Tədqiqatlarımız respublikanın qərb hissəsində – Gəncə-Qazax bölgəsində
Rusiyadan introduksiya olunmuş 12 adda (Babye leto, Joltıy qiqant, Yantarnoye Sadko, Krasavets Sadko, Kalaşnik, Brilliantovaya, Briyanskiye divo, Qerakl, Kupçixa, Osenyaya krasavets, Abrikosovaya, Zolotoye kupala) remontant moruq sortları üzərində yerinə
yetirilmişdir (Quliyev, 2009). Tədqiqat ərazisi olan Gəncə-Qazax bölgəsi Respublika
ərazisinin 15%-i təşkil etməklə 40
0
82
1
ilə 41
0
43
1
şimal en dairəsində və 44
0
95
1
ilə 46
0
82
1
şərq uzunluq dairəsində yerləşməklə öz təbii coğrafi (iqlim, torpaq, relyef) şəraitinə
görə zəngin bölgədir. Bölgədə əsas açıq şabalıdı, qonur şabalıdı və çəmən torpaqları
yayılmışdır. Ərazidə illik fəal temperatur cəmi 4500
0
C-yə qədər, rütubətlənmə 16-30%,
mütləq minimum temperatur -16.5
0
C-yə qədər, atmosfer çöküntülərinin miqdarı 350-400
mm-dir.
Remontant moruq sortlarında məhsul yığımı iki gündən bir əllə aparılır
(
http://www.belsad.by/recommendations/10.doc
;
http://www.wikihow.com/Harvest-Raspberries
)
.
Adi sortlar yalnız ikiillik hissələr
üzərində (yayda) qısa zaman ərzində məhsul verdiyindən məhsul yığımı
mexanikləşdirilmişdir (
http://www.youtube.com/watch?v=HJ2G-EcEDaQ
;
http://www.fruitgateway. co.uk/pubs/file.asp?ID=329
).Bu səbəbdən də adi moruq
sortlarından təşkil olunmuş bağlarda cərgəarası məsafə mexanikləşdirilmiş becərməyə
uyğunlaşdırılaraq 2.0-2.5 m saxlanılır
(
http://www.actahort.org/members/showpdf?booknrarnr=825_61
;
https://circle.ubc.ca/bitstream/handle/2429/5864/ubc_1997-0059.pdf?sequence=1
).
Remontant sortların birillik zoğlarının hamısı əkinin ikinci ilindən başlayaraq
məhsul verirlər. Müxtəlif ölçülərdə saxlanılan cərgəarası məsafənin zoğların boyuna və
məhsuldarlığına təsiri müxtəlif olur. Cərgəarası məsafənin biometrik və məhsuldarlıq
göstəricilərinə təsirini öyrənmək məqsədilə təcrübələr aparmışıq.
Tədqiqat bitkilərinin cərgəarası məsafəsi üç variantda saxlanılmışdır:
Nəzarət - Cərgəarası məsafə 2.5 m;
I – Cərgəarası məsafə 1 m;
II – Cərgəarası məsafə 1.5 m;
III – Cərgəarası məsafə 2.0 m.
Müxtəlif ölçülərdə cərgəarası məsafə saxlanılmaqla becərilən bitkilərdə baş verən
dəyişkənliklər 5-10 gündən bir izlənərək ölçmələr aparılmış, onun zoğların boyuna və
məhsuldarlığına təsiri öyrənilmişdir.