فی مدینه اماسیه سنه ٩٥٦ تم
(Ya əlləhi eylə Mustafayı müsətdam, caninə olsun səlamətlər mühəssəl vəs-səlam. Fi midiynəti-Amasya sənə 956 tim )
2) Manisa Xalq Kitabxanası. Şifri: 45 Hk 1683. Köçürülmə tarixi h.956/m.1549-cu ildir. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə noxudu rəngli fliqranlı kağıza yazılmışdır. Ölçüləri 19,7x 13,5 sm, həcmi 142 vərəqdir. Çəharguşə meşin qəhvəyi cildi var. Kəlimə başları qırmızı rəngli mürəkkəblə verilmişdir. 1a vərəqində müxtəlif şeirlər, 143b vərəqində isə Qasım Manisavinin xətti ilə bir yazı nümunəsi vardır. Nüsxə orijinala çox yaxın olan nümunələrdən hesab olunur. Başlanğıcı və sonu yuxarıda qeyd edilən nüsxələrlə eynidir.
3) Ankara Milli Kitabxanası Adnan Ötükən Xalq kitabxanası kolleksiyası. Şifri: 06 Hk 54, dvd nömrəsi 1181. h.963/m.1555-ci ildə köçürülmüşdür. Katibi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə öküz başı şəkilində filiqranı olan kağıza yazılmışdır. Həcmi 143 və sonradan 3 vərəq əlavə edilmişdir. Başlanğıcı və sonu digər nüsxələrlə eynidir.
4) Manisa Xalq Kitabxanası. Şifri: 45 Hk 1636. Katibi məlum deyil. H.963/m.1555-ci ildə köçürülmüşdür. Hər səhifədə 19 sətr olmaqla incə təliq xətti ilə krem rəngli, filiqranlı kağıza yazılmışdır. Ölçüləri 21x 13,5 sm, həcmi 145 vərəqdir. Kəlimə başları və bəzi sözlər qırmızı mürəkkəblə verilmişdir. Vişneyi meşin üzlü cildi vardır. 1a vərəqində Həsən Niyaziyə aid mülkiyyət qeydi, Muradiyyə kitabxanasının vəqf qeydi, 1003 h. tarixli bir ölüm qeydi və şeirlər, 1b vərəqində “Elmi-alinin” vəqf qeydi, sonda 145b vərəqində isə göz xəstəliyinə aid faydalı məsləhət, h. 1056-cı il tarixli xatirə ilə Həmidinin bir şeiri vardır.
Başlanır: بسمﷲ...الحمدﷲ الذی جعل الانسان اهل السان و صیره عالما ببدیع المعانی والبیان اما بعد بو عبد فقیر سروری...
(Bismillah... Əlhəmdüllah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə alima bebədil-mani vəl-bəyan əmma bəəd bu əbdi-fəqir Süruri...)
5) Kayseri Raşid Əfəndi Kitabxanası. Şifri: 31 Raşid Ef. 608. Köçürülmə tarixi h. 963, katibi məlum deyil. Ölçüləri 21,3x14 sm, həcmi 144 vərəqdir. Dəri cildə tutulmuşdur.
6) İstanbul Topkapı Saray Kitabxanası. Şifri: 2136 M.R. 540. Köçürülmə tarixi h.971/m.1563, katibi Mustafa bin Bəhlul bin Ramazan əl Çolovidir. Hər səhifədə 19 sətr olmaqla ahərli kağızda qələmə alınmışdır. Ölçüləri 20,5x15, həcmi 143 vərəqdir. Qəhvəyi cildi var. Başlanğıcı və sonu yuxarıda qeyd edilmiş digər nüsxələrlə eynidir.
7) Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmala İnstitutu. Şifri: M-20/3329. Köçürülmə tarixi h.972/m.1564, katibi məlum deyildir. Ölçüsü 12x19 sm, həcmi 143 vərəqdir. Nəstəliq xətti ilə qələmə alınmışdır. İlk vərəqlərində türk, ərəb və fars dillərində müxtəlif məzmunlu şeirlər və dualar vardır. Əsər 6b vərəqindən başlayır. Əlyazmanın bəzi vərəqləri və cildi zədələnmişdir. Sonda onu qeyd etmək yerinə düşər ki, M formatda qorunan bu əlyazma nüsxəsi qədimliyi, səhihliyi və orijinala çox yaxın olması baxımından qiymətli hesab olunur.
Başlanır: (6b) الحمدالله الذی جعل ...
(Əlhəmdüllah əlləzi cəəl...)
Bitir: (149)......جانانه السون سلامتلر محصل و السلام سنه ۹۷۲
(...Cananə olsun səjamətlər mühəssəl vəs-salam sənə 972)
8) Ankara Milli Kitabxanası. Şifri: 06 Hk 3353, dvd nömrəsi 1392. Katibi məlum deyil, köçürülmə tarixi h.972/m.1564-dür. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə filiqranlı krem rəngli kağıza yazılmışdır. Ölçüsü 21x14 sm, həcmi 147 vərəqdir. Şəməsəli, köşəbəndli qəhvəyi meşin cildə tututlmuşdur. Sərlövhə, müzəhhəb, müləvvən, cədvəllər və söz başları qırmızı mürəkkəblə yazılmışdır. Əlyazmanın xatimə hissəsində əsərin h. 11 Səfər 956-cı (m.1549) ildə təlif olunma qeydi var. 1a səhifəsində ərəbcə şeirlər, 145b səhifəsində müəllifin yəni Sürurinin biblioqrafiyası, 145b-147a səhifələri arasında türkcə şeirlər və məktublar vardır. Bunlardan əlavə 1a səhifəsində müəllifin mülkiyyət qeydlərinə aid və üzərində “Qul ül-həqq Mustafa və löv qanə mürrə…” kəlimələri yazılmış möhür var.
9) İstanbul Topkapı Saray Kitabxanası. Şifri: 2134 H. 659. Katibi məlum deyildir, köçürülmə tarixi h.993/m.1585-dir. Hər səhifədə 19 sətr olmaqla ahərli kağıza yazılmışdır. Ölçüsü 22x13 sm, həcmi 143 vərəqdir. Qəhvəyi dəri ilə cildlənmişdir.
Başlanır:
بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع المعانی والبیان
(Bismillah… Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə
alima bebədil-mani vəl-bəyan…)
Bitirir:بو دعایه هرکه ﺁمین دیرسه صدق قلب یله جاننه اولسون سلامتلر محصل و السلام …
(Bu duayə hər ki amin dirsə sidqi-qəlb ilə canınə olsun səlamətlər mühəssəl vəssəlam)
10) Türk Dil Qurumu əlyazmalar kitabxanası.
Şifri: Yz. A 236. Katibi məlum deyil, h.1001/m. 1592-ci ildə köçürülüb. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə yonca fliqranlı kağıza yazılb. Ölçüləri 20,5x 13,5 sm, həcmi 141 vərəqdir.
Başlanır: بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع المعانی ...
(Bismillah…Əlhəmdülillah əlləzi cəələl-lisan əhləl-lisan və səyyərə alima bebədil-mani…)
Bitir: ...بو دعایه هر کم آمین درسه صدق قلبله جاننه اولسن سلامتله متصل واسلام
Dostları ilə paylaş: |