4. Topqapı Sarayı muzeyində H.902 ت –şifrəli nüsxə 15 zilhiccə 1161-ci ildə (3 dekabr 1748) köçürülmüşdür. Həcmi 206 vərəq, ölçüsü 22,1x14,7 sm., sətir sayı 19, xətti təliqdir. Divanda başlıqlar və haşiyələr qırmızı, mətn qara mürəkkəblədir. Cildi qəhvəyi meşindir, üzəri zərlə haşiyəli və bəzəklidir. 1-ci və 3-cü vərəqlərində Lofça qazısı Feyzullah əfəndinin şəxsi möhürü və başqa 2 möhür basılıdır. Əvvəlində Sabitin qısa tərcümeyi-halı verilmişdir. Ilk səhifələrdə qarışıq beytlər, qəzəl və s. yazılmışdır.