ORTA ƏSR ƏLYAZMALARI VƏ
AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
TARİXİ PROBLEMLƏRİ
Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90-cı ildönümünə həsr olunmuş
XIII Respublika elmi konfransının
M A T E R İ A L L A R I
(Bakı, 24 may, 2013)
Bakı – “Elm və təhsil” – 2013
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU
ORTA ƏSR ƏLYAZMALARI VƏ
AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
TARİXİ PROBLEMLƏRİ
Ümummilli Lider Heydər Əliyevin
anadan olmasının 90-cı ildönümünə həsr olunmuş
XIII Respublika elmi konfransının
M A T E R İ A L L A R I
(Bakı, 24 may, 2013-cü il)
Bakı – “Elm və təhsil” – 2013
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 23 yanvar 2013-cü il tarixli 1 №-li iclasının qərarı ilə nəşr edilir.
Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri (Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş XIII Respublika elmi konfransının materialları (Bakı, 24 may 2013-cü il). Bakı: “Elm və təhsil”, 2013, 528 s.
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma kitabı xəzinələrindən biri sayılır. Burada Azərbaycan və başqa müsəlman xalqlarının elm və mədəniyyət tarixinə dair 50 mindən artıq müxtəlif çeşidli əlyazmalar, arxeoqrafik sənədlər, qədim çap kitabları, əski mətbuat materialları, elektron surətlər, mikrofilmlər və müasir ədəbiyyat saxlanılır.
Əlyazmalar İnstitutunun müasir elmi-tədqiqat mərkəzi kimi təşəkkülü ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına 29 dekabr 2000-ci il tarixli müraciətində Azərbaycan xalqının dünya sivilizasiyası qarşısındakı tarixi xidmətlərini yüksək qiymətləndirərək demişdir: «İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əcdadlarımız ibtidai insanın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq, özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar. Bunu istər Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində tapılmış abidələr, istərsə də bu günümüzə qədər gəlib çatmış şifahi xalq ədəbiyyatı və yazılı ədəbi irsimiz sübut edir».
Hələ 1981-ci ildə H.Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtda partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, 1982-ci ildən bu akademik orqan Bakının ən gözəl binalarından birində yerləşdirilmişdir.
1986-cı ilin oktyabrından yenidənqurma adı ilə bir sıra müəssisələrin birləşdirildiyi bir vaxtda SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini H.Əliyevin yaxından iştirakı və köməkliyi ilə Respublika Əlyazmalar Fondunun bazasında Azərbaycan EA Əlyazmalar İnstitutu yaradılmışdır.
Nəhayət, 1996-cı ildə Əlyazmalar İnstitutu kollektivinin daha bir arzusu həyata keçmiş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.
Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları ulu öndərimiz, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin müəssisəmizin tarixindəki rolunu heç vaxt unutmurlar.
Dostları ilə paylaş: |