8. Ankara nüsxəsi A.550 - ه
Ankarada Milli kitabxanada Sabitin 14 ədəd əlyazma nüsxəsi mühafizə olunur. Milli kitabxanadan A550 və A 1949 şifrli 2 ədəd nüsxə əldə edə bilmişik. A550 şifrli əlyazma nüsxəsi 192 vərəqdən ibarətdir. Təliq xətti ilə yazılmışdır. Ölçüsü 215x125-160x80 mm-dir. Tac və dağ filiqranlı kağızda yazılmışdır. 17 sətrlidir. Sərlövhə və haşiyələr təzhib sənəti ilə bəzənmiş, birinci səhifədəki haşiyə zərlə, digər haşiyələr və başlıqlar qırmızı mürəkkəblə yazılmışdır. Əlyazmanın arxa və ön kənarları qəhvəyi meşin, qulaqlı, bərpa olunmuş ağ rəngli cild içərisindədir. Əlyazma aşağıdakı beytlə başlanır:
Xoşa, fərxundəəxtər leyleyi-mümtazü müstəsna,
Ki ünvani-bərat qədridir sərsurəyi-İsra.
Dostları ilə paylaş: |