstərir.
Postmodern romanlarda metanəsrə toxunaraq qeyd et-
mək olar ki, postmodernistlər romanın necə əmələ gəlmə-
sinin hekayəsi olan metanəsr xüsusiyyətindən istifadə edir-
lər. Postmodern əsərin müəllifi romanın təhkiyəçisinə baş-
qa bir təhkiyəçidən bəhs etdirir. Bunun üçün əsərdə reallıq
ilə təqlid əlaqəsini üzə çıxartmaq, mətnin quruluş və yazıl-
ma prosesini faktlaşdırmaq, başqa üslubda qələmə alınmış
romanda arxa plana keçən təhkiyəçini aktiv fiqur kimi qa-
bartmaq, başqa qurama mətnləri mətndə yerləşdirmək və s.
istifadə edir.